Gəlirlər üzrə mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Məhsul, iş və xidmətlərdən əldə olunan gəlirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi (aylıq, rüblük, illik);
Satış fakturalarının, qaimələrin və müqavilələrin yoxlanılması;
Gəlirlərin müvafiq hesablara vaxtında və düzgün köçürülməsi;
Müştərilərin debitor borclarının izlənməsi və uçotu;
Gecikmiş ödənişlərlə bağlı müvafiq tədbirlərin görülməsi;
Müştərilər ilə üzləşmə aktlarının / hesabatlarının hazırlanması;
Hesabların müxabirləşməsinin nəzərdən keçirilməsi, səhvliklərin və uyğunsuzluqların aradan qaldırılması;
Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
Gündəlik e-qaimələrin tərtib edilib göndərilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
Operativ və məsuliyyətli iş yanaşması;
Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı;
Məntiqi və analitik düşünmə tərzi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gəlirlər üzrə mühasib” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13052
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+