Maliyyə modulu üzrə kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Vəzifə öhdəliyi:

  • Maliyyə modulunun 1C ERP sistemində düzgün qurulması və test proseslərində iştirak etmək;

  • Maliyyə əməliyyatlarının sistemdə düzgün əks olunmasına nəzarət etmək;

  • Profilaktik yoxlamalar zamanı aşkar olunan uyğunsuzluqları müəyyənləşdirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;

  • Maliyyə modulu üzrə uçot strukturlarında (hesablar planı, kataloqlar, parametrlər və sazlamalar) asistentlik göstərmək;

  • Sistem istifadəçilərinə maliyyə modulu üzrə funksional dəstək vermək;

  • Modul üzrə təqdimat və təlim materiallarının hazırlanmasında iştirak etmək;

  • Maliyyə modulu üzrə sənədləşmənin (təlimatlar, proses təsvirləri və s.) hazırlanması və yenilənməsini təmin etmək;

  • Modulun inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

Tələblər

:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr);

  • 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər;

  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür;

  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı;

  • Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;

  • Məsuliyyətli və sistematik iş yanaşması;

  • Komandada və müstəqil şəkildə işləmək bacarığı

İş şəraiti:

  • İş yeri: Şirkətin ofisi;

  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00

  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;

  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;

  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;

  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13061

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə