Ana Səhifə
Vakansiyalar

Partlayış işləri üzrə dağ-mədən mühəndisi / Zod sahəsi

Partlayış işləri üzrə dağ-mədən mühəndisi / Zod sahəsi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

İş şəraiti:

  • İş yeri: Kəlbəcər rayonu

  • İş növü: Tam

Vakansiyaya dair tələblər:

  • Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasını nəzarətdə saxlamaq;

  • Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçı və subpodratçılar ilə əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;

  • Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, mədən nəzarət planının hazırlanması;

  • Dağ-mədən dizayn, dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi;

  • İstehsalat hədəfinə nail olmaq məqsədi ilə, faktiki əlaqəli hesabatın hazırlanması və analiz olunması;

  • Təhlükəsizlik, istismar xərcləri, mədən dərinliyi və ətraf mühit təbəqələri kimi amilləri nəzərə alaraq faydalı qazıntıların çıxarılması üsulları ilə bağlı təkliflərin irəli sürülməsi;

  • Fəaliyyət istiqamətinə uyğun olaraq yaranan əlaqəli texniki problemlərin həll edilməsi;

  • Sahə üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;

Tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.

  • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil

  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12481

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Zavod müdiri / CİL zavodu

Tam Ştat

İş şəraiti: İş yeri: Daşkəsən rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək; İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq; İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək; Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək; Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək; Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək; Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək; Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq; İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək; Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək; Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək; İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına; "İşə icazə" vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;

Sahə rəisi / Zod sahəsi

Tam Ştat

İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək; Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək; Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək; Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək; Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək; Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək; Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək; Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək; Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək; İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək; İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;

Mədən mühəndisi / Zod sahəsi

Tam Ştat

İş şəraiti : İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: Tabeliyində olan əməkdaşların iş bölgüsünün aparılması və işinə nəzarət etmək; Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasına cavabdehlik; Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək; Səlahiyyətləri çərçivəsində faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasının təmin edilməsində iştirak etmək; Səlahiyyətləri çərçivəsində gündəlik məlumatların bazaya daxil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Səlahiyyətləri çərçivəsində yerüstü istismar işlərində dizayn və keyfiyyətə nəzarət etmək; İllik büdcə və mədənin işlənmə müddətinə dair istehsal planının hazırlanmasında iştirak etmək və bütün istehsalat tələblərinə əməl edilməsini səlahiyyətləri çərçivəsində təmin etmək; Səlahiyyətləri çərçivəsində qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək; Filiz yataqlarında zəngin olan əsas faydalı komponentlərin yer təkində qiymətləndirilməsi və geostatistik müqayisəli təhlilinin aparılması;