Planlaşdırma üzrə aparıcı mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək;
Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək;
Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək;
Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq;
Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi;
Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq;
Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək;
Sahə iclaslarında və müzakirələrdə iştirak etmək;
Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq;
Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq;
Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
Sahə səfərləri hesabatlarının hazırlanması;
İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması;
Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması;
Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı:
Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project.
Necə Müraciət Etmək Olar
PMD Projects MMC
Other
PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14126
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500