Online satış mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;
Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;
Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;
Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;
Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;
Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;
Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;
Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;
Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;
Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;
Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;
Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
Komandada işləmək və operativ qərarvermə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil;
Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Online satış mütəxəssisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.vəzifə üzrə namizədin hazırla
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11428
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+