Ana Səhifə
Vakansiyalar

Planlama üzrə mütəxəssis

Planlama üzrə mütəxəssis

Retail

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 20 fevral 2026

Son Tarix: 20 mart 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Günlük sifarişlərin analizi,korrektə olunması və tədarükçüyə sifarişin verilməsi;

  • Satış, iadə və imhaların analizi;

  • Təchizatçıların sifariş qrafikinin daxil edilməsi və mütəmadi yenilənməsi;

  • Mağazanın stok mövcudluğunun nəzarətdə saxlanılması;

  • Stok out hallarının və yavaş hərəkət edən məhsulların izlənilməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;

  • Stok və satış göstəricilərini təhlil edərək dəqiq sifariş proqnozlarının hazırlanması;

  • Satış və stok hesabatlarının tərtib edilməsi.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • İşində dəqiqlik və detallara diqqətlilik;

  • Kommunikasiya;

  • Məsuliyyətlilik;

  • Komandada işləmək bacarığı;

  • Analitik düşüncə və planlama bacarıqları;

  • Excel, PowerBi və digər proqramlarla işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil;

  • Satış sahəsində ən azı 2 il təcrübə.

  • Tədarük Zənciri və ya Planlama sahəsində iş təcrübəsi olması üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına nahar;

  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Planlama üzrə mütəxəssis” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Tam Store

Tam Store

Retail

Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9484

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Kateqoriya mütəxəssisi (PL üzrə)

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: Rəhbərliyin tələb etdiyi kateqoriyalar üzrə şəxsi marka yaradılması ilə bağlı yerli və xarici bazarda olan uyğun tədarükçülərlə görüşlərin keçirilməsi, qiymət razılıq protokolunun hazırlanılması və rəhbərə təqdim edilməsi; Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya rəhbərinə hesabat vermək; Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək; Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək; Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək; Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq, keyfiyyətə nəzarət və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək; Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə həftəlik, aylıq, illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək; Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış       və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.