Baş mütəxəssis / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 27 aprel 2026
Təsvir
İş yeri: Bakı şəhəri
İş növü: Tam ştat
Vakansiya sayı: 2
Əsas vəzifə öhdəlikləri:
Korporativ informasiya sistemlərinin (ERP, CRM və s.) idarə olunması və dəstəklənməsi;
Məlumat bazalarının (database) qurulması, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi;
Data idarəetmə strategiyalarının hazırlanması və tətbiqi;
Məlumatların toplanması, emalı, saxlanması və analiz proseslərinin təşkili;
Data keyfiyyətinin (dəqiqlik, tamlıq, aktuallıq) təmin edilməsi və nəzarəti;
Müxtəlif sistemlər arasında inteqrasiyaların qurulması və idarə edilməsi;
İstifadəçi ehtiyaclarına uyğun hesabatların hazırlanması;
Sistemlərin performansının monitorinqi və problemlərin aradan qaldırılması;
Texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
Yeni texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflərin verilməsi;
İT komandası və digər şöbələrlə koordinasiyalı işləmək.
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan dili səlis, İngilis dili yaxşı;
Python, Java və ya digər proqramlaşdırma dilləri;
Məlumatların təhlili və interpretasiyası;
Problerlərin həlli və optimallaşdırma bacarığı;
Statistik düşüncə və data əsaslı qərarvermə;
Skript yazmaq və avtomatlaşdırma;
Verilənlər bazaları ilə işləmək bacarığı;
Data modelləşdirmə və məlumat arxitekturası;
ETL prosesləri və data inteqrasiyası;
Bulud texnologiyaları üzrə biliklər;
Sistem inteqrasiyası və API-lərlə işləmək bacarığı
İnformasiya təhlükəsizliyi üzrə əsas biliklər;
Analitik düşünmə, vaxtın idarə olunması, effektiv ünsiyyət, təqdimat, komanda ilə işləmə bacarıqları
Tələb olunan təhsil və iş təcrübəsi:
İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13962
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə