Ana Səhifə
Vakansiyalar

Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı

Aparıcı şirkətlərdən 13 iş imkanı kəşf edin

Kənd təsərrüfatı vakansiyalarıkənd təsərrüfatı iş elanları bu səhifədə bitkiçilik, heyvandarlıq, torpaq elmləri, aqro emal və sahə əməliyyatları üzrə bütün səviyyələr üçün toplanır. Burada Aqronom vakansiyaları, Bağban vakansiyaları, Texnoloq (ərzaq/aqro emal) vakansiyaları, Geologiya və ətraf mühit vakansiyaları, Ümumi kənd təsərrüfatı işləriDigər kənd təsərrüfatı işləri gündəlik yenilənir. Namizədlər Bakı kənd təsərrüfatı vakansiyaları, regionlarda kənd təsərrüfatı iş elanları, ferma üzrə aqronom iş elanları, plantasiya bağban vakansiyaları, aqro emal texnoloq vakansiyaları kimi uzun quyruqlu açar sözlərlə axtarışı dəqiqləşdirə bilər. Filtrlərdən istifadə edərək məkan, iş rejimi (sahə/ofis/hibrid), təcrübə səviyyəsi və maaş diapazonuna görə nəticələri daraldın, portfel, sertifikat və ferma nəticələrini əlavə edib uyğun kənd təsərrüfatı vakansiyaları üçün sürətli müraciət edin.

PMD Projects MMC

Geodeziya üzrə kiçik mühəndis

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Geodeziya İstinad Şəbəkəsinin qurulması və naturada Aktla podratçıya təhvil verilməsi; Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalı doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi); Tikinti-quraşdırma işləri zamanı xətti personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etməli; Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanmasına; İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etməli; Zəruri hesabatların hazırlanmasını təmin etməli; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək, Baş Topoqraf və bölmənin aparıcı topoqrafının tapşırıq və göstərişlərinin yerinə yetirmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Azərpambıq ASK MMC

Biləsuvar PİEZ filialında fermerlərlə iş üzrə əməliyyat texniki

Azərpambıq ASK MMC

Tam Ştat
Direktor

✅Yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında alınan məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını yerinə yetirir. ✅Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir. ✅Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialların emalı və toplanması işini yerinə yetirir. ✅Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işi yerinə yetirir. ✅Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir. ✅Daxili olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata alır, onların mühafizəsini təmin edərək, sənədlərin daxil olması uçotunu aparır, onların vaxtında yerinə yetirilməsinə nəzarət edir. ✅Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır. ✅Fermerlərin müraciət ərizələrini qəbul edir, müraciət ərazələrinə baxış keçirmək üçün müvafiq alt sənədlərin toplanmasını tələb edir, hazır sənədləri filial direktoruna / filialın direktor müavininə dərkənara üçün təqdim edir. ✅Filial direktorunun / filialın direktor müavininin rəyinə əsasən fermerin ərazilərinin GPS vasitəsi ilə ölçülməsi üçün müvafiq sənədləri təqdim edir, baxış aktı, GPS ölçüsü və digər normativ sənədlər tam şəkildə hazır olduqdan sonra fermerlə 3 (üç) tərəfli müqavilə hazırlayır, müqavilədə fermerin imza nümunəsi yoxlanıldıqdan sonra tərtib olunmuş sənədlər toplusunun (3 tərəfli müqavilədən başqa) surətini Cəmiyyətin aparatına göndərir. ✅3 tərəfli müqaviləni təsdiqlətmək üçün müqaviləni digər alt sənədləri ilə birlikdə Cəmiyyətin aparatına göndərilir. ✅Təsdiq edilmiş müqavilənin 1 nüsxəsinin fermerə təqdim edilməsini təmin edir, Müqavilə bağlanıldıqdan sonra, fermerlərə buraxılan nəğd vəsaitlər barədə (icarə, əkin, arat, 1-2-3 suvarma, mator suvarma, ketmənləmə 1-2 və s.) aparıcı-aqronom, aqronom və əlaqələndirici (ərazi nümayəndəsi) tərəfindən verilən sifarişləri qəbul edir və müvafiq qaydada icra edir. ✅Fermerlərə göstərilən xidmətlərin, avans vəsaitlərinin, natura şəklində verilən mal-materialın (çiyid, gübrə, dərman peraparatları və s) ümumi avansın verilməsi reyestrinə işlənməsini icra edir. ✅Ümumi avans verilməsi reyestri ilə bərabər, 1C ERP proqramına bütün fermerlərin məlumatlarını daxil edir. ✅Fermerlərin əkin və məhsul subsidiyaları alması üçün “e-Aqro”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) və “Tap Aqro” portallarında müvafiq əməliyyatları icra edir

AzerGold CJSC

SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri SƏTƏM siyasət və prosedurlarının tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək. Audit və təftiş: Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək. Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək. Təlim və təlimatlandırma: Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək. Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək. Monitorinq və hesabatlılıq: SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək. Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək. Risklərin müəyyən edilməsi: İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək. Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması. SƏTƏM inventar və materialların izlənməsi: SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.

