Mal-material üzrə mühasib
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
İş barədə məlumatlar:
Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək);
5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
Korporativ nömrə ilə təmin olunma;
Nahar şirkət tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Vakansiya növü - tam ştat;
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
İşin Təsviri:
Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C) əlavə etmək;
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
Mal-material alışı ilə bağlı gündəlik və aylıq hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədləri tərtib etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;
Anbar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.
Tələblər
Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
Satış və anbar arasındakı koordinasiyasını bilməli;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Strata
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13872
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə