Master data üzrə bölmə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Yeni məhsulların sistemə daxil edilməsi, məhsul üzrə master data məlumatlarının (SKU, barkod, ölçü, kateqoriya və s.) yaradılması, yenilənməsi və idarə olunması;
Alış və satış qiymətlərinin, eləcə də kampaniya qiymətlərinin sistemdə düzgün və vaxtında əks olunmasına nəzarət;
Məlumatların dəqiqliyinin, tamlığının və vahidliyinin təmin edilməsi; dublicate SKU-lar, yanlış barkodlar, səhv qiymət və kateqoriya xətalarının aşkarlanması və aradan qaldırılması;
Master Data komandası üzvlərinin işinin təşkili, nəzarəti, inkişafı və effektiv idarə olunması;
Sistemlərarası məlumat uyğunsuzluqlarının izlənməsi və aradan qaldırılması;
Kommersiya, Satış, Logistika və IT komandaları ilə koordinasiyanın təmin edilməsi;
Master Data üzrə hesabatların hazırlanması;
Master Data istiqaməti üzrə daxili biznes proseslərinin qurulması, sənədləşdirilməsi və təkmilləşdirilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
Analitik düşünmə, detallara diqqət və proseslərin təkmilləşdirilməsi bacarığı;
Komanda idarəetmə və effektiv kommunikasiya bacarığı;
Məsuliyyətlilik, sistemli yanaşma və nəticəyönümlülük.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil(müvafiq ixtisas üzrə);
Təcrübə - 3 il(müvafiq sahə üzrə);
Rəhbər vəzifədə təcrübə - minimum 1il.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master data üzrə bölmə rəhbəri” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9268
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+