Geotexnik mühəndisi / Zod sahəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
İş şəraiti:
İş yeri: Kəlbəcər rayonu
İş növü: Tam
Vakansiyaya dair tələblər:
Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək
Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq
Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək
Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək
Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək
Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq
Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
Müvafiq sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
İş qrafiki:
Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12479
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə