Mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

  • Elektron qaimə, hesab-fakturaların, aktların hazırlanması və göndərilməsi;

  • Gündəlik mühasibatlıq əməliyyatlarının uçotu;

  • Uçot üzrə bütün əməliyyatların 1C(8.3)  proqramına işlənilməsi;

  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;

  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;

  • Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması.

  • Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);

  • Müvafiq sahə üzrə 2 il təcrübə;

  • Elektron portallar ilə işləmə bacarığı;

  • Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır;

  • MS Excel və 1C 8.3 Proqramında işləmə təcrübəsi;

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12522

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya