Geodeziya üzrə kiçik mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Geodeziya İstinad Şəbəkəsinin qurulması və naturada Aktla podratçıya təhvil verilməsi;
Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalı doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
Tikinti-quraşdırma işləri zamanı xətti personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etməli;
Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanmasına;
İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etməli;
Zəruri hesabatların hazırlanmasını təmin etməli;
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək, Baş Topoqraf və bölmənin aparıcı topoqrafının tapşırıq və göstərişlərinin yerinə yetirmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Geodeziya ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
Davranış və səciyyəvi xüsusiyyətlər: Pozitiv düşüncə; Problemlərin həllinə yönəlmə;
Necə Müraciət Etmək Olar
PMD Projects MMC
Other
PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14123
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500