Şirkətlərə Qayıt
Tam Store

Tam Store

Retail

Bakı, Azərbaycan

1000+ işçi

Veb Səhifəyə Keç

8

Açıq Vakansiyalar

Haqqında

Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir.

Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.

Bütün Vakansiyalar

8 iş elanı

Tam Store

Kateqoriya mütəxəssisi (PL üzrə)

Tam Store

Tam Ştat
Menecer

Əsas vəzifə öhdəlikləri: Rəhbərliyin tələb etdiyi kateqoriyalar üzrə şəxsi marka yaradılması ilə bağlı yerli və xarici bazarda olan uyğun tədarükçülərlə görüşlərin keçirilməsi, qiymət razılıq protokolunun hazırlanılması və rəhbərə təqdim edilməsi; Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya rəhbərinə hesabat vermək; Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək; Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək; Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək; Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq, keyfiyyətə nəzarət və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək; Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə həftəlik, aylıq, illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək; Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış       və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.