AzerGold CJSC

SƏTƏM üzrə mühəndis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri: SƏTƏM siyasət və prosedurlarının idarə olunması: Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək. Audit və təftişlərin icrası: Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək. Uyğunsuzluqların idarə olunması: Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək. Təlim və səriştələrin idarə olunması: Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək. Hadisələrin araşdırılması və idarə olunması: Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək. Uyğunluğun və qanunvericiliyin monitorinqi: SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq. Monitorinq, sənədləşdirmə və hesabatlılıq: SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək. Fövqəladə halların idarə olunması: Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək. Kommunikasiya və məlumatların idarə olunması: Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək. Risk və təhlükəli amillərin idarə olunması: İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək. Podratçı və təchizatçıların idarə olunması: Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək. Sifariş və büdcə proseslərinə dəstək: Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.

Prime Cotton

Aqronom (Bərdə)

Prime Cotton

Tam Ştat
Orta Səviyyə

Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək; Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq; Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək; Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək; Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək; Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək; Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması; Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək; Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək; Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək; Həyata keçirilən işlərin hesabatının aparılması.

Grand-Agro MMC

Sahə aqronomu

Grand-Agro MMC

Tam Ştat
Orta Səviyyə

Bağ sahəsində bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi və proflaktik tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir Nəzarət etdiyi bağ sahələri üzrə kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı təkliflər verir Ərazidə işləyən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət Sahələr üzrə illik aqrokimyəvi və aylıq aqrotexniki tədbirlər planların hazırlanmasını həyata keçirir Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir Dövrü məhsuldarlıq planlamasının hazırlanmasında iştirak edir Hazırlanmış məhsuldarlıq və yığım planına uyğun olaraq yığım işlərinin həyata keçirilməsini təşkil edir

AzerGold CJSC

Baş geoloq / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Mədən işlərini və iş bölgüsünü təşkil etmək; Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək; Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasını təşkil etmək; Mədən ehtiyatlarının qalığının hər il üçün yenidən hesablanmasına nəzarət etmək və hesabatın bölmə rəhbərinə təqdim edilməsi; İllik istehsalat planının hazırlanması, işlərin plana uyğun aparılması və gündəlik, aylıq, rüblük, illik hesabatların hazırlanması; Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə Söyüdlü qızıl yatagında geologiya, mədən və tapoqrafiya işlərini təşkil etmək; Bütün geoloji və keyfiyyətə nəzarət məlumatları ilə tanış olmaq və digər struktur bölmələr ilə effektiv şəkildə əməkdaşlıq etmək; Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təşkil etmək; Qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək; Buruqqazma, partlayış və daşıma işləri üzrə podratçılarlarla işləri təşkil etmək; Faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasını təmin etmək; Mədən üzrə maksimum və arzu edilən keyfiyyətə nail olunmasını təmin etmək üçün çıxarılan filiz ehtiyatının keyfiyyətinə nəzarət etmək və məlumatlarının uyğunluğunu yoxlamaq; Filiz anbarından qırıcıya cəlb olunacaq filizin dərəcəsinə uyğun həcmlərini müəyyən etmək; Filiz bloku poliqonunun tamamilə işlənmiş olmasına nəzarət etmək;

Azersun Holding

Aqronom (Kürdəmir, Biləsuvar)

Azersun Holding

Tam Ştat
Orta Səviyyə

Talep No:  22496 Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC Namizədə aid tələblər: Ali təhsil (Müvafiq sahə üzrə); Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi; Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı; Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli; İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı; İş haqqında məlumat: Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək; Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq; Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq; Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək; Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir; Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir; Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq; Görülən işlərlə bağlı hesabatlar təqdim etməli. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Kürdəmir rayonu, Biləsuvar rayonu. Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir, Biləsuvar )” qeyd etməyiniz xahiş olunur.

Kənd Təsərrüfatı vakansiyaları və iş elanları

Aqronom vakansiyaları və iş elanları

Aqronom vakansiyaları torpaq və iqlim analizi, əkin planı, gübrələmə strategiyası, suvarma və xəstəlik-zərərverici nəzarəti üzərində qurulur. Ferma və aqroholdinqlər Bakı və regionlarda aqronom iş elanları, məhsul yetişdirmə üzrə aqronom vakansiyaları, bitki qidası üzrə mütəxəssis iş elanları dərc edirlər. Gündəlik vəzifələrə sahə monitorinqi, torpaq nümunələrinin götürülməsi, fenoloji mərhələlərin izlənməsi, məhsuldarlıq proqnozu və kənd təsərrüfatı texnikasının koordinasiyası daxildir. GIS, dronla sahə çəkilişi, meteoroloji datanın şərhi və ERP ilə iş təcrübəsi kənd təsərrüfatı vakansiyaları arasında sizi öndə göstərir. Mövsüm planlaması və xərc optimizasiyası kimi ölçülə bilən nəticələri CV-də vurğulayın.

Bağban vakansiyaları və iş elanları

Bağban vakansiyaları meyvə bağları, parklar, istixanalar və landşaft sahələrində budama, calaq, suvarma, gübrələmə və xəstəlik nəzarəti kimi işləri əhatə edir. İşəgötürənlər plantasiya bağban vakansiyaları, istixana bağban iş elanları, landşaft bağban vakansiyalarıməhsul yığımı üzrə bağban iş elanları yayımlayırlar. Damcı suvarma sistemləri, mulçlama, bio-pestisidlər və inteqrə mübarizə metodlarına bələdlik üstünlükdür. Müştəri yönümlü servislərdə landşaft baxımı, çəmən salınması və mövsümi dekor layihələri də bu sahədə kənd təsərrüfatı iş elanları içində tez-tez yer alır.

Geologiya və ətraf mühit vakansiyaları və iş elanları

Geologiya və ətraf mühit vakansiyaları su resursları, torpaq eroziyası, yeraltı sular, ekoloji risklərin qiymətləndirilməsi və torpaq rekultivasiyası ilə bağlıdır. Ekoloji mütəxəssis iş elanları, torpaq və su keyfiyyəti üzrə vakansiyalar, ətraf mühit monitorinqi iş elanları kənd təsərrüfatı layihələrində sıx rast gəlinir. Laborator ölçmələr, ISO 14001, ekoloji hesabatlar, GIS xəritələşdirmə və hidroloji modelləşdirmə bu sahədə əsasdır. Dayanıqlı praktikalara keçid, karbon izi və su səmərəliliyi hədəfləri ilə işləmək kənd təsərrüfatı vakansiyaları içində strateji üstünlük yaradır.

Texnoloq (ərzaq/aqro emal) vakansiyaları və iş elanları

Texnoloq (ərzaq/aqro emal) vakansiyaları məhsulun qəbulu, ilkin emal, reseptura, keyfiyyətə nəzarət, HACCP, ISO 22000 və OHS tələblərinə uyğun istehsal proseslərini əhatə edir. Ərzaq texnoloqu iş elanları, aqro emal texnoloq vakansiyaları, keyfiyyətə nəzarət mütəxəssisi iş elanlarıistehsal xətti supervayzeri vakansiyaları ən yayğın istiqamətlərdəndir. CIP prosedurları, mikrobioloji nəzarət, izlenebilirlik sistemləri, OEE optimizasiyası və tullantıların minimallaşdırılması təcrübəsi kənd təsərrüfatı iş elanları arasında seçilmənizi gücləndirir. R&D, məhsulun raf ömrünün artırılması və xərclərin azaldılması kimi nəticələr CV-də vurğulanmalıdır.

Ümumi kənd təsərrüfatı işləri vakansiyaları və iş elanları

Ümumi kənd təsərrüfatı işləri mexanizator, traktorçu, kombayn operatoru, suvarma və mal-qara baxımı əməkdaşları kimi əməliyyat rollarını əhatə edir. Sahə işçisi vakansiyaları, ferma operatoru iş elanları, traktorçu-kombaynçı vakansiyalarıheyvandarlıq üzrə ümumi işçi iş elanları bu bölmədə toplanır. Texnika servis planları, yanacaq sərfiyyatının optimallaşdırılması, təhlükəsizlik protokolları və məhsul yığımının planlı aparılması əsasdır. Mövsümi və daimi ştat imkanları ilə kənd təsərrüfatı vakansiyaları müxtəlif təcrübə səviyyələri üçün əlçatandır.

Digər kənd təsərrüfatı işləri vakansiyaları və iş elanları

Digər kənd təsərrüfatı işləri blokunda sahə nəzarətçisi, operativ planlama koordinatoru, anbar və logistika əməkdaşları, suvarma texnoloqu, toxumçuluq mütəxəssisi, baytarlıq assitenti kimi rollar toplanır. Ferma əməliyyatları üzrə iş elanları, toxumçuluq və seleksiya vakansiyaları, sahə nəzarətçisi vakansiyalarıanbar-logistika kənd təsərrüfatı iş elanları kimi açar axtarışlar faydalıdır. Bu rollar məhsul axınının, təchizatın və sahə komandasının fasiləsizliyini təmin edir; ERP, 1C, WMS və təhlükəsizlik standartlarına uyğunluq kənd təsərrüfatı vakansiyaları üçün önə çıxır.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • Açar sözləri hədəfləyin: Bakı kənd təsərrüfatı vakansiyaları, aqronom iş elanları, plantasiya bağban vakansiyaları, aqro emal texnoloq iş elanları, ekologiya üzrə kənd təsərrüfatı vakansiyaları, ferma əməliyyatları iş elanları kimi uzun quyruqlu ifadələrdən istifadə edin.

  • CV-ni uyğunlaşdırın: hər müraciətdə sahə, məhsul, hektar və ya xətt gücü, istifadə etdiyiniz alətlər (GIS, ERP, HACCP, ISO) və nəticələri (məhsuldarlıq artımı, itkilərin azalması) konkret yazın.

  • Portfel və sübutlar: tarladan foto-hesabatlar, laborator nəticələr, xətt performansı QPI-ları və audit protokolları kənd təsərrüfatı iş elanları üçün güclü sübutdur.

  • Mövsüm planlaması: əkin, gübrələmə, suvarma və yığım təqvimini bildirin; pik mövsümlərdə elastik işləmə imkanı əlavə üstünlükdür.

  • Təhlükəsizlik və standartlar: PPE istifadəsi, maşın təhlükəsizliyi, HACCP/ISO proqramları və ekologiya tələblərinə uyğunluq kənd təsərrüfatı vakansiyaları üçün kritikdir.

  • Şəbəkələşmə: kooperativlər, aqro sərgilər, təlim mərkəzləri və icma qrupları ilə əlaqə yaradın; tövsiyələr müraciətinizi sürətləndirir.

Kənd Təsərrüfatı barədə tez-tez verilən suallar (FAQ)

1) Kənd təsərrüfatı vakansiyaları ən çox harada yerləşdirilir?
Bakı və aqrar regionlarda böyük aqroholdinqlər və emal müəssisələri kənd təsərrüfatı iş elanlarını daha tez-tez dərc edir.

2) Aqronom vakansiyaları üçün hansı bacarıqlar lazımdır?
Torpaq və iqlim analizi, gübrələmə, suvarma, xəstəlik-zərərverici nəzarəti, GIS və ERP ilə işləmə aqronom iş elanları üçün əsasdır.

3) Bağban vakansiyaları üzrə ən çox tələb olunan işlər hansılardır?
Budama, calaq, damcı suvarma, gübrələmə, xəstəlik nəzarəti və məhsul yığımı bağban vakansiyaları üçün standartdır.

4) Texnoloq (ərzaq/aqro emal) vakansiyaları nələri əhatə edir?
HACCP, ISO 22000, reseptura, keyfiyyətə nəzarət və istehsal xəttinin optimizasiyası texnoloq vakansiyalarında əsas mövzulardır.

5) Geologiya və ətraf mühit vakansiyaları kənd təsərrüfatında niyə vacibdir?
Su və torpaq resurslarının dayanıqlı idarəsi, eroziyanın azaldılması və ekoloji uyğunluq kənd təsərrüfatı vakansiyalarında strateji rol oynayır.

6) Ümumi kənd təsərrüfatı işləri üçün hansı təcrübə kifayətdir?
Texnika idarəetməsi, təhlükəsizlik, suvarma və yığım prosesləri üzrə baza bilikləri ümumi kənd təsərrüfatı işləri üçün yetərlidir.

7) Mövsümi vakansiyalar çox olurmu?
Bəli, əkin və yığım dövrlərində kənd təsərrüfatı iş elanları sayca artır; mövsümi ştatlar tez-tez təklif olunur.

8) Sertifikatlar nə dərəcədə önəmlidir?
HACCP, ISO, texnika idarəetməsi və pesticid tətbiqi üzrə sertifikatlar kənd təsərrüfatı vakansiyaları üçün böyük üstünlükdür.

9) Uzaqdan iş imkanı varmı?
Sahə yönümlü rollar əsasən yerindədir; lakin data analizi, ERP, GIS və sənədləşmə kimi funksiyalarda hibrid format mümkündür.

10) Maaş necə formalaşır?
Mövsüm, sahə ölçüsü, məsuliyyət səviyyəsi və hasilat nəticələri kənd təsərrüfatı iş elanları üzrə maaş aralığına təsir edir.

Nəticə: Kənd təsərrüfatı vakansiyalarıkənd təsərrüfatı iş elanları içində doğru rolu tapmaq üçün uzun quyruqlu açar sözlərdən istifadə edin, standartlara uyğun nəticələrinizi rəqəmlərlə göstərin və hər müraciəti alt kateqoriyanın tələblərinə uyğunlaşdırın. Uğurlar!