Mikroplanoqram üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 17 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Kateqoriyalar üzrə mikroplanoqramların hazırlanması;
Kateqoriyalar üzrə satışların analiz edilməsi;
Məhsulların yerləşdirilməsi ilə bağlı qərarların qəbul edilməsi üçün satış məlumatlarının analiz edilməsi;
Müştərilərin diqqətini cəlb etmək və alış prosesini təşviq etmək məqsədilə məhsul nümayişlərinin dizayn edilməsi;
Hazırlanmış məlumatların aidiyyəti üzrə müvafiq şöbələrlə kommunikasiyasının təmin edilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Analitik düşüncə, kateqoriya haqda ilkin məlumatlar, riyazi biliklər və analitik düşünmə;
Məlumatların təhlili və diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil;
Əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;
Spaceman və MS Office proqramları üzrə biliklər mütləqdir.(Exceldə işləmə bacarığı yüksək olmalıdır);
İngilis dili arzu olunandır.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mikroplanoqram üzrə mütəxəssis” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11564
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+