Digər satış işləri

Aparıcı şirkətlərdən 34 iş imkanı kəşf edin

Bakinity Distribution MMC

Tender üzrə aparıcı mütəxəssis

Bakinity Distribution MMC

Tam Ştat
Yüksək Səviyyə

Vəzifə öhdəlikləri: Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir. Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir. Tenderlərdə iştirakın təşkilini və dəstəklənməsini həyata keçirir: tələb olunan sənədləri hazırlayır, müraciətləri tərtib edir və təqdim edir, eyni zamanda müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir. Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır. Sektorun təşkilati işlərini yerinə yetirir, digər struktur bölmələrdən tələb olunan sənədləri toplayır, çatışmazlıqlar barədə struktur bölmə rəhbərinə məlumat verir. Təchizatçılarla əvvəlcədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması prosesini icra edir. Tender prosesində yaranan suallara cavab verir, sorğuları cavablandırır və təkliflərin icrasını izləyir. Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir. Tender üzrə tələb olunan bütün sənədlərin (maliyyə, texniki, hüquqi və kommersiya) qanunvericiliyə və tender şərtlərinə uyğun olaraq hazırlanmasını, formalaşdırılmasını və sistemləşdirilməsini icra edir; aidiyyəti bölmələrlə sənəd koordinasiyasını təmin edir. Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir. Təchizatçıların təminat öhdəliklərinin və keyfiyyət tələblərinin yerinə yetirilməsini izləyir və qeydə alır. Tender prosesinin bütün mərhələlərində şəffaflıq və hüquqi tələblərin yerinə yetirilməsini təmin edir. Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir. Struktur bölmədə fəaliyyət göstərən tender üzrə mütəxəssisin işinə və müvafiq istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinə metodoloji və təşkilati baxımdan nəzarət edir, zərurət yarandıqda metodiki dəstək göstərir. Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən fəaliyyətinə dair digər tapşırıqları yerinə yetirir. Namizədə dair tələb olunan bilik və bacarıqlar: Ali təhsil. Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi. Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı. MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Tapşırıqların düzgün prioritetləşdirilməsi və problem həll etmə bacarığı. Əlavə məlumat: İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Dilek Medical

Satınalma Mütəxəssisi

Dilek Medical

Tam Ştat
Orta Səviyyə

Təhsil: Ali təhsil Bacarıqlar: Təchizat zənciri prinsipləri, effektiv danışıqlar aparma və təqdimat bacarığı; Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı (İngilis və ya Rus dili biliyi xarici təchizatçılarla iş üçün üstünlükdür); Xüsusiyyətlər: Analitik düşünmə, bazar araşdırması qabiliyyəti, dəqiqlik və məsuliyyət; Yaş həddi: 22 – 28 yaş; Təcrübə: Satınalma, təchizat və ya logistika sahəsində təcrübənin olması arzuolunandır. Vəzifə öhdəlikləri: Tibbi məhsulların və avadanlıqların satınalma prosesinin planlaşdırılması və icrası; Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması, qiymət təkliflərinin analizi; Sifarişlərin vaxtında və minimum xərclərlə çatdırılmasına nəzarət; Yeni təchizatçıların araşdırılması və mövcud bazanın genişləndirilməsi; Müqavilələrin bağlanması və satınalma sənədlərinin (fakturalar, müqavilələr və s.) tərtibatı; Stokların izlənilməsi və satınalma hesabatlarının rəhbərliyə təqdimatı; İş şəraiti İş saatı: 08:30 – 17:30; İş günü: 1-5 günlər, Əmək haqqı: 800 - 1500 AZN (Fix maaş namizədin təcrübə və potensialına əsasən). Təklif edirik: Tibbi təchizat və beynəlxalq satınalma sahəsində karyera inkişafı; Rəsmi əmək müqaviləsi; Performans və effektiv satınalma nəticələrinə əsasən mükafatlandırma; Peşəkar və dəstəkləyici kollektiv; Korporativ nömrə və rabitə balansı; Sosial fəaliyyətlər və komanda oyunlarında iştirak. Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına "Satınalma Mütəxəssisi – tibbi Avadanlıqlar" başlığı ilə göndərə bilərlər. Əlaqə: +994 55 344 68 98

Azerbaijan SuperMarket

Procurement Specialist/ Təchizat üzrə mütəxəssis

Azerbaijan SuperMarket

Tam Ştat
Orta Səviyyə

Job Responsibilities: Buy materials/services on behalf of the company and its projects, optimizing costs, observing requested time limits, and quality standards Collaborate in defining project vendor list; Issue requests for offers on the basis of requests for procurement , must contain instructions necessary for deciding on an adequate and complete offer: technical specifications, general buying conditions and details, time limit for presentation of offer; Follow up potential suppliers during preparation phase of tenders and guarantees necessary secrecy during tendering phase; Prepare and conduct negotiations, further checking if detailed technical specifications are guaranteed, also checking whether detailed economical specifications given in the Bidding phase are consistent with those reported in the final contract; Check that supplier accepts the order; Inform unsuccessful vendors on the results of the tender; Follow up any subsequent revisions of the order; Guarantee that feedback is received on supply quality; Check on correct transfer of goods and materials; Issue periodic reports and/or request on progress of activities; Assist with agenda development for pre-bid and pre-award meetings for project procurement; Help coordinate activities with operations and maintenance team members; Solicit and help tabulate commercial evaluations from bids; Prepare purchase orders, deal with subcontracts, and help with sub-consultant agreements; Assist in the execution of electronic bidding records; Management Projects; Driving implementation and compliance of Global Supply Management Strategies and ensuring that common standards, procedures and processes are followed, and best practices are utilize to improve PO life cycle constantly; Perform other related duties as assigned by the Superior. Requirements: Bachelor’s Degree, Minimum of 3-5 years of experience in a purchasing; Good PC knowledge, including MS Office programs Knowledge of regulations and laws (Incoterms); Good communication, coordination, and organization skills; proactive; Ability to work as part of a team; Enthusiastic and hard working; Fluency in Azerbaijani and English languages (both verbal and written Note: Interested candidates may apply for the role by sending resume to the email address in the Apply for job button, mentioning "Procurement Specialist" in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process. Vəzifə öhdəlikləri: Şirkət və onun layihələri adından mallar / xidmətlər almaq, xərcləri optimallaşdırmaq, tələb olunan müddətə və keyfiyyət standartlarına əməl etmək; Layihə təchizatçılarının siyahısının müəyyən edilməsində iştirak etmək; Tender tələbləri əsasında verilən tender sorğuları, adekvat və tam təklif haqqında qərar qəbul etmək üçün lazım olan təlimatları özündə əks etdirməlidir: texniki şərtlər, ümumi alış şərtləri və detalları, təklifin təqdim edilməsi üçün son tarix; Təklifin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində lazımi məxfiliyi təmin etmək; Danışıqlar hazırlamaq və həyata keçirmək, ətraflı texniki şərtlərə zəmanət verilib -verilmədiyini dəqiqləşdirmək, həmçinin, tender mərhələsində verilən iqtisadi şərtlərin son müqavilədə qeyd olunanlarla uyğun olub - olmadığını yoxlamaq; Təchizatçının sifarişi qəbul edib-etmədiyini yoxlamaq; Uğurlu olmayan təchizatçıları tenderin nəticələriylə bağlı xəbərdar etmək; Sifarişin sonrakı düzəlişlərini izləmək; Təchizatın keyfiyyəti haqqında rəylərin alınmasının təmin etmək; Mal və materialların düzgün çatdırılıb-çatdırılmadığını yoxlamaq; Fəaliyyətin gedişatı ilə bağlı və ya tələb əsasında vaxtaşırı hesabatlar təqdim etmək; Layihə təchizatı üçün tender əvvəli və yekununda görüşlərin təşkili ilə bağlı fəaliyyətin həyata keçirilməsi; Fəaliyyətlərin əməliyyat və texniki xidmət heyətinin üzvləri ilə əlaqələndirilməsinə kömək etmək; Təklifə əsaslanan iş qiymətləndirmələrini cədvələ köçürülməsini tələb etmək və bu prosesə kömək etmək; Satınalma sifarişlərini hazırlamaq, subpodratçılarla işləmək və müqavilələrin hazırlanmasına dəstək olmaq; Elektronik tender qeydlərinin icra edilməsində köməklik göstərmək; Qlobal Təchizatın İdarə Edilməsi Strategiyalarının tətbiqinə və uyğunluğuna təkan vermək və ümumi standartların, prosedurların və proseslərin izlənilməsini və Satınalma Tapşırığı yararlılıq müddətinin davamlı olaraq yaxşılaşdırılması üçün ən yaxşı təcrübələrdən istifadə olunmasını təmin etmək; Rəhbər tərəfindən verilən digər əlaqədar vəzifələri yerinə yetirmək.

TABIA Group LLC

Təchizat üzrə Menecer

TABIA Group LLC

Tam Ştat
Menecer

Malların alınması üzrə otelin tətbiq etdiyi alış siyasəti, prosedurları, standartları və otelin daxili və xarici müştərilərinin tələblərinin təmin olunması məqsədi ilə sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və otelimizin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərin planlaşdırılması, müəyyənləşdirilməsi və nəzarət edilməsi; Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan şöbələrə kömək etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində şöbə rəhbərləri ilə birlikdə işləmək; Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq; Malların alınması üzrə məsul olan şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək; Alınmış sifarişlər üzrə tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək; Otelə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün tədarüçkülərlə əlaqələrin yaradılması; İş fəaliyyətinin illik qiymətləndirməsinin həyata keçirilməsi; Rəhbərlik tərəfindən müəyyən edilmiş tarpşırıq və vəzifələrin icra edilməsi; İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektinin həyata keçirilməsi;

Mətanət A Şirkətlər Qrupu

Satınalma üzrə böyük mütəxəssis

Mətanət A Şirkətlər Qrupu

Tam Ştat
Orta Səviyyə

İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; Ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırmaqla həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir; Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir; Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür; Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir; Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması; Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması; Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi; Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq; İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması.

Zeytun Pharmaceuticals

Daxili Təchizat üzrə Mütəxəssis

Zeytun Pharmaceuticals

Tam Ştat
Orta Səviyyə

Ümumi tələblər Təhsil: Ali Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili, Rus dili Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı Vəzifə öhdəlikləri Təchizatçılarla əlaqənin yaradılması və idarə edilməsi Satış proqnozlarına əsasən sistemdə sifarişlərin formalaşdırılması və firmalara göndərilməsi Anbar qalıqlarının mütəmadi yoxlanılması Tələb olunan çeşidlərin daxili bazarda araşdırılması Qiymətlərə nəzarət məqsədilə bazar araşdırılması, rəqiblərin izlənilməsi Daha münasib qiymət, endirimlər, aksiyalar əldə edilməsi məqsədilə təchizatçılarla mütəmadi danışıqların aparılması İadə şərtlərinin pozulmaması üçün anbara vaxtında müraciətin edilməsi Tələb olunan müvafiq sənədlər toplusunun etibarlılığına nəzarət edilməsi Overstock və out of stock hallarını önləmək məqsədilə daim qalıqlara nəzarət edilməsi Təsdiqlənmiş aksiyaların sistemə işlənilərək elan edilməsi Təchizatçı şirkətlərə aylıq hesabatların göndərilməsi Ödəniş qaimələrinin hesabatı və ödənilməsinə nəzarət edilməsi Müqavilələrin bağlanması və icrasına nəzarət edilməsi Satışı zəif olan çeşidlərə kampaniya təkliflərinin verilməsi Departament daxilində tələb olunan digər hesabatların hazırlanması İş şəraiti: İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; Əmək Haqqı: 1200-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq) Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Risan Group

Elektrik Mühəndisi / Satınalma

Risan Group

Tam Ştat
Orta Səviyyə

Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir. Şirkət özünü yetişdirmək və yüksək səviyyəli karyera qurmaq istəyən mütəxəssisləri  `Satışa Dəstək Mühəndisi`` vakansiyası üzrə çalışmağa dəvət edir. Biz Sizə maraqlı iş və  yaxşı karyera vəd edirik. Bu vəzifədə Siz müxtəlif sahələr üzrə treyninqlərə cəlb ediləcək və  yüksək səviyyəli kadr olma şansınız olacaq. Əgər Siz çalışqansınızsa, əməksevərsinizsə, öyrənmək həvəsiniz varsa və texniki məsələləri sürətli anlaya bilirsinizsə  demək ki, bu iş sizə görədir. Vəzifə və öhdəliklər: Gələn tələbləri analiz etmək və tələblərə uyğun təklif hazırlamaq; Gələn təkliflər üzrə analiz cədvəlləri hazırlamaq Tədarükçülərlə yazışmaq və şərtləri dəqiqləşdirmək Tədarükçü şirkətlərin məhsullarını ( Yanğın xəbərdarlıq, Təhlükəsizlik kameraları, kompyuter şəbəkəsi, UPS, generator və digər)  davamlı öyrənmək Şirkətin məhsullarını və xidmətlərini müştərilərə yüksək səviyyədə təqdim etmək; Gələn texniki sənədlərə ( layihə, data shee və s.) baxıb məshulların uyğunluğuna baxmaq və yoxlamaq Bəzi kiçik montaj işlərini edə bilmək Satış nümayəndlərinə  texniki dəstək vermək Layihə yerlərinə getmək, onları idarə etmək və müştəriyə təhvil vermək Rəhbərlyə hesabat vermək Namizədə olan tələblər: Ali təhsilli, Elektrik, elektronika və ya təhsili almış və ya bu sahələrə marağı olan və anlayışı olan Kişi və ya qadın, yaş həddi 22-45 Rayonlara ezamiyyətə gedə bilmək Kişi namizədlər əsgərlikdən azad olmalı və ya əsgərliyi etmiş olmalı. Namizəddə olan bacarıq və keyfiyyətlər**:** Verilən tapşırığlı vaxtında yerinə yetirən Əməksevər və ambisiyalı Məsuliyyətli, punktual, dürüst Problemləri həll etmə bacarığı; Dil bilikləri: İngilis dili (minimum B1), Azərbaycan dili ( əla) Kompyuter bilikləri: Autocad ( orta) , Excel, Word, Power Point, Outlook ( yaxşı) Digər məlumatlar: 5 günlük iş rejimi Maaş 600-1200 azn (Təcrübəyə görə) + bonus (illik hesablanıb verilir) Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Elektrik Mühəndisi*”** qeyd etməklə göndərə bilərlər.

Mətanət A Şirkətlər Qrupu

Tender üzrə mütəxəssis

Mətanət A Şirkətlər Qrupu

Tam Ştat
Orta Səviyyə

Dövlət və özəl qurumlar tərəfindən elan edilən tenderlərin, kotirovka sorğularının və satınalma müsabiqələrinin gündəlik əsasda monitorinqinin aparılması Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçilməsi və ilkin təhlilinin edilməsi Tender sənədlərinin (texniki tapşırıq, ixtisas göstəriciləri, müqavilə şərtləri və s.) ətraflı şəkildə öyrənilməsi və qiymətləndirilməsi Tenderdə iştirak üçün tələb olunan bütün sənədlərin (hüquqi, maliyyə, texniki, kommersiya) hazırlanması, toplanması və sistemləşdirilməsi Müvafiq struktur bölmələrindən (istehsalat, maliyyə, hüquq, logistika və s.) lazımi məlumatların toplanması və koordinasiyanın təmin edilməsi Tender təkliflərinin texniki və kommersiya hissələrinin hazırlanmasında aktiv iştirak Qiymət təkliflərinin formalaşdırılmasında maliyyə və kommersiya hesablamalarının aparılması Elektron satınalma portallarında (etender.gov.az və digər platformalar) qeydiyyat, sənədlərin yüklənməsi və prosesin düzgün icrasına nəzarət Tender təkliflərinin müəyyən olunmuş vaxt çərçivəsində və tələblərə uyğun şəkildə təqdim olunmasının təmin edilməsi Tender prosedurları zamanı sifarişçi qurumlarla yazışmaların və rəsmi əlaqələrin aparılması Tender nəticələrinin izlənilməsi, qalibiyyət və ya imtina səbəblərinin təhlil edilməsi Qazanılmış tenderlər üzrə müqavilə mərhələsinə keçid zamanı aidiyyəti şöbələrə məlumat və sənədlərin ötürülməsi Tender fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Tender qanunvericiliyi və satınalma qaydalarında baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi Şirkətin tender fəaliyyətinin effektivliyinin artırılması üçün təkliflərin verilməsi

İKMA Group

Satınalma üzrə Mütəxəssis

İKMA Group

Tam Ştat
Orta Səviyyə

Satınalma Prosesinin İdarəedilməsi Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək Riskin İdarəedilməsi və Logistika Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması Müqavilə və Danışıqlar Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması Uçot və Koordinasiya Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət Anbar və İnventarizasiya Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi

Bakı Dövlət Layihə İnsitutu

Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi

Bakı Dövlət Layihə İnsitutu

Tam Ştat
Orta Səviyyə

Mühəndis-elektrik ixtisası üzrə ali təhsil; Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 3 ildən yuxarı təcrübə; Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompyuter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit; BİM layihələrində iştirakı arzuolunandır; Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı; Hesabat hazırlama və analiz etmə bacarığı; Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik. Vəzifə öhdəlikləri: Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması; Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi; 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi; Elektrik yükünün hesablanması; Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması; Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; İş barədə məlumat: İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün; Əmək haqqı: 1000 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. CV-ləri uyğun ixtisas başlığı ilə göstərilən e-mail ünvanına göndərin.Xahiş olunur ki,yalnız uyğun namizədlər müraciət etsin.