Maddi vəsaitlər üzrə aparıcı mütəxəssis

Retail

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin balansında olan maddi vəsaitlərin (avadanlıq, inventar, ləvazimat və s.) uçotunu aparmaq;

  • Maddi vəsaitlərin saxlanması, bölüşdürülməsi və istifadəsinə nəzarət etmək;

  • Gələn malların qaimə-fakturalar və digər müşayiətedici sənədlər əsasında qəbulunu təşkil etmək;

  • Daxili təhvil-təslim aktları üzrə vəsaitlərin struktur bölmələrə ötürülməsini təmin etmək;

  • Maddi vəsaitlərin qorunması, düzgün saxlanması və vaxtında təmir olunmasına nəzarət etmək;

  • İllik və dövri inventarizasiya prosesində iştirak etmək və müvafiq hesabatlar hazırlamaq;

  • Maddi vəsaitlərlə bağlı hesabatları tərtib edib rəhbərliyə təqdim etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;

  • Komandada işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (müvafiq ixtisas üzrə);

  • Təcrübə 3il.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Maddi vəsaitlər üzrə aparıcı mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Tam Store

Tam Store

Retail

Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12736

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya