Şirkətlərə Qayıt
PMD Projects MMC

PMD Projects MMC

Other

Bakı

201-500 işçi

Veb Səhifəyə Keç

9

Açıq Vakansiyalar

Haqqında

PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.

Bütün Vakansiyalar

9 iş elanı

PMD Projects MMC

Tikinti xərcləri üzrə baş nəzarətçi

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili; Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək; Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili; Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması; Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması; Ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması; İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi; Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi; Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq; Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması; Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması; Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi; Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək; Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi; Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi; Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.

PMD Projects MMC

Tikinti rəhbəri

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Tikinti layihələrini konsepsiyadan tamamlanana qədər idarə edilməsi; Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək; İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; Ofisdə və tikinti - istehsalat sahəsində işləmək; Riskləri təhlil edilməsi, idarə edilməsi və azaldılması; Müqavilələrlə məşğul olmaq və hər hansı bir problemin təsirini azaltmaq; Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq; Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək; İşin icrasını yoxlamaq, tikinti materiallarını yoxlamaq və işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etmək üçün sahə ziyarətlərinin aparılması; Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək; Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək; Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək; Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək; Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək; Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək; Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək; Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək; Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

Planlaşdırma üzrə aparıcı mühəndis

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək; Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək; Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək; Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq; Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi; Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq; Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək; Sahə iclaslarında və müzakirələrdə iştirak etmək; Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq; Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq; Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi; Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi; Sahə səfərləri hesabatlarının hazırlanması; İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi; Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi; Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək; Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi; Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması; Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması; Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

İnşaat mühəndisi

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq; Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək; Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək; Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək; İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək; Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək; Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək; Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək; Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək; Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək; Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək; Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək; Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

Geodeziya üzrə kiçik mühəndis

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Geodeziya İstinad Şəbəkəsinin qurulması və naturada Aktla podratçıya təhvil verilməsi; Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalı doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi); Tikinti-quraşdırma işləri zamanı xətti personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etməli; Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanmasına; İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etməli; Zəruri hesabatların hazırlanmasını təmin etməli; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək, Baş Topoqraf və bölmənin aparıcı topoqrafının tapşırıq və göstərişlərinin yerinə yetirmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

Geodeziya mühəndisi köməkçisi

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Geodeziya İstinad Şəbəkəsinin qurulması və yerində aktla podratçıya təhvil verilməsi; Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və müvafiq qurumlara ötürülməsi); Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək; Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanması; İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək; Zəruri hesabatların hazırlanmasını təmin etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

Baş memar

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək; Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək; Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq; Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək; İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects MMC

Avtomatlaşdırma və elektronika üzrə mühəndis

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək; Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq; Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

PMD Projects iş elanları - PMD Projects vakansiyalar

Azərbaycanın mülki tikinti sektorunda iri layihələrlə seçilən PMD Projects həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən layihələrin idarə edilməsi və inkişafı şirkətidir. Rəsmi profillərdə şirkət civil engineering və mülki tikinti sahəsində 200–300 əməkdaşdan ibarət komanda ilə işləyən layihə idarəetmə və inkişaf şirkəti kimi təqdim olunur. PMD Projects iş elanları bu səbəbdən tikinti mühəndisliyi, planlaşdırma, mexanika, komplayens & risk idarəetməsi, xərclərə nəzarət və geodeziya kimi çoxsaylı ixtisasları əhatə edir. Axtarış zamanı “Bakı PMD Projects iş elanları”, “Şamaxı PMD Projects vakansiyaları”, “Ağdam PMD Projects planlaşdırma mühəndisi iş elanı”, “PMD Projects tikinti rəhbəri vakansiya elanları”, “PMD Projects işə qəbul” kimi uzun quyruqlu sorğular açıq rolları daha tez tapmağa kömək edir.

Şirkətin rəsmi təsvirinə görə, PMD Projects müxtəlif sektorlar üzrə müştərilərə yüksək keyfiyyətli həllər təqdim edən tikinti şirkətidir; tikinti layihələrinin idarə edilməsi, planlaşdırma, dizayn, xərclərin idarə olunması, podratçıların satınalınması, müqavilələrin idarə edilməsi, keyfiyyətə nəzarət və SƏTƏM idarəetməsi xidmətləri kompleks şəkildə göstərilir. Eyni zamanda yaşayış və kommersiya binaları, otellər, aqrar təyinatlı obyektlər və sənaye binalarının layihələndirilməsi və tikintisi, eləcə də müxtəlif biznes obyektləri üçün təmir, bərpa və texniki xidmət işləri həyata keçirilir. Bu miqyas PMD Projects vakansiyaları üçün həm sahə, həm də ofis mühitində çoxşaxəli karyera trayektoriyası formalaşdırır.

Şirkət portfelində ölkə üçün strateji əhəmiyyət daşıyan layihələr də var. Məsələn, rəsmi xəbərlərdə PMD Projects-in Bakıda Zəfər Parkının tikintisində, həmçinin Şuşa məscidinin bərpa-tikinti işlərində iştirakına dair məlumatlar paylaşılır; bu obyektlərə ölkə rəhbərliyinin səfərləri zamanı layihələrin gedişi yerindəcə yoxlanılıb. Bundan əlavə, Azərbaycan Memarlıq və İnşaat Universitetində 4 yeni laboratoriyanın açılışında PMD Projects-in tərəfdaş qismində dəstəyi, habelə “Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”nin imzalanmasında iştirakı şirkətin innovasiya və davamlı infrastruktur mövzusunda aktiv rol oynadığını göstərir. Belə nümunələr PMD Projects iş elanlarını təkcə texniki deyil, həm də sosial və şəhərsalma baxımından dəyər yaradan layihələrdə işləmək imkanı kimi önə çıxarır.

PMD Projects dayanıqlı tikinti yanaşmasını yalnız layihələrdə deyil, korporativ idarəetmədə də tətbiq edir. Şirkət BMT-nin Dayanıqlı İnkişaf prinsiplərini təşviq edən qlobal təşəbbüslərdən birinə qoşulmaqla, ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə  sahələrinə sadiqliyini rəsmi şəkildə təsdiqləyib; bu, Azərbaycan tikinti sektorunda dayanıqlı tikinti mədəniyyətinin formalaşmasına töhfə kimi qiymətləndirilir. Bu baxımdan PMD Projects careers çərçivəsində çalışan mühəndislər, planlaşdırma və SƏTƏM mütəxəssisləri beynəlxalq yanaşmalarla işləmək, “yaşıl tikinti” konsepsiyası ilə tanış olmaq imkanı qazanırlar.

Aktiv PMD Projects vakansiya elanlarına baxdıqda, şirkətin daxili strukturu və ehtiyac profili daha aydın görünür. Rəsmi vakansiyalar səhifəsində son dövrdə Şamaxıda tikinti rəhbəri , Bakıda baş mexanika mühəndisi, baş planlaşdırma mühəndisi, layihələrin komplayens və risk idarəetməsi üzrə rəhbər, Ağdamda isə planlaşdırma üzrə aparıcı mühəndis kimi vəzifələr təqdim olunub. Digər karyera resurslarında isə PMD Projects üçün geodeziya mühəndisi, tikinti rəhbəri, tikinti xərcləri üzrə aparıcı nəzarətçi və oxşar rollar üzrə PMD Projects iş elanı nümunələrinə rast gəlinir. Bu vəzifələrdə əsas KPI-lar layihə qrafikinə riayət, tikinti-quraşdırma işlərinin həcmi və keyfiyyəti, büdcə və xərclərin idarə olunması, texniki standartlara və SƏTƏM tələblərinə uyğunluqla ölçülür.

Onlayn profillərdə PMD Projects MMC-nin 2018-ci ildən fəaliyyət göstərən, 200–300 əməkdaşı olan tikinti və layihə idarəetməsi şirkəti kimi qeyd edilməsi, həmçinin regionlarda mülki tikinti layihələrində iştirakı şirkətin stabil və böyüyən strukturunu göstərir. Port Baku biznes mərkəzində yerləşən ofis ünvanı və Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə layihələrin reallaşdırılması faktı Bakı PMD Projects iş elanları ilə yanaşı, Şamaxı, Ağdam və digər regionlar üzrə PMD Projects vakansiyalarının da açılmasına zəmin yaradır.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • CV başlığında hədəfi dəqiq göstərin: “PMD Projects iş elanları – Tikinti rəhbəri ”, “PMD Projects vakansiyaları – Baş mexanika mühəndisi ”, “Ağdam PMD Projects planlaşdırma üzrə aparıcı mühəndis iş elanı” kimi başlıqlar həm HR, həm də ATS üçün sizi doğru səbətə salır.

