Ana Səhifə
Vakansiyalar

Satış və Biznesin İnkişafı

Satış və Biznesin İnkişafı

Aparıcı şirkətlərdən 445 iş imkanı kəşf edin

Satış və Biznesin inkişafı vakansiyalarısatış iş elanları böyümə hədəflərini reallaşdırmaq, yeni müştərilər qazanmaq və gəliri artırmaq istəyən şirkətlər üçün kritik əhəmiyyət daşıyır. Bu səhifədə Daşınmaz əmlak agenti və makler vakansiyaları, Korporativ satış vakansiyaları, Pərakəndə satış meneceri vakansiyalarıSatış üzrə mütəxəssis iş elanları gündəlik yenilənir. Namizədlər Bakı satış vakansiyaları, hibrid satış meneceri iş elanları, junior satış üzrə mütəxəssis vakansiyaları, B2B korporativ satış iş elanları kimi uzun quyruqlu açar sözlər ilə axtarışı dəqiqləşdirə, filtr və axtarış kombinasiyaları ilə ən uyğun rolu tez tapa bilərlər. CV-də nəticələr (məsələn, konversiya artımı, kvartal satış həcmi, portfel genişlənməsi) və alətlər (CRM, satış boru xətti, kross-satış texnikaları) göstərildikdə satış iş elanları daxilində seçilmə şansı əhəmiyyətli dərəcədə yüksəlir.

Satış məsləhətçisi

Ziyafət geyimləri mağazası

Tam Ştat
Orta Səviyyə

📢 **Vakansiya haqqında ətraflı məlumat** Şirkətimizdə açıq olan vakansiya ilə bağlı sizi məlumatlandırmaqdan məmnunuq 🔹 **Vəzifə adı:** Satış təmsilçisi 🔹 **Şirkət:** Ziyafət geyimləri mağazası 🔹 **İş yeri:** Xətai rayonu, Məhəmməd Hadi küçəsi 🔹 **İş qrafiki:** 10:00–19:00, həftə içi 2 gün istirahət 📌 **Əsas vəzifə öhdəlikləri:** * Müştərilərlə aktiv əlaqə qurmaq və məhsul/xidmətlərin təqdimatını həyata keçirmək * Satış planlarını yerinə yetirmək və satış həcmini artırmaq * Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının inkişaf etdirilməsi * Müştəri ehtiyaclarını analiz edərək uyğun həllər təklif etmək * Kirayə geyimlərin quru təmizləməyə göndərilməsinin təşkili və nəzarəti * Müştərilərə geyim seçimi və uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi * Mağazada səliqə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət * Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi 🎯 **Tələblər:** * Qadın namizəd * Yaş həddi: 18–25 * Orta təhsil * Ünsiyyət və təqdimat bacarıqları * Məsuliyyətli, səliqəli və müştəriyönümlü olmaq *  Azərbaycan dilində səlis danışıq bacarığı * Geyim sahəsində iş təcrübəsi arzuolunandır 📩 Müraciət etmək üçün CV-nizi göndərin: elmin.isayev@forcetrade.az 📅 Son müraciət tarixi: 25 aprel Əlavə suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz: +994 70 575 33 30

Wilstream.аz

Satış Meneceri (Sales Manager)

Wilstream.аz

Tam Ştat
Menecer

Dünya bazarında 20 ildən artıq təcrübəyə malik olan Vilstream autsorsinq çağrı mərkəzi, Azərbaycandakı ofisi üçün Satış Meneceri vəzifəsinə namizədlər axtarır. Təklif edirik: Maaş: 2500 AZN + satışlardan faiz (%) İş qrafiki: 5/2, 09:00 – 18:00 Təlim: Xarici və yerli mütəxəssislər tərəfindən, şirkət hesabına peşəkar inkişaf proqramları Dinamik və inkişaf yönümlü iş mühiti Vəzifə öhdəlikləri: Yeni müştərilərin aktiv şəkildə axtarışı və cəlb olunması Müştərilərlə effektiv ünsiyyətin qurulması və ehtiyacların müəyyən edilməsi Müqavilələrin hazırlanması və bağlanması Ödəniş proseslərinə nəzarət və idarə olunması Bazarın və rəqiblərin təhlili Müştəri bazasının idarə olunması Gündəlik və aylıq satış hesabatlarının hazırlanması Namizəddən gözləntilər: B2B satış sahəsində iş təcrübəsi Güclü ünsiyyət və təqdimat bacarığı Aktiv, məsuliyyətli,nəticə yönümlü düşüncə və satış hədəflərinə fokuslanma Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq Ali və ya orta ixtisas təhsili Satış sahəsində ən azı 1 il iş təcrübəsi Ünsiyyət və təqdimat bacarıqları Kompüter bilikləri (MS Office proqramları) Üstünlükdür: Maaşdan əlavə qazanc imkanlarına açıq olmaq Aktiv, təşəbbüskar və inkişaf yönümlü yanaşma Müraciyyət etmək istəyən namizədlər Satış Meneceri (Sales Manager)B2B başlığı ilə qeyd olunan elektron poçt ünvanına CV lərini göndərə bilərlər. Qeyd: yalnız uyğun namizədlərə geri dönüş edoləcəkdir.

Sirab Satış və Dağıtım MMC

Supermarketlər üzrə satış şöbə müdiri

Sirab Satış və Dağıtım MMC

Tam Ştat
Menecer

Vəzifə öhdəlikləri: Supermarketlər üzrə satış strategiyasınının hazırlanması Satış komandasının (satış təmsilçiləri, bölgə menecerləri və s.) effektiv idarə edilməsi, komandanın inkişafının təmin edilməsi Satış proseslərinin düzgün və fasiləsiz icrasını təmin etmək Qaytarma, silinmə və stok proseslərinin düzgünlüyünə nəzarət etmək Şəbəkələrdən ödənişlərin vaxtında alınmasını təmin etmək Satış planlarının hazırlanması və icrasına nəzarət Müştəri şəbəkəsinin genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafı Satış göstəricilərinin və bazar trendlərinin təhlili Marketinq departamenti ilə birlikdə aksiya və kampaniyaların hazırlanması və icrası Müştərilərlə müqavilələrinin bağlanması və yenilənməsini təşkil etmək Müştərilərlə qiymət razılaşmaları və xüsusi təkliflərin hazırlanmasında iştirak etmək Satış nöqtələrinin rayon, qəsəbə, alt-lokasiya uyğun olaraq ərazi bölgüsünün aparılması və rut planlarının optimallaşdırılması Satış nöqtələrində brend standartlarının (planogram, rəf payı, feysinq) qorunmasına və merçandayzinq keyfiyyətinə nəzarət edilməsi Rəqiblərin qiymət siyasətinin, kampaniyalarının və yeni məhsul təqdimatlarının mütəmadi monitorinqi və analizi Satış komandasının sahə bacarıqlarını artırmaq üçün mütəmadi olaraq birgə ərazi ziyarətlərinin həyata keçirilməsi

GL ASC

Təsərrüfat şöbəsinin müdiri

GL ASC

Təcrübə
Orta Səviyyə

Ali təhsil; İş təcrübəsi - müvafiq sahə üzrə azı 5 il staj; Yaş həddi: 30-40; Komandada işləmək və komandanı idarə etmək bacarığı Vəzifə funksiyaları: Baş ofis və filialların təsərrüfat işlərini koordinasiya etmək, mebellə, təsərrüfat inventarları, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət; Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi; Baş ofis və filialların təmir bərpa işlərinin smetasının tərtib edilməsi ve aidiyyatı strukturla razılaşdırılması; Təsərrüfat və digər malların qalığına daima nəzarətin edilməsi; Şirkətin bütün qeyri-maliyyə aktivlərinin texniki, sanitar və yanğın əleyhinə qaydalara uyğun saxlanılması üçün məsuliyyət daşıyır; Rəhbərliyin müəyyən etdiyi müddətlərdə Maliyyə departamenti ilə birgə şirkətin qeyri-maliyyə aktivlərinin inventarizasiyasının aparmasını təşkil edir və həyata keçirir; Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün düzgün aparılması, fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi; Rəhbərliyə vaxtında tələb olunan hesabatları vermək. Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Digital Home

Mebel üzrə kateqoriya meneceri

Digital Home

Tam Ştat
Menecer

Ali təhsil Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi Xarici dil biliyi: Rus dili arzuolunandır MS Excel biliyi: Yüksək səviyyədə Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı Əsas vəzifə öhdəlikləri: Məhsul portfelinin təhlili üçün tələb olunan hesabat sisteminin qurulması; Yeni məhsul konseptlərinin hazırlanması; Məhsulların müştəri ehtiyaclarına görə seçilməsi üzrə təkliflərin hazırlanması; Satışı artırmaq üzrə müvafiq təkliflərin verilməsi; Məhsulun kommersiyalaşdırma prosesi üçün birgə marketinq planlarının hazırlanması; Məhsul portfelini idarə etmək üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi; Rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi; Məhsul seqmentlərinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi; Yeni məhsul konseptlərinin hazırlanması prosesində iştirak etmək. İş şəraiti: Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. İş vaxtı:  9.00 – 18.00 İş rejimi: 5/2 Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15 Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Mebel üzrə kateqoriya meneceri" mövzu hissəsində qeyd etməklə göstərilən elektron poçtuna göndərsinlər.

Bakinity Distribution MMC

Tender üzrə aparıcı mütəxəssis

Bakinity Distribution MMC

Tam Ştat
Yüksək Səviyyə

Vəzifə öhdəlikləri: Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir. Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir. Tenderlərdə iştirakın təşkilini və dəstəklənməsini həyata keçirir: tələb olunan sənədləri hazırlayır, müraciətləri tərtib edir və təqdim edir, eyni zamanda müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir. Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır. Sektorun təşkilati işlərini yerinə yetirir, digər struktur bölmələrdən tələb olunan sənədləri toplayır, çatışmazlıqlar barədə struktur bölmə rəhbərinə məlumat verir. Təchizatçılarla əvvəlcədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması prosesini icra edir. Tender prosesində yaranan suallara cavab verir, sorğuları cavablandırır və təkliflərin icrasını izləyir. Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir. Tender üzrə tələb olunan bütün sənədlərin (maliyyə, texniki, hüquqi və kommersiya) qanunvericiliyə və tender şərtlərinə uyğun olaraq hazırlanmasını, formalaşdırılmasını və sistemləşdirilməsini icra edir; aidiyyəti bölmələrlə sənəd koordinasiyasını təmin edir. Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir. Təchizatçıların təminat öhdəliklərinin və keyfiyyət tələblərinin yerinə yetirilməsini izləyir və qeydə alır. Tender prosesinin bütün mərhələlərində şəffaflıq və hüquqi tələblərin yerinə yetirilməsini təmin edir. Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir. Struktur bölmədə fəaliyyət göstərən tender üzrə mütəxəssisin işinə və müvafiq istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinə metodoloji və təşkilati baxımdan nəzarət edir, zərurət yarandıqda metodiki dəstək göstərir. Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən fəaliyyətinə dair digər tapşırıqları yerinə yetirir. Namizədə dair tələb olunan bilik və bacarıqlar: Ali təhsil. Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi. Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı. MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Tapşırıqların düzgün prioritetləşdirilməsi və problem həll etmə bacarığı. Əlavə məlumat: İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Satış və Biznesin inkişafı vakansiyaları və iş elanları

Daşınmaz əmlak agenti / makler vakansiyaları və iş elanları

Daşınmaz əmlak agenti və makler vakansiyaları yaşayış və kommersiya obyektlərinin bazara çıxarılması, alqı-satqı və icarə prosesinin idarə olunması, müştəri ehtiyacının dəqiq təhlili və danışıqların aparılmasını əhatə edir. Axtarışda Bakı daşınmaz əmlak agenti vakansiyaları, premium layihələr üzrə makler iş elanları, kommersiya əmlakı satış vakansiyaları, icraçı makler vakansiyaları kimi uzun quyruqlu açar sözlər istifadə edin. Bu alt sahədə Satış və Biznesin inkişafı vakansiyaları içində müvəffəqiyyət üçün CRM-də lead idarəetməsi, obyekt təqdimatları, qiymətləmə metodları, hüquqi sənədləşmə axını və satış sonrası müşayiət əsas bacarıqlardır. Nəticələrdə bağlanmış müqavilə sayı, orta komissiya və market günlərinin (days on market) azaldılması kimi göstəriciləri vurğulamaq satış iş elanları üzrə rəqabət üstünlüyü yaradır.

Korporativ satış vakansiyaları və iş elanları

Korporativ satış vakansiyaları B2B mühitində hesab (account) strategiyası, tender və RFP prosesləri, həll yönümlü təqdimatlar, kross- və əlavə satış (upsell) imkanlarının qurulmasını tələb edir. Bakı korporativ satış meneceri vakansiyaları, B2B satış üzrə mütəxəssis iş elanları, sənaye avadanlığı satış vakansiyaları, SaaS B2B satış iş elanları kimi uzun quyruqlu açar sözlər daha dəqiq nəticə verir. Burada satış boru xəttinin mərhələləri, qərar verən xəritəsi (DMU), ROI əsaslı biznes case-lər və müqavilə şərtlərinin optimizasiyası ön plandadır. KPI-lar: qapanış dərəcəsi, orta müqavilə dəyəri, satış dövrünün qısaldılması. Bu göstəriciləri CV-də konkret rəqəmlərlə qeyd etmək Korporativ satış vakansiyaları üçün həlledicidir.

Pərakəndə satış meneceri vakansiyaları və iş elanları

Pərakəndə satış meneceri vakansiyaları mağaza əməliyyatları, komandanın hədəflərə çatdırılması, vitrin və planogram icrası, kassanın nizam-intizamı və müştəri təcrübəsinin yüksəldilməsini əhatə edir. Axtarışda Bakı pərakəndə satış meneceri vakansiyaları, shift rəhbəri iş elanları, mağaza müdiri vakansiyaları, retail satış meneceri iş elanları kimi uzun quyruqlu açar sözlərdən istifadə edin. Bu sahədə satış hədəfləri, dönüşüm dərəcəsi, orta qəbz, stok dövriyyəsi və itkilərin azaldılması üzrə metrikləri idarə etmək satış iş elanları daxilində əsas tələblərdəndir. Komanda təlimi, motivasiya mexanizmləri və kampaniya dövrlərində sürətli icra Pərakəndə satış meneceri vakansiyaları üçün fərq yaradır.

Satış üzrə mütəxəssis vakansiyaları və iş elanları

Satış üzrə mütəxəssis vakansiyaları lead tapmaq, ehtiyac analizi aparmaq, demo və təqdimatlar keçirmək, etirazları idarə etmək və qapanış strategiyaları ilə məşğuldur. Bakı satış üzrə mütəxəssis vakansiyaları, junior satış üzrə mütəxəssis iş elanları, sahə satış mütəxəssisi vakansiyaları, tele-satış iş elanları tez-tez dərc olunur. SDR/BDR modelləri, kadrlaşdırılmış skriptlər, CRM-də mərhələ idarəsi, gündəlik zəng və görüş kvotalarına əməl kimi intizam tələbləri Satış və Biznesin inkişafı vakansiyaları içində uğurun əsasıdır. Nəticə yönümlü portfel (qazanılmış müştərilər, yenilənən müqavilələr, konversiya artımı) təqdim etmək satış iş elanları üçün böyük üstünlükdür.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • Açar sözləri hədəfləyin: Bakı satış vakansiyaları, korporativ satış meneceri iş elanları, pərakəndə satış meneceri vakansiyaları, daşınmaz əmlak makler iş elanları, satış üzrə mütəxəssis junior vakansiyaları kimi uzun quyruqlu açar sözlər istifadə edin.

  • CV-ni nəticələrlə gücləndirin: konversiya dərəcəsi, aylıq satış həcmi, pay bazarı və yenilənmə (renewal) faizi kimi göstəriciləri konkret rəqəmlərlə yazın; bu, satış iş elanları arasında sizi fərqləndirir.

  • Alətlər və metodlar: CRM (Salesforce, HubSpot, Zoho), SPIN, BANT, MEDDICC, ehtiyac analizi, demo ssenariləri və etirazların idarəsi Satış və Biznesin inkişafı vakansiyaları üçün vacibdir.

  • Portfel və sübutlar: qısa case-lər, müştəri rəyləri, təqdimat slaydları, müqavilə nümunələri və kampaniya nəticələri satış vakansiyaları üçün güclü sübutlardır.

  • Müsahibəyə hazırlıq: roll-play, situasiya sualları, müqavilə şərtlərinin optimizasiyası, qiymət danışıqları və dəyər əsaslı satış hekayələri hazırlayın.

  • Şəbəkələşmə: event və sərgilər, sahə qrupları və referallar vasitəsilə lead mənbələrinizi genişləndirin; bu, Satış və Biznesin inkişafı vakansiyaları üçün sürətli çıxış yaradır.

  • ATS uyğunluğu: rol mətni ilə eyni terminləri təbii şəkildə CV-yə inteqrasiya edin ki, filtrdən rahat keçsin.

Satış və Biznesin inkişafı barədə tez-tez verilən suallar (FAQ)

1) Satış və Biznesin inkişafı vakansiyaları ən çox hansı sahələrdədir?
Pərakəndə, telekom, FMCG, B2B xidmətlər və texnologiyada satış vakansiyalarısatış iş elanları daha çox görünür.

2) Daşınmaz əmlak agenti və makler vakansiyaları üçün əsas bacarıqlar hansılardır?
CRM-də lead idarəetməsi, obyekt təqdimatı, danışıqlar və hüquqi sənədləşmə; bu bacarıqlar daşınmaz əmlak makler iş elanları üçün əsasdır.

3) Korporativ satış vakansiyaları üçün hansı metriklər təqdim edilməlidir?
Qapanış dərəcəsi, orta müqavilə dəyəri, satış dövrünün uzunluğu və kross-satış payı; Korporativ satış vakansiyalarında bu KPI-lar tələb olunur.

4) Pərakəndə satış meneceri vakansiyaları hansı tələbləri vurğulayır?
Komanda idarəçiliyi, planogram icrası, stok dövriyyəsi və müştəri məmnuniyyəti; Pərakəndə satış meneceri vakansiyaları bu sahələrə fokuslanır.

5) Satış üzrə mütəxəssis vakansiyaları üçün junior səviyyədə nələr gözlənilir?
Aktiv zəng və görüş kvotaları, CRM intizamı, demo hazırlığı və skriptlərlə işləmə; junior satış üzrə mütəxəssis iş elanları bunu açıq göstərir.

6) Satış iş elanları üzrə uzaqdan iş mümkündürmü?
Bəli, xüsusən SaaS B2B satış iş elanlarıtele-satış vakansiyaları hibrid və remote format təklif edir.

7) Danışıqlarda hansı metodlardan istifadə etmək faydalıdır?
SPIN, BANT, MEDDICC kimi çərçivələr; qiymət dəyər uyğunluğu və ROI əsaslı təqdimatlar satış vakansiyaları üçün effektivdir.

8) Satış və Biznesin inkişafı vakansiyaları üçün hansı alətlər üstünlük verir?
CRM, təqdimat alətləri, data vizualizasiya, e-imza və müqavilə idarəetməsi platformaları satış iş elanları üçün önəmlidir.

9) Daşınmaz əmlak agenti vakansiyalarında gəlir modeli necə formalaşır?
Əsasən komissiya əsaslı və ya komissiya + sabit maaş modelləri; makler iş elanlarında detallar qeyd olunur.

10) Pərakəndə satış meneceri üçün yüksəliş yolları hansılardır?
Mağaza müdiri, region rəhbəri, təlim meneceri və ya Korporativ satış istiqamətinə keçid; bu, Satış və Biznesin inkişafı vakansiyaları daxilində geniş yayılıb.

Nəticə: Satış və Biznesin inkişafı vakansiyalarısatış iş elanları içində doğru rolu tapmaq üçün uzun quyruqlu açar sözlərdən istifadə edin, CRM və satış metodologiyalarında təcrübənizi ön plana çıxarın, hər müraciəti nəticələrlə gücləndirib rola uyğunlaşdırın. Uğurlar!