Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat
Avtomatlaşdırma

Avtomatlaşdırma və Proseslərin Optimallaşdırılması üzrə Mütəxəssis

Avtomatlaşdırma və Proseslərin Optimallaşdırılması üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 15 may 2026

Təsvir

  • Müştəri təcrübəsini yaxşılaşdırmaq və əməliyyat effektivliyini artırmaq üçün proseslərin avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi.

  • Təkrarlanan biznes proseslərinin RPA və no-code / low-code alətləri (Microsoft Power Platform, UiPath, Zapier, Make və s.) vasitəsilə avtomatlaşdırılması.

  • Rutin tapşırıqların optimallaşdırılması üçün avtomatlaşdırılmış workflow-ların yaradılması, sazlanması və dəstəklənməsi.

  • AI həllərinin hazırlanması və tətbiqi, o cümlədən AI agentlərinin korporativ sistemlərə (Teams, SharePoint, CRM və s.) inteqrasiyası.

  • LLM modelləri ilə iş: sazlanma, test və biznes proseslərinə inteqrasiya.

  • CRM, ticketing sistemləri və müştəri dəstəyi platformalarının (çat, IVR, chatbot və s.) inteqrasiyası və optimallaşdırılması.

  • Müştəri dəstəyinə düşən yükü azaltmaq və xidmət sürətini artırmaq üçün self-service həllərinin hazırlanması və inkişafı.

  • Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili və bu əsasda təkmilləşdirmələrin tətbiqi.

  • Biznes və əməliyyat komandaları ilə birgə əməliyyat və logistika proseslərinin optimallaşdırılması.

  • Həllərin sürətli prototiplənməsi və tətbiqi üçün AI-assisted yanaşmaların (vibe coding) istifadəsi.

  • Avtomatlaşdırılmış həllərin miqyaslandırılması və dəstəklənməsi üçün Azure servisləri ilə iş.

Tələblər

  • Biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində iş təcrübəsi.

  • Avtomatlaşdırma platformaları ilə praktik iş təcrübəsi (Microsoft Power Platform: Power Automate, Copilot Studio; UiPath, Zapier, Make və ya oxşar alətlər).

  • CRM sistemləri ilə işləmək və müştəri platformalarının (Chatbot, IVR və s.) inteqrasiyası üzrə təcrübə.

  • Müştəri xidməti prosesləri, ticket idarəetməsi və marketplace əməliyyatları üzrə anlayış.

  • Self-service həllərinin hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə.

  • Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili bacarığı — arzuolunandır.

  • IT komandaları ilə əməkdaşlıq və texniki tələblərin hazırlanması üzrə təcrübə.

  • Azərbaycan və ingilis dillərində sərbəst işgüzar ünsiyyət bacarığı (şifahi və yazılı). Rus dili biliyi üstünlük hesab olunur.

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13987

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya