Təmizlik üzrə Menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

  • Təmizlik şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək.

  • Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.

  • Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək.

  • Təmizlik şöbəsinin əməkdaşlarının hər zaman Otel standartlarına uyğun qonaq xidmətləri göstərməsini təmin etmək.

  • Təmizlik şöbəsinin əməkdaşlarının müvafiq hallarda, daxili müştərilərə də mükəmməl xidmətlər göstərməsini təmin etmək.

  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.

  • Təmizlik şöbəsi ilə bağlı xərclər üçün bütün satınalma sorğuları və hesab-fakturalarını təsdiq etmək.

  • Müəssisənin maliyyə hədəflərini və qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsi üsulundan istifadə etmək, habelə çevik iş qrafikini tərtib etməklə, işçilərin məhsuldarlığını yüksəltmək.

  • Əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək və eyni zamanda şöbənin mümkün qədər minimal xərclərlə fəaliyyət göstərməsini təmin etmək.

  • Otaqlar şöbəsi üçün illik biznes planının hazırlanmasına kömək etmək.

  • Müvafiq hallarda, aylıq təkrar proqnozlaşdırma etmək.

  • Otel, şirkət və yerli qaydada müəyyən edilmiş müvafiq qaydalar, siyasətlər və qanunlara riayət edildiyini təmin etmək.

  • Qonaqlar üçün ləvazimatlar, Təmizlik ləvazimatları, otaqlar üçün çap materialları və dəftərxana ləvazimatları, yataq dəstləri, uniformalar və s. inventarını aparmağa görə cavabdehlikdaşımaq.

  • Tələb olunduqda, əlavə ehtiyat hissələrinin vaxtında sifariş və qəbul edilməsini təmin etmək üçün Təchizat şöbəsi ilə əlaqə saxlamaq.

  • Maliyyə şöbəsi tərəfindən tələb olunduqda, ləvazimatlar və əməliyyat avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

  • Otelin güllər ilə bəzədilməsi işlərinin təşkilini, onların müvafiq qaydada qorunub saxlanılmasını (qulluq göstərilməsini) təmin etmək üçün floristlə əlaqə saxlamaq.

  • Effektiv proqramların təşkil edilməsini və qorunub saxlanılmasını təmin etmək məqsədi ilə otelin gəmiricilər və həşəratlar ilə mübarizə ilə bağlı müqavilə imzaladığı şirkətlər və digər qurumlar ilə əlaqə saxlamaq.

  • Qonaq otaqlarının təmizliyinin təmin edilməsinə nəzarət etmək.

  • Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.

Tələblər

  • Ali təhsil;

  • Təcrübə: Minimum 5 il (3 il rəhbər vəzifə);

  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;

  • OPERA proqram təminatında işləmək bacarığı;

  • Azərbaycan dili – sərbəst;

  • Rus və ya İngilis dili – yüksək səviyyədə;

Fərdi keyfiyyət göstəriciləri:

  • Liderlik bacarıqları;

  • Mükəmməl ünsiyyət qurma bacarıqları;

  • Konflikt həll etmə;

  • Danışıqlar aparma qabiliyyəti

  • Stress altında işləmə bacarığı

  • Qonaq məmnuniyyəti

  • Kimyəvi yuyucu/təmizləyici maddələr üzrə biliklər

İş vaxtının norması:

  • 5 günlük iş həftəsi (Növbəli qrafik)

  • İstirahət günü: 2 (iki) gün.

Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ nömrə və danışıq paketi;

  • Tibbi sığorta.

İş yeri:

  • Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton/ The Central Point Hotel Baku

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11011

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Təhlükəsizlik üzrə Menecer

Tam Ştat

Operativ və praktiki idarəetmə yolu ilə bütün təhlükəsizlik əməkdaşlarının öz öhdəliklərini otelin siyasət və prosedurları, eləcə də tətbiq edilən qanunlara müvafiq olaraq yerinə yetirmələrini təmin etmək üçün onlara yaxından nəzarət edir; Təhlükəsizlik əməkdaşlarının hər zaman təyin edilmiş ərazilərdə olmalarını təmin edir; Bütün ictimai ərazilər, restoranlar, qonaq otaqları, ofislər, avadanlıq otaqları və otelin bütün digər ərazilərində keşik çəkilməsini təmin etmək, bütün qonaqların, otelin işçilərinin texniki təhlükəsizliyi, mühafizəsi və rahatlığına əmin olmaq. Bütün təhlükəsizlik işçilərinin şübhəli şəxslərə və məqalələrə nəzarət etmələrini təmin edir; Yanğın, təhlükəli şəraitlər, eləcə də çatışmayan və ya işləməyən texniki təhlükəsizlik avadanlıqlarını müəyyən etmək üçün ictimai ərazilərdə gözətçilik funksiyasını yerinə yetirir; Şöbədaxili, eləcə də digər şöbələrlə bağlı olan əməliyyat prosedurlarının normal həyata keçirilməsini təmin edir; Sorğular keçirmək, bütün təhlükəsizlik və yanğın ilə əlaqəli insidentlərə dair yoxlamalar aparmaq və ilkin hesabatlar təqdim edir; Hər iş növbəsində təhlükəsizlik əməkdaşları üçün onların öz öhdəliklərinə başlamazdan 15 dəqiqə əvvəl otelin fəaliyyətlərinə / günün öhdəliklərinə dair gündəlik brifinq (təlimatlandırma) keçirmək; Fövqəladə vəziyyət baş verən zaman yanğınla mübarizə üzrə təhlükəsizlik komandasını təşkil və onun işinə kömək etmək; Bütün evakuasiya çıxışlarının hər zaman maneələrdən azad olmasını təmin edir; Fövqəladə vəziyyətlərdə rəhbərliyə və ofislərə kömək edir; Otelin qonaqları və işçilərinin iştirak etdiyi hər hansı qəza və təhlükəsizlik şəraitlərinin araşdırılmasına kömək edir; Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; Əməkdaşların çantalarının yoxlanılması, müntəzəm olaraq dolablarda axtarışların həyata keçirilməsinə kömək etmək və bu fəaliyyətlərin otelin siyasət və prosedurlarına müvafiq olaraq həyat keçirilməsini təmin edir; İşçilər üçün nəzərdə tutulmuş giriş qapısı vasitəsilə otelə daxil olan və oteldən çıxan bütün işçiləri yoxlamaq və onların hərəkətinə nəzarət etmək;

Qəbul və Qeydiyyat üzrə Menecer

Tam Ştat

Qonaqların qəbulu və qeydiyyatı şöbəsi üçün daxili əməliyyatlara dair təlimatın işlənib hazırlanması və yenilənməsinə nəzarət və köməklik etmək. Müntəzəm hesabat görüşlərini həyata keçirmək və şöbədaxili brifinqlər və görüşlərin səmərəli olmasını və zəruri hallarda keçirilməsini təmin etmək. Qonaqların qəbulu və qeydiyyatı şöbəsinin bütün əməkdaşlarının hər zaman “brend vədini” çatdırmalarını və eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək. Qonaqların qəbulu və qeydiyyatı şöbəsinin işçilərinin müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək. “VİP” və uzun müddət qalan qonaqların qarşılanması və qeydiyyatı prosesində iştirak etmək və ya onların köməkçi menecer tərəfindən qarşılanmasını təmin etmək. Qonaqların qəbulu və qeydiyyatı şöbəsinin bütün işçilərinin cari reklam kampaniyaları, siyasətlər və digər zəruri məlumatlardan xəbərdar olmalarını təmin etmək. Bütün qəbul şöbəsi işçilərinin otelin məhsul və xidmətləri barədə xəbərdar olmalarını təmin etmək. Müvafiq “Qonaqların tanınması” proqramlarını icra etmək və qonaqların müvafiq məlumat bazasını aparmaq. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin olunmalarını şəxsən və müntəzəm olaraq yoxlamaq. Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək. Bütün qeydiyyat şöbəsi işçilərinin otelin məhsul və xidmətləri, cari reklam kampaniyaları, siyasətlər və digər zəruri məlumatlar barədə xəbərdar olmalarını təmin etmək. Qonaqların müvafiq məlumat bazasını aparılmasına kömək etmək. Qeydiyyat şöbəsinin bütün əməkdaşlarının hər zaman eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək. Qeydiyyat şöbəsinin əməkdaşlarının müvafiq hallarda otel qonaqlarına mükəmməl xidmət göstərmələrini təmin etmək. Bütün qeydiyyat şöbəsi işçilərinin otelin məhsul və xidmətləri, cari reklam kampaniyaları, siyasətlər və digər zəruri məlumatlar barədə xəbərdar olmalarını təmin etmək. Qonaqların müvafiq məlumat bazasını aparılmasına kömək etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq. Qeydiyyat şöbəsinin ərazilərində vaxt ayırmaq və şöbənin müvafiq işçi heyət tərəfindən lazımi səviyyədə idarə edilməsini təmin etmək. Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq. Qonaqlara dair arxiv sənədləşməsinin səliqəli aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək.

Baş Aşpaz

Tam Ştat

Bütün restoran şöbələri və banket funksiyalarının gündəlik kulinariya fəaliyyətlərini idarə etmək. Brendin kulinariya standartları və əməliyyat prosedurlarına (SOP) tam uyğunluğunu təmin etmək. Pik xidmət saatlarında mətbəx işlərini nəzarətdə saxlamaq və yerində təlim və dəstək vermək. Müntəzəm olaraq yeməyin keyfiyyəti, dadı, təqdimatı və porsiya ölçüsünü yoxlamaq. Xidmət zamanı restoranlarda fəal iştirak etmək, zərurət olduqda qonaqlarla birbaşa ünsiyyət qurmaq. Mövsümi və tədbir əsaslı menyular hazırlamaq, bazar trendləri və qonaq gözləntilərinə uyğunlaşdırmaq. Mətbəx büdcəsinə nəzarət etmək; ərzaq xərcləri və işçi qüvvəsi hədəflərinə riayət olunmasını təmin etmək. Təchizat şöbəsi ilə əməkdaşlıq edərək keyfiyyətli məhsulların sərfəli qiymətə alınmasını təmin etmək. Anbar ehtiyatlarını izləmək, israfı minimuma endirmək və istehsal planlamasını səmərəli həyata keçirmək. Aşpaz heyətini idarə etmək, təlim keçmək və ruhlandırmaq; məsuliyyət, hörmət və yaradıcılıq mühitini təşviq etmək. Yeni əməkdaşların işə qəbulu, uyğunlaşdırılması (onboarding) və fəaliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək. Qida təhlükəsizliyi və sağlamlıq qaydalarına tam riayət olunmasını təmin etmək. HACCP jurnalları, temperatur qeydləri və təmizlik cədvəllərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək. Audit yoxlamalarına hazır olmaq və onların uğurlu keçməsini təmin etmək. Gündəlik brifinqlərdə və həftəlik rəhbərlik görüşlərində iştirak edərək ümumi əməliyyatlarla kulinariya şöbəsinin əlaqələndirilməsini təmin etmək. Aylıq hesabatlar təqdim etmək (istehlak, israf, hadisələr, təlim nəticələri və s.). Xüsusi aksiyalar, tədbirlər və yeni kulinariya ideyaları üzrə təşəbbüslərlə çıxış etmək.