SƏTƏM üzrə mühəndis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
SƏTƏM siyasət və prosedurlarının idarə olunması:
Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək.
Audit və təftişlərin icrası:
Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək.
Uyğunsuzluqların idarə olunması:
Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək.
Təlim və səriştələrin idarə olunması:
Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək.
Hadisələrin araşdırılması və idarə olunması:
Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
Uyğunluğun və qanunvericiliyin monitorinqi:
SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
Monitorinq, sənədləşdirmə və hesabatlılıq:
SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək.
Fövqəladə halların idarə olunması:
Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək.
Kommunikasiya və məlumatların idarə olunması:
Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək.
Risk və təhlükəli amillərin idarə olunması:
İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək.
Podratçı və təchizatçıların idarə olunması:
Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək.
Sifariş və büdcə proseslərinə dəstək:
Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan dili sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) bilikləri olmalıdır;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
ISO 45001 - 2018 Beynəlxalq Standartlarının tələblərini bilməlidir
NEBOSH və ya NVQ4 ekvivalent beynəlxalq sertifikatlara malik namizədlərə əhəmiyyətli dərəcədə üstünlük verilir.
MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Yüksək səviyyədə hesabat hazırlama və analitik düşünmə qabiliyyəti olmalıdır;
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) bilikləri olmalıdır;
Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış
SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı;
Fərqli iş mühitlərində SƏTƏM sistemlərinin yaradılmasında təcrübə
Tələb olunan təhsil və iş təcrübəsi:
Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi və ya digər Mühəndislik dərəcəsi)
Minimum 5 illik müvafiq SƏTƏM təcrübəsi
**İş qrafiki:**Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13963
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə