Mühasibat

Aparıcı şirkətlərdən 145 iş imkanı kəşf edin

Mühasibat vakansiyalarımühasibat iş elanları pərakəndə, istehsal, xidmət, bankçılıq və texnologiya sektorlarında maliyyə axınlarını şəffaf və dəqiq idarə edən peşəkarlar üçün geniş imkanlar yaradır. Səhifəmizdə Bakı mühasibat vakansiyaları, junior mühasib iş elanları, baş mühasib vakansiyaları, vergi mühasibi iş elanları, AP/AR mütəxəssisi vakansiyalarımaya dəyəri üzrə mühasib vakansiyaları gündəlik yenilənir. Filtrlərlə məkan, rejim (ofis, hibrid, uzaqdan), səviyyə və maaş diapazonunu dəqiqləşdirərək mühasibat vakansiyaları içində sizə uyğun rolu sürətlə tapın.

Mühasib

Tax and Accounting Training Center MMC

Tam Ştat
Orta Səviyyə

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı; Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq, həmçinin xəzinə əməliyyatlarının icrası və sənədləşdirilməsi; Əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi; Debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq olaraq üzləşmə aktlarının edilməsi; Əsas vəsaitlərin, mal-materialların hərəkətinin və uçotunun aparılması; Aylıq, rüblük və illik vergi və digər dövlət qurumlarına hesabatlarının və arayışların hazırlanması, təqdim edilməsi,bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması Vergi ödəyicisinin dövriyyəsinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi və optimal istifadənin təmin edilməsi; Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi; Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası Vergi və maliyyə uçotunun aparılması; Maliyyə hesabatları (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanmasında iştirak etmək;

Mal-material üzrə mühasib

Strata

Tam Ştat
Orta Səviyyə

İş barədə məlumatlar: Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək); 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri; Korporativ nömrə ilə təmin olunma; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; Vakansiya növü - tam ştat; Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz. İşin Təsviri: Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək; Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C) əlavə etmək; Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq; Mal-material alışı ilə bağlı gündəlik və aylıq hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək; Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq; Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək; Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək; Anbar sayımı və stok nəzarətini həyata keçirmək; Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və  mənimsənilməsi haqqında sənədləri tərtib etmək; Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək; Anbar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması; Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.

Restaurants by Emin Agalarov

Главный бухгалтер

Restaurants by Emin Agalarov

Tam Ştat
Orta Səviyyə

Agalarovrest объявляет набор кандидатов на вакансию –Главный бухгалтер Заработная плата – 3000 АЗН. Рассматриваются только кандидаты женского пола Обязанности: Ведение бухгалтерского и управленческого учета Контроль работы бухгалтерии Контроль закрытия счетов в 1с Ежемесячное своевременное закрытие периода до 5 числа следующего месяца Составление управленческой отчетности в EXCEL Сверка налоговой отчетности Решение текущих задач связанных с работой финансовой службы Требования к кандидату: Рассматриваются только кандидаты женского пола Знание русского языка в совершенстве Высшее образование Приветствуется опыт в общепите Опыт работы главным бухгалтером от 3-х лет Знание 1С Предприятие, 1С ЗУП (желательно) Знание EXCEL Знание налогового законодательства и принципов ведения бухгалтерского учета. Условия работы: Место работы Sea Breeze (Нардаран) Сервисный  автобус с м/с короглу Полная занятость, полный рабочий день Оформление согласно ТК Азербайджанской Республики График работы 5/2. CV высылать только на русском языке на электронный адрес в кнопке Откликнуться. Контакты: 0552087475 CV кандидатов, не соответствующих указанным требованиям, не будут рассматриваться.

PAYCHI GROUP MMC

Baş mühasib

PAYCHI GROUP MMC

Tam Ştat
Yüksək Səviyyə

Şəhər Bakı İş stajı 5 il ve daha çox İş rejimi Tam-ştat Əmək haqqı 2500 - 3500 AZN (Bilik və bacarıq səviyyəsinə uyğun) Əsas öhdəliklər: Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibatlıq şöbəsinə nəzarət etmək; Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək; Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək; İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək; Vergi ilə bağlı məsələlərdə həmkarlara məsləhət vermək və işçi heyətinə müvafiq sahə üzrə təcrübə ilə bölüşüb, koordinasiya etmək; Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək; Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək; 1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək; Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək; Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq; Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək; Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq; Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək; Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;

MJ Finance

Baş mühasib

MJ Finance

Tam Ştat
Yüksək Səviyyə

Vəzifə öhdəlikləri: Şirkətin Baş ofisi və filialları üzrə mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi; Kredit portfeli üzrə uçot məlumatlarının maliyyə hesabatları ilə uzlaşdırılması və yoxlanılması; İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması; Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi; Baş ofis və filiallarda mühasibat prosedurlarına, maliyyə və kassa intizamına riayət olunmasına nəzarət; Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət; Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması; Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi; Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi; Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak; Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət; Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumları tərəfindən daxil olan sorğu və hesabatların hazırlanması və təqdim edilməsi.

GESCO

Əmək haqqı üzrə mühasib

GESCO

Tam Ştat
Orta Səviyyə

Struktur şöbə/bölmə: Maliyyə şöbəsi Vəzifə öhdəlikləri: Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat və digər ödənişlərinin qanunvericiliyə uyğun və dəqiq hesablanmasını təmin etmək; Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər məlumatlar əsasında ödənişlərin icrasını həyata keçirmək; Əmək haqqı üzrə məlumatların vaxtında və düzgün şəkildə müvafiq elektron sistemlərə daxil edilməsini təmin etmək; Aylıq, rüblük və illik əmək haqqı hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; Əmək haqqı və digər maliyyə məlumatlarının məxfiliyini təmin etmək; Rüblük Vahid bəyannaməni hazırlamaq və Vergi orqanına təqdim olunmasını təmin etmək İşçilərin əmək haqqı və ödənişlərlə bağlı müraciətlərini qanunvericiliyə uyğun şəkildə cavablandırmaq İşçinin işdən azad olunması zamanı son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanmasını və ödənilməsini təmin etmək; İşdən azad olunmuş işçilərlə bağlı dövlət qurumlarının sorğuları əsasında müvafiq arayış və hesablama sənədlərini hazırlamaq; Məhkəmə və icra sənədləri əsasında əmək haqqından tutulmaları icra etmək və aidiyyəti qurumlara vaxtında məlumat vermək; Avans və ezamiyyə ödənişlərinin Cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icrasını təmin etmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron sistemlərdə vaxtında işlənməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Vergilər, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumat və hesabatları hazırlamaq. Namizədə dair tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); Əmək haqqı üzrə mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyini yaxşı səviyyədə bilmək; 1C (8.3) və MS Office proqramlarında sərbəst işləmə bacarığı; Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyət hissi; Məxfi məlumatlarla işləmə bacarığı. Əlavə məlumat: Sənədləşmə AR Əmək Məcəlləsinə uyğun aparılır; İş rejimi: I–V günlər, 09:00–18:00; Nahar fasiləsi: 13:00–14:00; Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

AZCD Group QSC

Mühasib

AZCD Group QSC

Tam Ştat
Orta Səviyyə

Mühasib iş zamanı müəssisənin maliyyə əməliyyatlarını qeydiyyata alır, gəlir və xərcləri izləyir, əmək haqqını hesablayır, vergi və maliyyə hesabatlarını hazırlayır, bank ödənişlərini həyata keçirir və qanunvericiliyə uyğun mühasibat uçotu aparır. Vəzifə öhdəlikləri: İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanması; Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks olunmasını təmin edir ; Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir; Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparır; Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparır; Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirir; Bank hesablaşmaları üzrə əməliyyatları aparır; Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparır; Tələb olunan hesabat formalarını aydın və dəqiq doldurur; İşçilərin aylıq əmək haqlarını, icbari ayırmalarını hesablayır; Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması; Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır; DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işləyir; Təhtəlhesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarını yoxlanması və müvafiq vergilərin tutulması; E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarını tərtib edir və göndərir, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib edir; Departament müdirinin digər əlaqədar tapşırıqlarını yerinə yetirir; ƏDV, ÖMV, DSMF, Statistika hesabatlarının təqdim edir; E-customs, E-gov portallarında işləyir.

ASSAN-STP Panel

Aparıcı mühasib

ASSAN-STP Panel

Tam Ştat
Orta Səviyyə

İş şəraiti İş yeri: Azərbaycan, Sumqayıt İş qrafiki: Tam iş günü (5 gün, 08:00-17:00) Vəzifə öhdəliyi: İstehsal fəaliyyəti ilə məşğul olan şirkətdə bütün mühasibatlıq əməliyyatlarının dəqiq, vaxtında və mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi; Şirkətin pul vəsaitlərinin hərəkəti və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və hazırlanması; Cаri əməliyyаt fəаliyyəti üzrə büdcənin və prоqnоzlаr, о cümlədən pul vəsаitlərinin qısаmüddətli hərəkət prоqnоzlаrının tərtibində iştirak; Bank əməliyyətlarının icrası və izlənilməsi; Şirkətin fаktiki gəlirlərinin yохlаnılmаsı zamanı kənаrçıхmаlаrın səbəbini müəyyən еtmək; Pul vəsaitinin hərəkəti hesabatlarini hazırlanması; İstehsal prosesində emal xərclərinə nəzarət və inventarizasiyanın aparılması; Vergi auditi və ya müstəqil audit hesabatlarına dair lazım olan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsinin təmin edilməsi; Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparılması; Vergi hesabatlarını təqdim edilməsi (ƏDV, ÖMV, Gəlir və Mənfəət vergisi, statistik hesabatlar, vahid bəyannamə MDSS). Namizədə olan tələblər: Ali təhsil (mühasibatlıq, maliyyə, iqdisadiyyat) ixtisası istiqamətində; İş təcrübə, 3 ildən yuxarı (istehsal üzrə təcrübə olanlara üstünlük veriləcək); Beynəlxalq maliyyə standartlarını bilmək (IFRS, F3, PMS2, PMS1 arzu olunandır); Analitik təhliletmə və qərar vermə qabiliyyəti; Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq; Mаliyyə şərаitini аnаliz еtmək qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı; Ünsiyyət qurmaq, icraçılıq və situasiyanı dəyərləndirmə bacarığı. Digər məlumatlar: Korporativ nömrə (korporativ paket); İllik Tibbi sığorta paketi; Böyük və prestijli şirkətdə işləmək imkanı; Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək. Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Seeton Azerbaijan

Accountant (Operations / AP & AR)

Seeton Azerbaijan

Tam Ştat
Orta Səviyyə

Location: Baku, (In office - Full-time) Company: Seeton Azerbaijan — a system integrator implementing innovative IT practices for business and government. Position Summary Seeton Azerbaijan is looking for a qualified and detail-oriented Accountant to support daily accounting operations, documentation flow, and financial data accuracy within the Finance function. This role requires not only processing data, but also verifying its accuracy and completeness — attention to detail and a control mindset are critical. Key Responsibilities Daily Accounting Operations Prepare and report daily account balances. Record and maintain all financial transactions in the corporate ERP system ensuring data accuracy. Maintain department financial records and reconcile account ledgers. Ensure accuracy and completeness of all financial data by verifying and cross-checking entries before submission. Perform bank reconciliations in accordance with bank statements and processed payments. Ensure timely processing and completion of payment requests. Prepare bank payment orders Monitor and ensure timely execution of all payments. Vendor and Client Operations Verify vendor-related VAT and withholding tax calculations. Review contracts, purchase orders, and work orders for accuracy and compliance. Check compliance of invoices with contract terms. Ensure timely issuance of receivable documentation (invoices, handover acts, electronic delivery notes). Correspond with vendors and clients to obtain or submit properly prepared supporting documentation on time. Internal and External Coordination Coordinate with other departments, external and internal audit team to ensure timely exchange of required financial documentation. Tax Accounting Maintain fixed asset records. Support in preparation and submission of statutory reports on time. Review corporate card transaction documentation monthly. Ensure all accounting operations comply with internal policies and applicable legislation. Maintain confidentiality of all financial and personal data. Required Hard & Technical Skills Bachelor’s degree in Accounting, Finance, or Economics. 2+ years of experience in accounting or finance (preferably in a corporate environment). Proficiency in MS Office (especially Strong Excel skills) and ERP/accounting systems. Ability to work with high volumes of transactions and documentation with high accuracy. Strong understanding of Azerbaijani accounting standards and tax regulations. Experience in statutory reporting (Tax, SSPF, Statistics). Hands-on experience working with: invoices handover acts payment documents contracts and supporting documentation Strong attention to detail with the ability to independently verify and validate financial data, not just process it. Languages Azerbaijani — fluent (mandatory) Russian — working level (required for internal communication) English — Intermediate (for documentation and correspondence) Soft Skills High sense of responsibility and integrity. Strong analytical and organizational skills. Ability to work independently and meet tight deadlines. Effective communication and teamwork skills. Ownership mindset and accountability for the accuracy of financial data. Confidentiality and accuracy in handling financial information. What We Offer Professional Growth: Opportunities to develop within a leading IT integrator. Health Insurance: Premium plan by a leading insurance company. Professional Development: Access to trainings and certifications based on the annual development plan. Dynamic Environment: Collaborative and innovative corporate culture. Competitive Package: Attractive salary and performance-based bonuses. Interested candidates are invited to send their CV to the e-mail address in the Apply for job button with the subject line: “Accountant”. Only shortlisted candidates will be contacted.

Mühasibat vakansiyaları və iş elanları

Mühasibat iş elanları üzrə seçilmək üçün IFRS və yerli vergi qanunvericiliyi biliyi, ERP/1C təcrübəsi, Excel/Power BI modelləşdirməsi, nəticə yönümlü hesabatlandırma və auditlə işləmə bacarıqları önəmlidir. Uzun quyruqlu axtarışlardan – Bakı baş mühasib vakansiyaları, junior mühasib iş elanları, vergi mühasibi vakansiyaları, AP/AR mütəxəssisi iş elanları – istifadə etmək axtarış nəticələrini dəqiqləşdirir və mühasibat vakansiyaları arasında görünürlüğünüzü artırır.

Baş mühasib vakansiyaları və iş elanları

Baş mühasib vakansiyaları bütün mühasibat funksiyalarına rəhbərlik, aylıq-bağlanış, büdcə-proqnoz, daxili nəzarətlər və vergi öhdəliklərinin vaxtında icrasını əhatə edir. Bakı baş mühasib vakansiyaları üçün IFRS, vergi bəyannamələri, ERP-də hesabat modulları, kassa-bank əməliyyatları və auditlə əlaqə əsas tələblərdir. Mühasibat iş elanlarında KPI-lar: bağlanış vaxtının qısaldılması, audit uyğunsuzluqlarının bağlanması, xərclərin optimizasiyası və proses avtomatlaşdırması.

Junior mühasib / AP-AR mütəxəssisi vakansiyaları və iş elanları

Junior mühasib iş elanları ilkin sənədlərin daxil edilməsi, faktura yoxlanışı, ödənişlərin uçotu və qaimələrin uyğunlaşdırılması kimi tapşırıqlarla başlayır. AP/AR mütəxəssisi vakansiyaları kreditor-debitor hesablarının reconciliyasiyası, yaşlandırma hesabatları, ödəniş cədvəlləri və limit nəzarətini tələb edir. Excel pivot, 1C/SAP/Oracle modulları və detallara diqqət mühasibat vakansiyaları içində seçilmə şansını yüksəldir.

Vergi mühasibi vakansiyaları və iş elanları

Vergi mühasibi vakansiyaları ƏDV, mənfəət, mənfəətdən vergi üzrə bəyannamələr, e-qaimə, e-taxes portalı və vergi yoxlamalarına hazır cavablar hazırlamağı əhatə edir. Bakı vergi mühasibi iş elanları üçün vergi güzəştləri, transfer qiymətləri əsasları, risklərin xəritələnməsi və auditlə koordinasiya önəmlidir. Mühasibat iş elanlarında nəticələr: cərimələrin önlənməsi, vaxtında ödəniş, vergi yükünün qanuni optimizasiyası.

Maaş üzrə mütəxəssis (Payroll) vakansiyaları və iş elanları

Payroll mütəxəssisi vakansiyaları əmək haqqı hesablamaları, məzuniyyət-icazə uçotu, gəlir vergisi və DSMF tutulmaları, əmək müqavilələri və kadr sənədlərinin uyğunluğunu tələb edir. Bakı payroll iş elanları üçün HRIS/ERP inteqrasiyası, timesheet sistemləri və konfidensiallıq əsasdır. Bu blokda mühasibat vakansiyalarında KPI-lar: sıfır xəta, vaxtında ödəniş və audit izlərinin tamlığı.

Maya dəyəri (Cost Accountant) vakansiyaları və iş elanları

Maya dəyəri üzrə mühasib vakansiyaları istehsalat və xidmət mühitində xərclərin toplanması, BOM/route əsaslı kalkulyasiya, varians analizi və qiymətləmə modellərini əhatə edir. Bakı cost accountant iş elanlarında OPEX/CAPEX ayrımı, marja analizi, inventar dövriyyəsi və SKU səviyyəsində rentabellik əsasdır. Nəticələr: marjanın yüksəldilməsi, israfın və scrapın azaldılması – bunlar mühasibat iş elanları içində dəyər yaradır.

ERP/1C mühasibi vakansiyaları və iş elanları

ERP/1C mühasibi vakansiyaları modul ayarları, plan-fakt hesabatları, baş kitab və alt modulların uyğunluğunun təmin edilməsi, həmçinin məlumatların təmizliyini əhatə edir. Bakı ERP mühasibi iş elanları üçün 1C konfiqurasiyaları, XML/CSV import-export, bank-client inteqrasiyası və avtomatlaşdırılmış ödəniş axınları önə çıxır. Bu istiqamətdə mühasibat vakansiyalarında proses sürəti və səhv faizinin azaldılması əsas nəticələrdir.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • Açar sözləri hədəfləyin: Bakı mühasibat vakansiyaları, baş mühasib vakansiyaları, junior mühasib iş elanları, vergi mühasibi vakansiyaları, AP/AR mütəxəssisi iş elanları, maya dəyəri üzrə mühasib vakansiyaları.

  • CV-ni nəticələrlə gücləndirin: bağlanışın 3–5 günə endirilməsi, vergi cərimələrinin sıfırlanması, pul axınının yaxşılaşdırılması, ERP-də avtomat axınların qurulması – bunları rəqəmlərlə qeyd edin ki, mühasibat iş elanları arasında fərqlənəsiniz.

  • Alətlər və sertifikatlar: 1C/SAP/Oracle, Excel (Power Query/Power Pivot), Power BI, e-taxes; ACCA, CIMA və yerli təlimlər mühasibat vakansiyaları üçün üstünlükdür.

  • ATS uyğunluğu: elan mətnində keçən terminləri (IFRS, AR/AP, payroll, vergi bəyannaməsi, reconciliya, ERP) təbii şəkildə CV-yə inteqrasiya edin.

  • Portfel və sübut: hesabat nümunələri, proses xəritələri, audit cavabları və daxili nəzarət siyahıları mühasibat iş elanlarında güclü sübut rolunu oynayır.

  • Müsahibəyə hazırlıq: IFRS prinsipləri, vergi ssenariləri, reconciliya tapşırıqları, Excel case-ləri və audit sualları üzrə qısa məşqlər edin.

Mühasibat barədə tez-tez verilən suallar (FAQ)

1) Mühasibat vakansiyaları ən çox hansı sahələrdədir?
Pərakəndə, istehsal, xidmət, logistika, tikinti və bankçılıqda mühasibat vakansiyalarımühasibat iş elanları daha çoxdur.

2) Junior mühasib üçün əsas tələblər nədir?
İlkin sənədləşdirmə, ERP-ə giriş, Excel əsasları və diqqət; junior mühasib iş elanları bunu vurğulayır.

3) Baş mühasib vakansiyaları nəyi tələb edir?
IFRS, bağlanış prosesləri, vergi uyğunluğu, büdcə-proqnoz və komanda idarəçiliyi; baş mühasib vakansiyalarında standartdır.

4) Vergi mühasibi iş elanları üçün hansı bacarıqlar vacibdir?
Bəyannamələr, e-qaimə, vergi yoxlamaları və risklərin xəritələnməsi; vergi mühasibi vakansiyalarında əsasdır.

5) AP/AR mütəxəssisi vakansiyaları hansı KPI-ları izləyir?
Yaşlandırma, gecikmə faizi, collection dərəcəsi, uyğunlaşdırma sürəti; AP/AR mütəxəssisi iş elanları bunları tələb edir.

6) Payroll üzrə hansı alətlər lazımdır?
HRIS/ERP, timesheet, DSMF və vergi tutulmaları modulları; payroll iş elanları üçün məxfilik kritikdir.

7) Maya dəyəri üzrə mühasib nəyi ölçür?
SKU marjası, varians, OEE təsiri və inventar dövriyyəsi; maya dəyəri üzrə mühasib vakansiyalarında bu metriklər önəmlidir.

8) ERP/1C mühasibi üçün hansı biliklər lazımdır?
Modul ayarları, data təmizliyi, bank-client inteqrasiyası və export-import; ERP mühasibi iş elanlarında üstünlükdür.

9) Uzaqdan mühasibat işi mümkündürmü?
Hesabat və vergi hazırlığı hibrid mümkündür; kassa və inventar kimi sahələrdə sahə iştirakı tələb oluna bilər.

10) Maaş aralığı nədən asılıdır?
Sektor, rol səviyyəsi, sertifikatlar və məsuliyyət dairəsi Bakı mühasibat vakansiyaları üzrə əməkhaqqına təsir edir.

Nəticə: Mühasibat vakansiyalarımühasibat iş elanları içində seçilmək üçün IFRS və vergi biliklərinizi, ERP/Excel bacarıqlarınızı və ölçülə bilən nəticələrinizi ön plana çıxarın; uzun quyruqlu açar sözlərdən istifadə edib hər müraciəti rola uyğun fərdiləşdirin. Uğurlar!