Şirkətlərə Qayıt
AzerGold CJSC

AzerGold CJSC

10

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

10 iş elanı

AzerGold CJSC

SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri SƏTƏM siyasət və prosedurlarının tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək. Audit və təftiş: Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək. Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək. Təlim və təlimatlandırma: Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək. Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək. Monitorinq və hesabatlılıq: SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək. Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək. Risklərin müəyyən edilməsi: İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək. Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması. SƏTƏM inventar və materialların izlənməsi: SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.

AzerGold CJSC

SƏTƏM üzrə mühəndis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri: SƏTƏM siyasət və prosedurlarının idarə olunması: Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək. Audit və təftişlərin icrası: Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək. Uyğunsuzluqların idarə olunması: Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək. Təlim və səriştələrin idarə olunması: Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək. Hadisələrin araşdırılması və idarə olunması: Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək. Uyğunluğun və qanunvericiliyin monitorinqi: SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq. Monitorinq, sənədləşdirmə və hesabatlılıq: SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək. Fövqəladə halların idarə olunması: Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək. Kommunikasiya və məlumatların idarə olunması: Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək. Risk və təhlükəli amillərin idarə olunması: İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək. Podratçı və təchizatçıların idarə olunması: Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək. Sifariş və büdcə proseslərinə dəstək: Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.

AzerGold CJSC

Aparıcı mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

AzerGold CJSC

Tam Ştat
Yüksək Səviyyə

Əsas vəzifə öhdəlikləri: İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək; İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək; İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək; Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək; Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək; Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək; İstifadəçi avadanlıqları üçün zəruri olan tətbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək; İstifadəçi avadanlıqlarının yerdəyişməsi və əvəzlənməsi zamanı müvafiq dəyişiklik qeydiyyatının aparılmasını təmin etmək;

AzerGold CJSC

Zavod müdiri / CİL zavodu

AzerGold CJSC

Tam Ştat
Menecer

İş şəraiti: İş yeri: Daşkəsən rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək; İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq; İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək; Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək; Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək; Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək; Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək; Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq; İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək; Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək; Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək; İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına; "İşə icazə" vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;

AzerGold CJSC

Sahə rəisi / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək; Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək; Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək; Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək; Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək; Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək; Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək; Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək; Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək; İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək; İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;

AzerGold CJSC

Partlayış işləri üzrə dağ-mədən mühəndisi / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasını nəzarətdə saxlamaq; Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçı və subpodratçılar ilə əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək; Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, mədən nəzarət planının hazırlanması; Dağ-mədən dizayn, dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi; İstehsalat hədəfinə nail olmaq məqsədi ilə, faktiki əlaqəli hesabatın hazırlanması və analiz olunması; Təhlükəsizlik, istismar xərcləri, mədən dərinliyi və ətraf mühit təbəqələri kimi amilləri nəzərə alaraq faydalı qazıntıların çıxarılması üsulları ilə bağlı təkliflərin irəli sürülməsi; Fəaliyyət istiqamətinə uyğun olaraq yaranan əlaqəli texniki problemlərin həll edilməsi; Sahə üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;

AzerGold CJSC

Mədən mühəndisi / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti : İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Tabeliyində olan əməkdaşların iş bölgüsünün aparılması və işinə nəzarət etmək; Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasına cavabdehlik; Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək; Səlahiyyətləri çərçivəsində faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasının təmin edilməsində iştirak etmək; Səlahiyyətləri çərçivəsində gündəlik məlumatların bazaya daxil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Səlahiyyətləri çərçivəsində yerüstü istismar işlərində dizayn və keyfiyyətə nəzarət etmək; İllik büdcə və mədənin işlənmə müddətinə dair istehsal planının hazırlanmasında iştirak etmək və bütün istehsalat tələblərinə əməl edilməsini səlahiyyətləri çərçivəsində təmin etmək; Səlahiyyətləri çərçivəsində qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək; Filiz yataqlarında zəngin olan əsas faydalı komponentlərin yer təkində qiymətləndirilməsi və geostatistik müqayisəli təhlilinin aparılması;

AzerGold CJSC

Geotexnik mühəndisi / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək; Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək

AzerGold CJSC

Baş geoloq / Zod sahəsi

AzerGold CJSC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Mədən işlərini və iş bölgüsünü təşkil etmək; Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək; Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasını təşkil etmək; Mədən ehtiyatlarının qalığının hər il üçün yenidən hesablanmasına nəzarət etmək və hesabatın bölmə rəhbərinə təqdim edilməsi; İllik istehsalat planının hazırlanması, işlərin plana uyğun aparılması və gündəlik, aylıq, rüblük, illik hesabatların hazırlanması; Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə Söyüdlü qızıl yatagında geologiya, mədən və tapoqrafiya işlərini təşkil etmək; Bütün geoloji və keyfiyyətə nəzarət məlumatları ilə tanış olmaq və digər struktur bölmələr ilə effektiv şəkildə əməkdaşlıq etmək; Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təşkil etmək; Qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək; Buruqqazma, partlayış və daşıma işləri üzrə podratçılarlarla işləri təşkil etmək; Faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasını təmin etmək; Mədən üzrə maksimum və arzu edilən keyfiyyətə nail olunmasını təmin etmək üçün çıxarılan filiz ehtiyatının keyfiyyətinə nəzarət etmək və məlumatlarının uyğunluğunu yoxlamaq; Filiz anbarından qırıcıya cəlb olunacaq filizin dərəcəsinə uyğun həcmlərini müəyyən etmək; Filiz bloku poliqonunun tamamilə işlənmiş olmasına nəzarət etmək;

AzerGold iş elanları - AzerGold vakansiyalar

Dağ-mədən sektorunda stabil, strateji və uzunmüddətli karyera qurmaq istəyən mütəxəssislər üçün AzerGold iş elanları xüsusi diqqət tələb edən istiqamətdir. Dövlətə məxsus AzerGold qapalı səhmdar cəmiyyəti 2015-ci il prezident sərəncamı ilə yaradılıb və qızıl, mis, polimetal yataqlarının geoloji tədqiqi, kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olan aparıcı milli mədən şirkətidir. Bakı Mikayıl Müşfiq küçəsində yerləşən baş ofislə yanaşı, Daşkəsən, Göygöl, Balakən və digər regionlardakı mədən və emal sahələrində yüzlərlə əməkdaş çalışır. Bu miqyas həm ofis, həm də sahə və istehsalat üzrə müxtəlif AzerGold vakansiyaları yaradır. Axtarış zamanı Bakı AzerGold iş elanları, Daşkəsən AzerGold vakansiyaları, AzerGold careers kimi açar sözlərdən istifadə etməklə uyğun pozisiyanı daha tez tapmaq mümkündür.

Rəsmi məlumatlara görə, AzerGold qeyri-qara və qara metal filiz yataqlarının öyrənilməsi, işlənməsi və idarə olunması ilə yanaşı, müasir texnologiyaların tətbiqi və maddi-texniki bazanın modernləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Şirkətin ilk böyük layihəsi olan Daşkəsən rayonu ərazisindəki Çovdar qızıl yatağında hasilata 2017-ci ildə başlanılıb və optimallaşdırma, əlavə kəşfiyyat işləri sayəsində yatağın çıxarıla bilən ehtiyatı 179 min unçadan 609 min unçaya yüksəlib. Daha sonra Ağıyoxuş, Marah, Tulallar, Filizçay kimi layihələr işə salınıb və bu ərazilərdə də sahə mühəndisi, geoloq, mədənçi, CİL zavodu operatoru, mexanik, elektrik, laboratoriya mütəxəssisi kimi AzerGold vakansiya elanları müntəzəm yenilənir.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində tikilən yeni CIL (carbon-in-leach) zavodunun tam gücü ilə işə düşməsi nəticəsində, bölgədə filiz emalı gücü illik 1,1 milyon tonadək çatdırılıb və əlavə daimi iş yerləri yaradılıb. Bu, həm Daşkəsən və Göygöl rayonlarında yerli icmalar üçün məşğulluğu artırır, həm də mədən mühəndisliyi, metallurgiya, SƏTƏM (əməyin mühafizəsi), keyfiyyətə nəzarət, texniki xidmət üzrə AzerGold iş elanlarının sayını artırır. Hədəf KPI-lara hasilat və emal həcmlərinin artımı, qızılın çıxarılma faizi, texniki dayanma müddətinin azaldılması, SƏTƏM göstəricilərinin yaxşılaşdırılması və səmərəli istehsal planlaşdırılması daxildir.

AzerGold vakansiyaları yalnız sahə və mədənlə məhdudlaşmır. Baş ofisdə və Bakıdakı digər ofislərdə maliyyə, daxili audit, risklərin idarə edilməsi, strateji planlaşdırma, layihə menecmenti, hüquq, satınalma, İT və informasiya təhlükəsizliyi, kadrlar (HR), kommunikasiya və korporativ sosial məsuliyyət (CSR) üzrə də çoxsaylı AzerGold iş elanı dərc olunur. Vakansiya siyahılarında “mühəndis-geoloq”, “SƏTƏM üzrə təlimçi”, “mühəndis-metroloq”, “informasiya təhlükəsizliyi üzrə baş mütəxəssis”, “baş auditor”, “maliyyə şöbəsinin baş mütəxəssisi” kimi rollar mütəmadi görünür ki, bu da müxtəlif ixtisaslı mütəxəssislər üçün real AzerGold işə qəbul imkanı yaradır.

Son illərin maliyyə hesabatları göstərir ki, AzerGold və onun törəmə müəssisələri satış gəlirləri, EBITDA və xalis mənfəət üzrə əhəmiyyətli artım nümayiş etdirir və bu, dövlət şirkəti kimi güclü maliyyə dayanıqlığını təsdiqləyir. Belə sabit fonda, AzerGold careers çərçivəsində geologiya, mədən və metallurgiya mühəndisliyi, maliyyə və audit, İT, logistika və digər sahədə peşəkar inkişaf üçün əlverişli mühit formalaşır. Şirkətin karyera platformasında mühəndislik, metallurgiya, geologiya, maliyyə və digər istiqamətlərdə uzunmüddətli karyera fürsətlərinin təklif edilməsi, tələbə və məzunlar üçün təqaüd və təcrübə proqramlarının mövcudluğu AzerGold vakansiyalarını xüsusilə cəlbedici edir.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • CV və motivasiya məktubunun başlığında hədəfi dəqiq yazın: məsələn, AzerGold iş elanları üçün “Mühəndis-geoloq – Daşkəsən sahəsi”, “SƏTƏM üzrə təlimçi – Çovdar CİL zavodu” kimi konkret adlar istifadə edin ki, HR və ATS sizi düzgün kateqoriyaya salsın.

  • Mədən və mühəndislik yönümlü AzerGold vakansiyalarına müraciət edərkən, əvvəlki iş yerlərinizdə hasilat həcmi, nasazlıqların azaldılması, enerji sərfiyyatının optimallaşdırılması, SƏTƏM üzrə sıfır qəza göstəriciləri kimi KPI-ları rəqəmlərlə göstərin.

  • Ofis və korporativ rollara aid AzerGold vakansiya elanları üçün maliyyə, audit, risk menecmenti, informasiya təhlükəsizliyi, layihə idarəçiliyi kimi istiqamətlər üzrə istifadə etdiyiniz standartları (IFRS, ISO, PMI yanaşmaları və s.) və alətləri (ERP, BI sistemləri) konkret qeyd edin.

  • AzerGold iş elanı təsvirində yazılan terminləri (məsələn, SƏTƏM, CİL texnologiyası, geoloji kəşfiyyat, metallurgiya prosesi və s.) CV və LinkedIn profilinizə təbii şəkildə inteqrasiya edin ki, ATS filtrindən rahat keçəsiniz.

  • Daşkəsən, Göygöl, Balakən və digər mədən əraziləri üzrə AzerGold vakansiyaları üçün növbəli iş qrafiki, çətin relyefdə çalışma, rotasiya rejimi və regionda yaşama ilə bağlı gözləntilərinizi CV-də və məktubda dürüst şəkildə qeyd edin.

  • Axtarış zamanı “Bakı AzerGold iş elanları”, “Daşkəsən AzerGold vakansiyaları”, “AzerGold careers mühəndis”, “junior geoloq AzerGold işə qəbul”, “HSE specialist AzerGold iş elanı” kimi uzun quyruqlu ifadələrdən istifadə etməklə həm ixtisas, həm səviyyə, həm də məkan üzrə nəticələri dəqiqləşdirin.

  • Müsahibəyə hazırlaşarkən seçdiyiniz AzerGold vakansiyaları üçün elan mətnini bənd-bənd çıxarıb hər tələbi dəstəkləyən konkret nümunə hazırlayın: işlədiyiniz layihənin hasilata təsiri, qəza risklərinin azaldılması, xərclərin optimallaşdırılması və ya audit tapıntılarının sayının azalması kimi nəticələri izah edin.

  • Tələbə və yeni məzun kateqoriyasında AzerGold iş elanlarına müraciət edirsinizsə, təcrübə proqramları, istehsalat təcrübəsi, geoloji ekspedisiya və laboratoriya layihələrinizi, elmi iş və konfrans iştirakınızı ön plana çıxarın, texniki bacarıqlarla yanaşı SƏTƏM və komanda işi vərdişlərinizi də vurğulayın.

AzerGold barədə tez-tez verilən suallar (FAQ)

AzerGold nə şirkətidir və hansı sahədə fəaliyyət göstərir?
AzerGold vakansiyaları qızıl, mis və digər əlvan metal yataqlarının kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olan, 2015-ci ildə yaradılmış dövlətə məxsus dağ-mədən şirkətində açılan iş yerlərini ifadə edir.

