Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Korporativ Satış Meneceri (Fintech & Software Solutions)

Korporativ Satış Meneceri (Fintech & Software Solutions)

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

Siz bazarda ödəniş qəbulunda çətinlik çəkən, prosesləri əl ilə idarə edən və ya rəqəmsallaşmağa ehtiyacı olan şirkətləri tapacaq və onlara bizim texnoloji həllərimizi (E-com, MultiSplit, POS, App) təklif edəcəksiniz.

Vəzifə Öhdəlikləri

  • Bazarın Araşdırılması: Sektor fərqi olmadan (E-kommersiya, Sığorta, Təhsil, HoReCa, Logistika və s.) potensial korporativ müştərilərin müəyyən edilməsi.

  • Həllərin Satışı: Müştərinin biznes modelini təhlil edərək, ona ən uyğun ödəniş alətini və ya proqram təminatını (paket) şəklində təklif etmək.

  • Görüşlər və Təqdimatlar: Şirkətin portfelindəki həllərin (Custom Software, Payment Integration) təqdimatını keçirmək və qərarverici şəxslərlə görüşmək.

  • Müqavilə Prosesi: Kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilə bağlanana qədər prosesin izlənilməsi.

  • Networking: Sərgilərdə və biznes forumlarda şirkəti təmsil etmək, yeni əlaqələr qurmaq.

Tələblər

  • Təcrübə: B2B satış, korporativ danışıqlar və ya layihə satışı sahəsində minimum 1-2 il təcrübə.

  • Analitik Baxış: Müştərinin biznesindəki 'boşluqları' görmək və ora bizim texnologiyanı yerləşdirmək bacarığı

  • Texnoloji Savad: IT məhsulları, API inteqrasiyaları və ya Fintex terminləri barədə məlumatlı olmaq (və ya sürətli öyrənmək həvəsi)

  • Şəxsi Keyfiyyətlər: Təşəbbüskar, nəticəyə fokuslanmış, ünsiyyətcil və təqdimat bacarığı yüksək olan.

Dil Bilikləri

  • Azərbaycan dili – Səlis (yazılı və şifahi).

  • Rus dili – Yaxşı səviyyədə (arzuolunandır).

  • İngilis dili – Yaxşı səviyyədə (arzuolunandır).

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14096

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

AML / Böyük mütəxəssis

Tam Ştat

MSolution olaraq AML istiqamətində komandamızı gücləndiririk. Axtardığımız namizəd şirkətin AML/CFT, uyğunluq yanaşmalarını formalaşdırmalı, gündəlik monitorinq proseslərini idarə etməli, yeni məhsul, xidmət və tərəfdaşlıqları qiymətləndirməli və bu sahə üzrə praktiki nəzarəti həyata keçirməlidir. Bu vəzifədə əsas məqsəd şirkətin fəaliyyətində AML/CFT, uyğunluğun vaxtında müəyyən edilməsi, qiymətləndirilməsi, idarə olunması və bu istiqamətdə effektiv yanaşmanın real tətbiqinin təmin edilməsidir. Vəzifə Öhdəlikləri AML/CFT üzrə daxili qayda, prosedur və metodologiyaları hazırlamaq, yeniləmək və tətbiq etmək. Mövcud və yeni məhsullar, xidmətlər, tərəfdaşlıqlar və biznes prosesləri üzrə qiymətləndirmə aparmaq. Şübhəli, qeyri-adi və əməliyyatları izləmək, araşdırmaq və nəticə üzrə rəy vermək. Müştəri, merchant, tərəfdaş və əməliyyatları qiymətləndirmək. AML və uyğunluq üzrə daxili hesabatlar, rəylər və təkliflər hazırlamaq. Tənzimləyici tələbləri izləmək və onların daxili proseslərdə tətbiqini təmin etmək. Biznes, əməliyyat, məhsul və texniki komandalarla birbaşa işləyərək mövqe formalaşdırmaq. Monitorinq yanaşmalarını və nəzarət tədbirlərini müəyyən etmək və tətbiq etmək. Yeni proses, məhsul və tərəfdaşlıqlar üzrə AML rəyi vermək. Aşkarlanan uyğunsuzluqlar və boşluqlar üzrə tədbirlər planı formalaşdırmaq və icrasını izləmək.