Avtomatlaşdırma

Aparıcı şirkətlərdən 4 iş imkanı kəşf edin

Birmarket.az

Avtomatlaşdırma və Proseslərin Optimallaşdırılması üzrə Mütəxəssis

Birmarket.az

Tam Ştat
Orta Səviyyə

Müştəri təcrübəsini yaxşılaşdırmaq və əməliyyat effektivliyini artırmaq üçün proseslərin avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi. Təkrarlanan biznes proseslərinin RPA və no-code / low-code alətləri (Microsoft Power Platform, UiPath, Zapier, Make və s.) vasitəsilə avtomatlaşdırılması. Rutin tapşırıqların optimallaşdırılması üçün avtomatlaşdırılmış workflow-ların yaradılması, sazlanması və dəstəklənməsi. AI həllərinin hazırlanması və tətbiqi, o cümlədən AI agentlərinin korporativ sistemlərə (Teams, SharePoint, CRM və s.) inteqrasiyası. LLM modelləri ilə iş: sazlanma, test və biznes proseslərinə inteqrasiya. CRM, ticketing sistemləri və müştəri dəstəyi platformalarının (çat, IVR, chatbot və s.) inteqrasiyası və optimallaşdırılması. Müştəri dəstəyinə düşən yükü azaltmaq və xidmət sürətini artırmaq üçün self-service həllərinin hazırlanması və inkişafı. Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili və bu əsasda təkmilləşdirmələrin tətbiqi. Biznes və əməliyyat komandaları ilə birgə əməliyyat və logistika proseslərinin optimallaşdırılması. Həllərin sürətli prototiplənməsi və tətbiqi üçün AI-assisted yanaşmaların (vibe coding) istifadəsi. Avtomatlaşdırılmış həllərin miqyaslandırılması və dəstəklənməsi üçün Azure servisləri ilə iş.

PMD Projects MMC

Avtomatlaşdırma və elektronika üzrə mühəndis

PMD Projects MMC

Tam Ştat
Orta Səviyyə

Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək; Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq; Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.