Ana Səhifə
Vakansiyalar
Tibb və Əczaçılıq
Həkim

Ərazi koordinatoru (Klassik Qeyri-Qida Məhsulları üzrə)

Ərazi koordinatoru (Klassik Qeyri-Qida Məhsulları üzrə)

Retail

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş ərazi üzrə satış nöqtələrinə nəzarətin həyata keçirilməsi;

  • Məhsulların düzgün düzülüşünə (planograma) riayət olunmasına nəzarət;

  • Satış nöqtələrində məhsul mövcudluğunun (stok) yoxlanılması və təmin edilməsi;

  • Promo və kampaniyaların icrasına nəzarət;

  • Gündəlik və həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Əlavə sərgilənmə yerlərinin təyin edilməsi və tətbiqinə nəzarət;

  • Rəf və aksiyon qiymətlərinin mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;

  • Mağaza deposunun nəzarətdə saxlanılması;

  • Məhsulun rəfdə olmaması halında depo qalığının yoxlanılması, səbəblərin araşdırılması və rəhbərliyə məlumat verilməsi;

  • Satış tempinə uyğun olaraq sifarişlərə müdaxilə edilməsi (artırılması və ya azaldılması).

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda ilə işləmə və koordinasiya bacarığı;

  • Vaxtın düzgün idarə olunması qabiliyyəti;

  • Detallara diqqət və məsuliyyətlilik;

  • Dinamik iş mühitində işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil və ya orta təhsil (müvafiq ixtisas üzrə);

  • Təcrübə minimum 1 il(müvafiq sahə üzrə).

İş şərtlərimiz:

  • İş qrafiki: İş günü (6 gün);

  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Ərazi koordinatoru (Klassik Qeyri-Qida Məhsulları üzrə)” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Tam Store

Tam Store

Retail

Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13051

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya