Avtomatlaşdırma və elektronika üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Avtomatlaşdırma mühəndisliyi üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 2-3 il (tikinti və ofis) iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
Kompüter bilikləri: MS Office, AutoCAD;
BMS, SCADA, yanğın siqnalizasiya, avtomatlaşdırılmış qəza və səsli təxliyə, karbon monoksid siqnalizasiyası, audio-vizual sistemlər, multimedia sistemləri, interkom, işıqlandırma avtomatlaşdırılması, avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, kartlı keçid və turniket sistemləri, kamera və müşahidə sistemləri, xüsusi alarm sistemləri və digər avtomatlaşdırma və kontrol sistemləri haqqında nəzəri və praktiki biliklər;
Mexanik, elektrik və İT sistemləri ilə bağlı fundamental texniki biliklər;
Avtomatlaşdırma şəbəkə bilikləri və xəbərləşmə protokolları;
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA, ASHRAE, IEEE;
Effektiv problem həll etmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Daimi və qısa müddətli ezamiyyətlərə açıq olmaq.
Necə Müraciət Etmək Olar
PMD Projects MMC
Other
PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13825
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500