Aqronom

Aparıcı şirkətlərdən 5 iş imkanı kəşf edin

Azərpambıq ASK MMC

Biləsuvar PİEZ filialında fermerlərlə iş üzrə əməliyyat texniki

Azərpambıq ASK MMC

Tam Ştat
Direktor

✅Yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında alınan məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını yerinə yetirir. ✅Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir. ✅Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialların emalı və toplanması işini yerinə yetirir. ✅Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işi yerinə yetirir. ✅Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir. ✅Daxili olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata alır, onların mühafizəsini təmin edərək, sənədlərin daxil olması uçotunu aparır, onların vaxtında yerinə yetirilməsinə nəzarət edir. ✅Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır. ✅Fermerlərin müraciət ərizələrini qəbul edir, müraciət ərazələrinə baxış keçirmək üçün müvafiq alt sənədlərin toplanmasını tələb edir, hazır sənədləri filial direktoruna / filialın direktor müavininə dərkənara üçün təqdim edir. ✅Filial direktorunun / filialın direktor müavininin rəyinə əsasən fermerin ərazilərinin GPS vasitəsi ilə ölçülməsi üçün müvafiq sənədləri təqdim edir, baxış aktı, GPS ölçüsü və digər normativ sənədlər tam şəkildə hazır olduqdan sonra fermerlə 3 (üç) tərəfli müqavilə hazırlayır, müqavilədə fermerin imza nümunəsi yoxlanıldıqdan sonra tərtib olunmuş sənədlər toplusunun (3 tərəfli müqavilədən başqa) surətini Cəmiyyətin aparatına göndərir. ✅3 tərəfli müqaviləni təsdiqlətmək üçün müqaviləni digər alt sənədləri ilə birlikdə Cəmiyyətin aparatına göndərilir. ✅Təsdiq edilmiş müqavilənin 1 nüsxəsinin fermerə təqdim edilməsini təmin edir, Müqavilə bağlanıldıqdan sonra, fermerlərə buraxılan nəğd vəsaitlər barədə (icarə, əkin, arat, 1-2-3 suvarma, mator suvarma, ketmənləmə 1-2 və s.) aparıcı-aqronom, aqronom və əlaqələndirici (ərazi nümayəndəsi) tərəfindən verilən sifarişləri qəbul edir və müvafiq qaydada icra edir. ✅Fermerlərə göstərilən xidmətlərin, avans vəsaitlərinin, natura şəklində verilən mal-materialın (çiyid, gübrə, dərman peraparatları və s) ümumi avansın verilməsi reyestrinə işlənməsini icra edir. ✅Ümumi avans verilməsi reyestri ilə bərabər, 1C ERP proqramına bütün fermerlərin məlumatlarını daxil edir. ✅Fermerlərin əkin və məhsul subsidiyaları alması üçün “e-Aqro”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) və “Tap Aqro” portallarında müvafiq əməliyyatları icra edir

Prime Cotton

Aqronom (Bərdə)

Prime Cotton

Tam Ştat
Orta Səviyyə

Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək; Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq; Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək; Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək; Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək; Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək; Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması; Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək; Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək; Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək; Həyata keçirilən işlərin hesabatının aparılması.

Grand-Agro MMC

Sahə aqronomu

Grand-Agro MMC

Tam Ştat
Orta Səviyyə

Bağ sahəsində bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi və proflaktik tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir Nəzarət etdiyi bağ sahələri üzrə kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı təkliflər verir Ərazidə işləyən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət Sahələr üzrə illik aqrokimyəvi və aylıq aqrotexniki tədbirlər planların hazırlanmasını həyata keçirir Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir Dövrü məhsuldarlıq planlamasının hazırlanmasında iştirak edir Hazırlanmış məhsuldarlıq və yığım planına uyğun olaraq yığım işlərinin həyata keçirilməsini təşkil edir

Azersun Holding

Aqronom (Kürdəmir, Biləsuvar)

Azersun Holding

Tam Ştat
Orta Səviyyə

Talep No:  22496 Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC Namizədə aid tələblər: Ali təhsil (Müvafiq sahə üzrə); Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi; Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı; Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli; İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı; İş haqqında məlumat: Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək; Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq; Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq; Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək; Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir; Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir; Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq; Görülən işlərlə bağlı hesabatlar təqdim etməli. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Kürdəmir rayonu, Biləsuvar rayonu. Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir, Biləsuvar )” qeyd etməyiniz xahiş olunur.