AzerGold iş elanları əsasən hansı şəhər və bölgələr üçündür?
Əsas AzerGold iş elanları Bakı baş ofisi, Daşkəsən rayonu (Çovdar, Marah, Ağıyoxuş, CİL zavodu), Göygöl, Balakən (Filizçay, Mazımçay) və digər mədən sahələri üzrə dərc olunur.

AzerGold vakansiyaları hansı peşə qruplarını əhatə edir?
AzerGold vakansiyalar mədən mühəndisi, geoloq, metallurq, mexanik, elektrik, SƏTƏM mütəxəssisi, laboratoriya əməkdaşı ilə yanaşı, maliyyə, audit, risk meneceri, İT və informasiya təhlükəsizliyi, HR, hüquq və satınalma üzrə ofis rollarını əhatə edir.

AzerGold vakansiya elanları üçün əsas tələblər nələrdir?
Pozisiyadan asılı olaraq ali təhsil (mədən, geologiya, metallurgiya, iqtisadiyyat, İT və s.), texniki standartların bilik səviyyəsi, SƏTƏM qaydalarına riayət, mədən şəraitində və ya korporativ mühitdə iş təcrübəsi, eləcə də komandada işləmək bacarığı AzerGold işə qəbul prosesində əsas tələblər hesab olunur.

AzerGold-da karyera artımı və rotasiya imkanları varmı?
Rəsmi karyera məlumatlarına əsasən, AzerGold careers çərçivəsində mühəndis köməkçisindən aparıcı mühəndisə, mütəxəssisdən şöbə rəhbərinə və ya mədən sahəsindən baş ofisə rotasiya imkanları mövcuddur, uzunmüddətli inkişaf şirkətin strateji məqsədlərindən biridir.

AzerGold iş elanları üzrə hansı KPI-lar daha çox önəmlidir?
Mədən və istehsalat sahəsində AzerGold vakansiyaları üçün hasilat və emal həcmi, qızılın çıxarılma faizi, avadanlıq dayanma müddəti, SƏTƏM üzrə qəzasız iş günləri; ofis rollarında isə maliyyə nəticələri, audit tapıntılarının azaldılması, layihə büdcəsinə riayət və risklərin azaldılması kimi KPI-lar ön plandadır.

AzerGold vakansiyaları gənc mütəxəssislər və tələbələr üçün uyğundurmu?
Bəli, texniki ixtisaslar üzrə təcrübə proqramları, təqaüd layihələri və junior səviyyəli AzerGold iş elanları mövcud olur; burada əsas üstünlük müvafiq ixtisas üzrə təhsil, güclü nəzəri baza və SƏTƏM mədəniyyətinə açıq olmaqdır.

AzerGold iş elanı tapmaq üçün hansı açar sözlərdən istifadə etməliyəm?
Axtarışda “AzerGold iş elanları”, “AzerGold vakansiyaları”, “Bakı AzerGold vakansiyalar”, “Daşkəsən AzerGold iş elanı”, “HSE specialist AzerGold vakansiya elanları” kimi uzun quyruqlu ifadələrdən istifadə etməklə həm şəhər, həm də peşə üzrə nəticələri dəqiqləşdirə bilərsiniz.

AzerGold şirkəti maliyyə baxımından nə dərəcədə sabit işverendir?
Son illərin konsolidə maliyyə hesabatları və beynəlxalq auditor rəyi göstərir ki, AzerGold satış və mənfəət dinamikası üzrə ardıcıl artım nümayiş etdirir və bu da AzerGold vakansiyalarını stabil, uzunmüddətli iş imkanları kimi qiymətləndirməyə əsas verir.

AzerGold işə qəbul prosesinə necə hazırlaşım?
Uyğun AzerGold vakansiyaları seçdikdən sonra CV-ni texniki və sahə açar sözləri ilə optimallaşdırmaq, mədən və ya ofis sahəsinə dair real layihə nümunələri hazırlamaq, SƏTƏM və etik davranış qaydalarını öyrənmək, eləcə də regiona uyğun işləmə şərtlərini əvvəlcədən nəzərdən keçirmək tövsiyə olunur.

Nəticə: Qızıl və polimetal yataqlarının inkişafı, müasir emal texnologiyaları və güclü maliyyə nəticələri fonunda AzerGold iş elanları, texniki mütəxəssislərdən maliyyə və İT peşəkarlarınadək geniş spektrdə namizədlər üçün rəqabətqabiliyyətli və uzunmüddətli karyera perspektivi təqdim edir.