Aparıcı mühasib

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • İş yeri: Şirkətin ofisi;

  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00

  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;

  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;

  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;

  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər

  • Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə);

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Azərbaycanın vergi və mühasibat uçotu qanunvericiliyinə dair bilikləri praktiki səviyyədə bilməsi;

  • PMS sertifikatınin olması;

  • E-taxes,E-banking portalları ilə işləmək bacarığı

  • 1C proqramı ilə işləmə bacarığı;

  • MS Excel ilə işləmə bacarığı;

  • Komanda və şöbə ilə koordinasiya şəkilində işləmə bacarığı;

  • İşgüzar yazışma bacarığı;

  • Azərbaycan dili — C2, Rus dili — C1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;

Vəzifə öhdəlikləri:

  • Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanmasına nəzarət (ƏDV, HŞƏV, ÖMV və s.)

  • Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun vaxtında yığılmasına nəzarət

  • Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsi

  • Ayın bağlanması və aylıq maliyyə hesabatlarının hazırlanması

  • Ödənişlərin icra edilməsi və köçürmələrin internet bankingdə düzgün aparılmasına nəzarət

  • Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanması və ödənişlərlə bağlı vaxtında məlumat verilməsi

  • Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması

  • Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət

  • Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət

  • Əsas vəsaitlər üzrə əməliyyatların aparılması

  • İllik büdcənin hazırlanmasında iştirak

  • İlkin sənədlərin qəbulunu və uçota hazırlanmasını təmin etmək

  • Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak

Email: Hr@urc.az

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14160

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya