SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri
SƏTƏM siyasət və prosedurlarının tətbiqi:
Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
Audit və təftiş:
Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
Uyğunsuzluqların idarəolunması:
Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
Təlim və təlimatlandırma:
Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
Hadisələrin araşdırılması:
Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
Monitorinq və hesabatlılıq:
SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
Fövqəladə hallara hazırlıq:
Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Kommunikasiya və məlumatlandırma:
İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
Risklərin müəyyən edilməsi:
İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
Podratçılara nəzarətdə iştirak:
Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
SƏTƏM inventar və materialların izlənməsi:
SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış
Tələb olunan təhsil və iş təcrübəsi:
Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi və ya digər Mühəndislik dərəcəsi)
Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi
İş qrafiki: Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13964
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə