Rəqəmsal marketinq üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • TABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;

  • Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;

  • Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;

  • Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;

  • Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;

  • Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;

  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (Marketinq və Kommersiya sahəsində arzu olunandır);

İş təcrübəsi:

  • Rəqəmsal Marketinq sahəsində minimum 1 (bir) il;

Bilik və Bacarıqlar:

  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;

  • Veb-sayt analitika alətləri haqqında dərin biliklər;

  • Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti;

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;

  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12346

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Təmizlik üzrə Menecer

Tam Ştat

Təmizlik şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək. Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək. Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək. Təmizlik şöbəsinin əməkdaşlarının hər zaman Otel standartlarına uyğun qonaq xidmətləri göstərməsini təmin etmək. Təmizlik şöbəsinin əməkdaşlarının müvafiq hallarda, daxili müştərilərə də mükəmməl xidmətlər göstərməsini təmin etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. Təmizlik şöbəsi ilə bağlı xərclər üçün bütün satınalma sorğuları və hesab-fakturalarını təsdiq etmək. Müəssisənin maliyyə hədəflərini və qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsi üsulundan istifadə etmək, habelə çevik iş qrafikini tərtib etməklə, işçilərin məhsuldarlığını yüksəltmək. Əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək və eyni zamanda şöbənin mümkün qədər minimal xərclərlə fəaliyyət göstərməsini təmin etmək. Otaqlar şöbəsi üçün illik biznes planının hazırlanmasına kömək etmək. Müvafiq hallarda, aylıq təkrar proqnozlaşdırma etmək. Otel, şirkət və yerli qaydada müəyyən edilmiş müvafiq qaydalar, siyasətlər və qanunlara riayət edildiyini təmin etmək. Qonaqlar üçün ləvazimatlar, Təmizlik ləvazimatları, otaqlar üçün çap materialları və dəftərxana ləvazimatları, yataq dəstləri, uniformalar və s. inventarını aparmağa görə cavabdehlikdaşımaq. Tələb olunduqda, əlavə ehtiyat hissələrinin vaxtında sifariş və qəbul edilməsini təmin etmək üçün Təchizat şöbəsi ilə əlaqə saxlamaq. Maliyyə şöbəsi tərəfindən tələb olunduqda, ləvazimatlar və əməliyyat avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək. Otelin güllər ilə bəzədilməsi işlərinin təşkilini, onların müvafiq qaydada qorunub saxlanılmasını (qulluq göstərilməsini) təmin etmək üçün floristlə əlaqə saxlamaq. Effektiv proqramların təşkil edilməsini və qorunub saxlanılmasını təmin etmək məqsədi ilə otelin gəmiricilər və həşəratlar ilə mübarizə ilə bağlı müqavilə imzaladığı şirkətlər və digər qurumlar ilə əlaqə saxlamaq. Qonaq otaqlarının təmizliyinin təmin edilməsinə nəzarət etmək. Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.

Təhlükəsizlik üzrə Menecer

Tam Ştat

Operativ və praktiki idarəetmə yolu ilə bütün təhlükəsizlik əməkdaşlarının öz öhdəliklərini otelin siyasət və prosedurları, eləcə də tətbiq edilən qanunlara müvafiq olaraq yerinə yetirmələrini təmin etmək üçün onlara yaxından nəzarət edir; Təhlükəsizlik əməkdaşlarının hər zaman təyin edilmiş ərazilərdə olmalarını təmin edir; Bütün ictimai ərazilər, restoranlar, qonaq otaqları, ofislər, avadanlıq otaqları və otelin bütün digər ərazilərində keşik çəkilməsini təmin etmək, bütün qonaqların, otelin işçilərinin texniki təhlükəsizliyi, mühafizəsi və rahatlığına əmin olmaq. Bütün təhlükəsizlik işçilərinin şübhəli şəxslərə və məqalələrə nəzarət etmələrini təmin edir; Yanğın, təhlükəli şəraitlər, eləcə də çatışmayan və ya işləməyən texniki təhlükəsizlik avadanlıqlarını müəyyən etmək üçün ictimai ərazilərdə gözətçilik funksiyasını yerinə yetirir; Şöbədaxili, eləcə də digər şöbələrlə bağlı olan əməliyyat prosedurlarının normal həyata keçirilməsini təmin edir; Sorğular keçirmək, bütün təhlükəsizlik və yanğın ilə əlaqəli insidentlərə dair yoxlamalar aparmaq və ilkin hesabatlar təqdim edir; Hər iş növbəsində təhlükəsizlik əməkdaşları üçün onların öz öhdəliklərinə başlamazdan 15 dəqiqə əvvəl otelin fəaliyyətlərinə / günün öhdəliklərinə dair gündəlik brifinq (təlimatlandırma) keçirmək; Fövqəladə vəziyyət baş verən zaman yanğınla mübarizə üzrə təhlükəsizlik komandasını təşkil və onun işinə kömək etmək; Bütün evakuasiya çıxışlarının hər zaman maneələrdən azad olmasını təmin edir; Fövqəladə vəziyyətlərdə rəhbərliyə və ofislərə kömək edir; Otelin qonaqları və işçilərinin iştirak etdiyi hər hansı qəza və təhlükəsizlik şəraitlərinin araşdırılmasına kömək edir; Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; Əməkdaşların çantalarının yoxlanılması, müntəzəm olaraq dolablarda axtarışların həyata keçirilməsinə kömək etmək və bu fəaliyyətlərin otelin siyasət və prosedurlarına müvafiq olaraq həyat keçirilməsini təmin edir; İşçilər üçün nəzərdə tutulmuş giriş qapısı vasitəsilə otelə daxil olan və oteldən çıxan bütün işçiləri yoxlamaq və onların hərəkətinə nəzarət etmək;