Tikinti xərcləri üzrə baş nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili;

  • Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək;

  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili;

  • Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;

  • Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması;

  • Ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;

  • İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;

  • Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi;

  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq;

  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;

  • Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;

  • Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;

  • Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək;

  • Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi;

  • Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi;

  • Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.

Tələblər

  • Ali təhsil: İnşaat mühəndisliyi və ya müvafiq (oxşar) ixtisas üzrə ali təhsil;

  • İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 5 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili – səlis. İngilis dili – yaxşı;

  • Kompüter bilikləri – MS Office, AutoCad.

  • Detallara qarşı diqqətcil olmaq;

  • Yüksək ünsiyyət bacarığı;

  • Komanda ilə işləmək bacarığı

Necə Müraciət Etmək Olar

PMD Projects MMC

PMD Projects MMC

Other

PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14128

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Tikinti rəhbəri

Tam Ştat

Tikinti layihələrini konsepsiyadan tamamlanana qədər idarə edilməsi; Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək; İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; Ofisdə və tikinti - istehsalat sahəsində işləmək; Riskləri təhlil edilməsi, idarə edilməsi və azaldılması; Müqavilələrlə məşğul olmaq və hər hansı bir problemin təsirini azaltmaq; Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq; Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək; İşin icrasını yoxlamaq, tikinti materiallarını yoxlamaq və işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etmək üçün sahə ziyarətlərinin aparılması; Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək; Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək; Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək; Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək; Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək; Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək; Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək; Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək; Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Planlaşdırma üzrə aparıcı mühəndis

Tam Ştat

Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək; Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək; Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək; Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq; Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi; Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq; Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək; Sahə iclaslarında və müzakirələrdə iştirak etmək; Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq; Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq; Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi; Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi; Sahə səfərləri hesabatlarının hazırlanması; İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi; Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi; Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək; Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi; Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması; Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması; Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.