Təchizat üzrə Menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • Malların alınması üzrə otelin tətbiq etdiyi alış siyasəti, prosedurları, standartları və otelin daxili və xarici müştərilərinin tələblərinin təmin olunması məqsədi ilə sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və otelimizin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərin planlaşdırılması, müəyyənləşdirilməsi və nəzarət edilməsi;

  • Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan şöbələrə kömək etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində şöbə rəhbərləri ilə birlikdə işləmək;

  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;

  • Malların alınması üzrə məsul olan şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək;

  • Alınmış sifarişlər üzrə tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək;

  • Otelə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün tədarüçkülərlə əlaqələrin yaradılması;

  • İş fəaliyyətinin illik qiymətləndirməsinin həyata keçirilməsi;

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş tarpşırıq və vəzifələrin icra edilməsi;

  • İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektinin həyata keçirilməsi;

Tələblər

  • Ali təhsil (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);

  • Namizəd: Azərbaycan vətəndaşı

  • Təcrübə: Müvafiq sahə üzrə azı 5 il təcrübə (Rəhbər olaraq ən azı 3 il iş təcrübəsi);

  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

  • MS Office proqramlarında işləmək bacarığı;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;

  • İstirahət günü: 2 (iki) gün;

Vəzifə üzrə digər üstünlüklər:

  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ nömrə və danışıq paketi;

  • Könülü tibbi sığorta;

İş Yeri:

  • Fəaliyyət ünvanı: Şabran şəhəri, Galaalti Hotel&SPA

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13452

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Rəqəmsal marketinq üzrə mütəxəssis

Tam Ştat

TABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir; Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir; Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir; Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır; Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir; Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir; Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.