Mədən mühəndisi / Zod sahəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
İş şəraiti :
İş yeri: Kəlbəcər rayonu
İş növü: Tam
Vakansiyaya dair tələblər:
Tabeliyində olan əməkdaşların iş bölgüsünün aparılması və işinə nəzarət etmək;
Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasına cavabdehlik;
Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasının təmin edilməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində gündəlik məlumatların bazaya daxil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Səlahiyyətləri çərçivəsində yerüstü istismar işlərində dizayn və keyfiyyətə nəzarət etmək;
İllik büdcə və mədənin işlənmə müddətinə dair istehsal planının hazırlanmasında iştirak etmək və bütün istehsalat tələblərinə əməl edilməsini səlahiyyətləri çərçivəsində təmin etmək;
Səlahiyyətləri çərçivəsində qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək;
Filiz yataqlarında zəngin olan əsas faydalı komponentlərin yer təkində qiymətləndirilməsi və geostatistik müqayisəli təhlilinin aparılması;
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
Müvafiq sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə və ya yaxın sahədə 2 il iş təcrübəsi
İş qrafiki:
Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12480
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə