Əsas vəsaitlər üzrə mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsi və müvafiq kodların təyin olunması;
Yük Gömrük Bəyannamələrinin əlavə xərclərlə birlikdə mühasibat proqramına daxil edilməsi;
Aylıq təhtəlşəxslərlə hesablaşmalar üzrə hesabatların bağlanılması;
Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması;
Əsas vəsaitlər üzrə kreditorlarla üzləşmələrin aparılması;
Sənədlərin yoxlanılması və ödənişə hazırlanması;
Əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması və uçotun aparılması;
Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
İşində dəqiqlik;
Məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Müvafiq sahə üzrə);
Təcrübə 2-3il.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə **“Əsas vəsaitlər üzrə mühasib”**yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13879
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+