Əmlak məsələləri üzrə mütəxəssis

Retail

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);

  • Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);

  • Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;

  • Sahibkarla görüşüb təklif verilməsi;

  • Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu).

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Güclü analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;

  • Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;

  • MS Excel və xəritə/lokasiya alətləri ilə işləmə bacarığı;

  • Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;

  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına nahar;

  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  **“Əmlak məsələləri üzrə mütəxəssis”**yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Tam Store

Tam Store

Retail

Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9756

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Kateqoriya mütəxəssisi (PL üzrə)

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: Rəhbərliyin tələb etdiyi kateqoriyalar üzrə şəxsi marka yaradılması ilə bağlı yerli və xarici bazarda olan uyğun tədarükçülərlə görüşlərin keçirilməsi, qiymət razılıq protokolunun hazırlanılması və rəhbərə təqdim edilməsi; Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya rəhbərinə hesabat vermək; Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək; Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək; Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək; Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq, keyfiyyətə nəzarət və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək; Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə həftəlik, aylıq, illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək; Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış       və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.