  • Tikinti rəhbəri, baş mexanika və planlaşdırma mühəndisi kimi mühəndis rolları üçün əvvəlki layihələrdə həyata keçirdiyiniz işlərin həcmini, büdcə ölçüsünü, qrafikdən kənara çıxma faizini, SƏTƏM göstəricilərini və keyfiyyət auditlərinin nəticələrini rəqəmlərlə qeyd edin; bu, həmin PMD Projects vakansiya elanları qarşısında real nəticələrinizi göstərir.

  • Geodeziya mühəndisi və digər sahə mühəndisliyi vəzifələrinə müraciət edərkən istifadə etdiyiniz cihaz və proqramları , sahə ölçmələrinin dəqiqlik səviyyəsini və plan-fakt müqayisəsi üzrə nümunələri qeyd edin; belə detallar PMD Projects işə qəbul zamanı texniki səriştənizi xüsusi vurğulayır.

  • Komplayens və risk idarəetməsi, xərclərə nəzarət, planlaşdırma üzrə aparıcı mühəndis kimi ofis/analitik rollar üçün layihə qrafikləşdirilməsi, risk reyestrləri, cost control alətləri, müqavilə şərtlərinin icrasına nəzarət və hesabatlılıq təcrübənizi konkret case-lərlə yazın; bu tip PMD Projects iş elanı üçün analitik düşüncə və strukturlaşdırma qabiliyyəti əsasdır.

  • Axtarış zamanı uzun quyruqlu açar sözlərdən istifadə edin: “Bakı PMD Projects iş elanları mühəndis”, “PMD Projects tikinti rəhbəri vakansiyası”, “Şamaxı PMD Projects construction manager iş elanı”, “Ağdam PMD Projects planning engineer vakansiyaları” kimi ifadələr həm region, həm də vəzifə üzrə nəticələri dəqiqləşdirir.

  • CV-də şirkətin fəaliyyət sahəsinə uyğun açar sözləri təbii şəkildə yerləşdirin: PMD Projects vakansiyaları, “construction management”, “civil engineering”, “planning engineer”, “cost control”, “HSE”, “risk & compliance” və s.; bu, onlayn platformalarda və ATS sistemlərində axtarış nəticələrində daha görünən olmağınıza kömək edir.

  • Yeni məzun və ya junior səviyyədə müraciət edirsinizsə, təcrübə proqramları, universitet layihələri, laboratoriya işləri, tikinti sahələrinə ekskursiyalar və könüllü fəaliyyətinizi ön plana çıxarın; şirkətin universitetlə əməkdaşlıq və laboratoriyaların açılışında iştirakı, eyni zamanda geodeziya mühəndisi üzrə təcrübə proqramı elanları PMD Projects careers çərçivəsində gənc mütəxəssislərə də qapı açdığını göstərir.

  • Müsahibəyə hazırlaşarkən seçdiyiniz konkret PMD Projects vakansiya elanları mətnini bənd-bənd çıxarın və hər tələbi dəstəkləyən real situasiya nümunələri düşünün: gecikmə riski olan layihədə qrafikə qayıdış, sahədə təhlükəli situasiyanın vaxtında qarşısının alınması, əlavə xərclərin azaldılması və ya layihə risklərinin düzgün xəritələndirilməsi kimi hekayələr sizi fərqləndirəcək.

PMD Projects barədə tez-tez verilən suallar 

PMD Projects nə şirkətidir və PMD Projects vakansiyaları hansı sahələri əhatə edir?
PMD Projects vakansiyaları, Bakıda və Azərbaycanın regionlarında mülki tikinti sektorunda fəaliyyət göstərən, yaşayış və kommersiya binaları, otellər, aqrar və sənaye obyektləri üzrə layihələrin idarə edilməsi və tikintisi ilə məşğul olan layihə idarəetmə şirkətində açılan iş yerlərini əhatə edir.

Bakı PMD Projects iş elanları daha çox hansı vəzifələr üzrə dərc olunur?
Hazırkı Bakı PMD Projects iş elanları arasında baş mexanika mühəndisi, baş planlaşdırma mühəndisi, layihələrin komplayens və risk idarəetməsi üzrə rəhbər, tikinti rəhbəri, tikinti xərcləri üzrə aparıcı nəzarətçi və geodeziya mühəndisi kimi ixtisaslaşmış mühəndis və menecment rolları üstünlük təşkil edir.

PMD Projects iş elanı regionlarda da açıqlanırmı?
Bəli, rəsmi vakansiya siyahısında Şamaxıda Construction Manager, Ağdamda planlaşdırma üzrə aparıcı mühəndis kimi regionlara aid PMD Projects iş elanları da yer alır; bu da şirkətin layihələrinin təkcə Bakıda deyil, ölkənin müxtəlif bölgələrində həyata keçirildiyini göstərir.

PMD Projects işə qəbul prosesində hansı mərhələlər olur?
İxtisasdan asılı olaraq PMD Projects işə qəbul adətən CV skrininqi, texniki müsahibə və ya test tapşırığı, daha sonra isə layihə rəhbəri və ya HR ilə dərinləşdirilmiş müsahibə mərhələlərini əhatə edir; mühəndis və sahə rolları üçün əlavə olaraq SƏTƏM, texniki bilik və sahə təcrübəsi ilə bağlı situasiya sualları verilir. 

PMD Projects vakansiyaları üçün əsas texniki tələblər nələrdir?
Mühəndis və tikinti rəhbəri yönümlü PMD Projects vakansiyaları tikinti layihələrinin idarə olunması, layihə-smeta sənədləri ilə işləmək, qrafik və büdcə planlaşdırması, normativ sənədlərin tələblərini bilmək, SƏTƏM qaydalarına əməl etmək və müvafiq proqram təminatında  işləmək bacarıqlarını tələb edir.

PMD Projects careers çərçivəsində karyera artımı mümkündürmü?
Şirkətin ölçüsü və layihə müxtəlifliyini nəzərə alanda, PMD Projects careers daxilində mühəndisdən baş mühəndisə, sahə mühəndisindən tikinti rəhbərinə, planlaşdırma mütəxəssisindən aparıcı mühəndisə və daha sonra layihə və ya bölmə rəhbərliyinə qədər karyera artımı üçün real yol mövcuddur.

PMD Projects vakansiya elanları dayanıqlı tikinti və “yaşıl” layihələrlə bağlı rolları da əhatə edirmi?
Şirkətin dayanıqlı yaşıl tikinti bəyannaməsinə qoşulması və beynəlxalq təşəbbüslərdə iştirakı göstərir ki, gələcəkdə ESG, enerji səmərəliliyi, ekoloji göstəricilər və “green construction” mövzularında fokuslanan PMD Projects vakansiyaları da aktuallaşa bilər; hazırkı mühəndis rollarında isə bu tələblərə uyğun işləmək artıq gündəlik işin bir hissəsidir.

PMD Projects iş elanları gənc mütəxəssislər və tələbələr üçün uyğundurmu?
Bəzi elanlar geodeziya mühəndisi təcrübəçisi kimi rolları əhatə edir və təcrübə müddətini uğurla başa vuran tələbə və məzunların işlə təmin oluna biləcəyi qeyd olunur; bu, PMD Projects vakansiyaları içində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş karyera giriş nöqtələri olduğunu göstərir.

PMD Projects iş elanları üzrə beynəlxalq layihələrdə işləmək imkanı varmı?
Şirkətin rəsmi təqdimatında Azərbaycanda və beynəlxalq səviyyədə layihələri icra etdiyi, müştərilərə müxtəlif regionlarda xidmət göstərdiyi qeyd olunur; buna görə ixtisaslı mühəndis və menecerlər üçün PMD Projects iş elanları zamanla ölkəxarici layihələrdə iştirak imkanları da yarada bilər.

PMD Projects vakansiyaları üçün CV-ni hansı dildə hazırlamaq məqsədəuyğundur?
Əksər PMD Projects vakansiya elanları Azərbaycan dilində dərc olunsa da, texniki təsvirlərdə ingilis terminologiyası geniş istifadə olunur; buna görə CV-ni azərbaycanca hazırlayıb, əlavə olaraq qısa ingilis versiyasını da saxlamaq, xüsusən beynəlxalq tərəfdaşlı layihələrdə iştirak edən komandalar üçün üstünlük sayılır.

Nəticə olaraq, böyük mülki tikinti layihələrində, planlaşdırma və risk idarəetməsində, dayanıqlı tikinti və mühəndislik həllərində karyera qurmaq istəyirsinizsə, mütəmadi yenilənən PMD Projects iş elanları və çoxşaxəli PMD Projects vakansiyaları peşəkar inkişaf planınızda strateji seçim ola bilər.