Şirkətlərə Qayıt
MSolution

MSolution

4

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

4 iş elanı

MSolution

Tech Lead / Senior Java Engineer

MSolution

Tam Ştat
Lider

MSolution komandasında texnoloji vizyonu idarə edəcək, mühəndislərdən ibarət komandanı həm idarəçi (management), həm də texniki lider kimi yönləndirəcək, resursların düzgün bölüşdürülməsindən və çatdırılma (delivery) prosesindən məsul olacaq Tech Lead axtarırıq. Siz sadəcə kod yazmayacaqsınız; komandanın texniki böyüməsinə rəhbərlik edəcək, memarlıq qərarlarını biznesin hədəfləri ilə uzlaşdıracaq və çatdırılma keyfiyyətinə birbaşa cavabdeh olacaqsınız. Vəzifə Öhdəlikləri Microservice arxitektura əsasında backend sistemlərin layihələndirilməsi və inkişafı (Java 17+, Spring Boot). Sistem arxitekturası üzrə texniki qərarların qəbul edilməsi və arxitektura sənədlərinin hazırlanması. RabbitMQ və ya Kafka ilə event-driven inteqrasiyaların qurulması. REST API dizaynı, versiyalama və inteqrasiya strategiyalarının müəyyənləşdirilməsi. Performance bottleneck-lərin aşkarlanması, profiling və production insidentlərin root cause analizi. Code review prosesinin idarə olunması, kodlaşdırma standartlarının formalaşdırılması və komandanın yazı daxili keyfiyyətinə nəzarət edilməsi. Komanda üzvlərinə texniki mentorluq, pair programming, bilik paylaşımı və tapşırıqların düzgün delegasiyası. DevOps/Infrastructure komandaları ilə birlikdə CI/CD pipeline və deployment proseslərinin təkmilləşdirilməsi.

MSolution

Hüquq üzrə menecer

MSolution

Tam Ştat
Menecer

Fintech və ödəniş xidmətləri sahəsində hüquqi proseslərin idarə olunmasını təmin edəcək, şirkətin hüquqi risk strategiyasını formalaşdıracaq, məhsul və biznes qərarlarında hüquqi tərəfdaş kimi çıxış edəcək peşəkar Hüquq üzrə menecer axtarırıq. Vəzifə Öhdəlikləri Şirkətin hüquqi fəaliyyətinin və hüquqi risk idarəetmə proseslərinin koordinasiya olunmasını təmin etmək. Müqavilələrin, əməkdaşlıq sənədlərinin, daxili qaydaların və digər hüquqi sənədlərin hazırlanmasına və hüquqi nəzarətinə rəhbərlik etmək. Yeni fintech, payment və rəqəmsal məhsullar üzrə hüquqi uyğunluq və risk analizlərini həyata keçirmək. Məhsul launch-ları, yeni biznes modelləri və tərəfdaşlıqlar üzrə hüquqi rəy və qərarvermə prosesində iştirak etmək. E-commerce, payout, merchant acquiring, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək və uyğun hüquqi çərçivələrin formalaşdırılmasını təmin etmək. AML/KYC, compliance, fraud və risk idarəetməsi proseslərinə hüquqi tərəfdən dəstək vermək. Azərbaycan Mərkəzi Bankı və digər tənzimləyici qurumlarla hüquqi kommunikasiyalarda iştirak etmək. Tənzimləyici tələblərə uyğun siyasət, prosedur və daxili nəzarət sənədlərinin hazırlanmasını koordinasiya etmək. Şirkətin hüquqi sənəd dövriyyəsinə, hüquqi risklərinə və regulator tələblərinə uyğunluğuna nəzarət etmək. Məhsul, risk, compliance, maliyyə və biznes komandaları ilə koordinasiyalı işləmək. Hüquqi məsələlər üzrə rəhbərliyə strateji hüquqi rəy və tövsiyələr təqdim etmək. Zərurət yarandıqda xarici hüquq şirkətləri və hüquqi tərəfdaşlarla iş prosesini koordinasiya etmək.