Energetika bölmə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Müəssisənin enerji təchizatının təmin edilməsi;
Obyektlərin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün periodik olaraq bütün enerji təsərrüfatını yoxlaması və lazımi tədbirlərin görülməsinə qərar verilməsi;
Ofislərdə, mağazalarda və anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edilməsi;
İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verilməsi;
Bütün obyektlərdə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edilməsi;
Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmiri, enerjinin qənaətlə sərfinə nəzarətin təşkil edilməsi;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi;
Sifarişlərin və hesablamaların tərtibinin planlaşdırılması;
Enerji qurğularının davamlı və təhlükəsiz işinin təmin edilməsi;
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi;
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi;
Təmir dövründə bütün işlək avadanlıqların işləyib-işləməməsinin yoxlanılması;
Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilinin aparılması, qəzalar, onların statistikası və səbəblərinin araşdırılması və uçotunun təşkil edilməsi;
Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin işlənməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verilməsi və qəbul edilmiş təkliflərin tətbiqinin təşkil edilməsi;
Tələblər
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil (Energetika, Elektroenergetika, Elektrik mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə);
Energetika sahəsində minimum 2 il iş təcrübəsi;
Rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
Retail sahəsində iş təcrübəsi olması üstünlükdür.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Energetika bölmə rəhbəri” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10744
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+