Hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Fintech layihələrinin hüquqi arxitekturasını quracaq, biznes hədəfləri ilə hüquqi risklər arasında balans yaradacaq və dinamik mühitdə komandamızın hüquqi dayağı olacaq peşəkar mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
Şirkətin müqavilə, məktub, arayış və digər hüquqi sənədlərini hazırlamaq.
Müştəri, tərəfdaş, bank və dövlət qurumları ilə hüquqi yazışmalarda iştirak etmək.
Yeni fintech və ödəniş məhsullarının hüquqi uyğunluğunu analiz etmək.
E-commerce, payout, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək.
AML/KYC, compliance və risk proseslərinə hüquqi dəstək göstərmək.
Mərkəzi Bank və digər tənzimləyici qurumların tələblərinə uyğunluq üzrə sənədləşmədə iştirak etmək.
Daxili qaydalar, prosedurlar və siyasətlərin hazırlanmasına dəstək vermək.
Şirkətin hüquqi sənəd dövriyyəsini idarə etmək.
Məhsul, risk, AML və biznes komandaları ilə birlikdə işləmək
Tələblər
Hüquq üzrə ali təhsil.
Korporativ hüquq, müqavilə hüququ və kommersiya hüququ üzrə biliklər.
Ödəniş xidmətləri, AML/KYC və compliance tələbləri üzrə anlayış.
Yeni məhsul və xidmətlərin yaradılması zamanı hüquqi uyğunluğu qiymətləndirmək bacarığı.
Müqavilə, rəsmi məktub, arayış və daxili hüquqi sənədlərin hazırlanması bacarığı.
Azərbaycan Respublikasının mülki, əmək, vergi və sahibkarlıq qanunvericiliyi üzrə biliklər.
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.
Müstəqil işləmək və prioritetləri düzgün idarə etmək bacarığı.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
Üstünlük hesab olunur
Ödəniş təşkilatı, fintech və ya bank sektorunda iş təcrübəsi.
Mərkəzi Bank tələbləri və ödəniş xidmətləri qanunvericiliyi ilə tanışlıq.
AML, compliance və məhsul hüququ üzrə praktik biliklər.
Hüquqi məsələlərə biznes və risk prizmasından yanaşmaq bacarığı.
İngilis və rus dili biliyi.
Biz nə təklif edirik?
Sürətlə böyüyən Fintex sektorunda real karyera imkanı.
Kiçik, çevik və peşəkar komanda mühiti.
Maraqlı hüquqi keyslər və innovativ layihələr.
Peşəkar inkişaf və daimi öyrənmə imkanları.
Rəqabətli əməkhaqqı.
Necə Müraciət Etmək Olar
MSolution
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16322
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə