Əmək haqqı üzrə mühasib

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

Struktur şöbə/bölmə: Maliyyə şöbəsi

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat və digər ödənişlərinin qanunvericiliyə uyğun və dəqiq hesablanmasını təmin etmək;

  • Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər məlumatlar əsasında ödənişlərin icrasını həyata keçirmək;

  • Əmək haqqı üzrə məlumatların vaxtında və düzgün şəkildə müvafiq elektron sistemlərə daxil edilməsini təmin etmək;

  • Aylıq, rüblük və illik əmək haqqı hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • Əmək haqqı və digər maliyyə məlumatlarının məxfiliyini təmin etmək;

  • Rüblük Vahid bəyannaməni hazırlamaq və Vergi orqanına təqdim olunmasını təmin etmək

  • İşçilərin əmək haqqı və ödənişlərlə bağlı müraciətlərini qanunvericiliyə uyğun şəkildə cavablandırmaq

  • İşçinin işdən azad olunması zamanı son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanmasını və ödənilməsini təmin etmək;

  • İşdən azad olunmuş işçilərlə bağlı dövlət qurumlarının sorğuları əsasında müvafiq arayış və hesablama sənədlərini hazırlamaq;

  • Məhkəmə və icra sənədləri əsasında əmək haqqından tutulmaları icra etmək və aidiyyəti qurumlara vaxtında məlumat vermək;

  • Avans və ezamiyyə ödənişlərinin Cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icrasını təmin etmək;

  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron sistemlərdə vaxtında işlənməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;

  • Vergilər, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumat və hesabatları hazırlamaq.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);

  • Əmək haqqı üzrə mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan Respublikası Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyini yaxşı səviyyədə bilmək;

  • 1C (8.3) və MS Office proqramlarında sərbəst işləmə bacarığı;

  • Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyət hissi;

  • Məxfi məlumatlarla işləmə bacarığı.

Əlavə məlumat:

  • Sənədləşmə AR Əmək Məcəlləsinə uyğun aparılır;

  • İş rejimi: I–V günlər, 09:00–18:00;

  • Nahar fasiləsi: 13:00–14:00;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13675

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya