Kateqoriya mütəxəssisi (PL üzrə)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 27 mart 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Rəhbərliyin tələb etdiyi kateqoriyalar üzrə şəxsi marka yaradılması ilə bağlı yerli və xarici bazarda olan uyğun tədarükçülərlə görüşlərin keçirilməsi, qiymət razılıq protokolunun hazırlanılması və rəhbərə təqdim edilməsi;
Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya rəhbərinə hesabat vermək;
Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq, keyfiyyətə nəzarət və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə həftəlik, aylıq, illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
İşində dəqiqlik və detallara diqqətlilik;
Kommunikasiya;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 1 il təcrübə.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya mütəxəssisi (PL üzrə)” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10084
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+