Satınalma əməliyyatları üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 6 aprel 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Gündəlik hesabatların hazırlanması və müvafiq tərəflərlə paylaşılması;
Məhsul tanıtımlarının idarə olunması, qiymət və barkod dəyişikliklərinin, qiymət fərqlərinin yoxlanılması, məhsulların aktiv və passiv statusunun tənzimlənməsi;
Mağazalarda və ya sistemdə (müvafiq kateqoriya üzrə) yaranan problemlərin və xətaların aradan qaldırılmasına operativ dəstək göstərilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (müvafiq sahə üzrə) ;
Minimum 6 ay iş təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma əməliyyatları üzrə mütəxəssis” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10662
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+