Middle Java Developer

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

Fintek həllərimizin backend tərəfini inkişaf etdirəcək, yeni funksionallıqlar yazıb API inteqrasiyalarını icra edəcək və layihələrin çatdırılma (delivery) prosesinə birbaşa töhfə verəcək Middle Java Developer axtarırıq. Bu vəzifədə siz həm müstəqil tapşırıqlar icra edəcək, həm də komanda daxilində kod keyfiyyətinin qorunmasında aktiv rol alacaqsınız.

Vəzifə Öhdəlikləri

  • Java və Spring Boot ilə backend servislərin hazırlanması və mövcud servislərin inkişafı.

  • REST API-lərin yaradılması, sənədləşdirilməsi və xarici sistemlərlə inteqrasiyası.

  • Verilənlər bazası (Database) sorğularının yazılması, optimizasiyası və schema dəyişikliklərinin idarə olunması.

  • Sistemdə yaranan xətaların (bug) araşdırılması, diaqnostikası və effektiv şəkildə həlli.

  • Code review prosesində aktiv iştirak.

  • Agile/Scrum metodologiyası çərçivəsində sprint vəzifələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələblər

  • Java üzrə 2–4 il real production mühitində development təcrübəsi.

  • Java Core bilikləri (Collections, Multithreading, Stream API, Generics).

  • Spring Boot ilə backend development təcrübəsi.

  • REST API hazırlama və consume etmə təcrübəsi.

  • SQL bilikləri və relational database ilə iş təcrübəsi (PostgreSQL və ya MySQL).

  • OOP prinsipləri və əsas Design Pattern-lər (Factory, Strategy, Observer, Singleton).

  • Git ilə gündəlik iş bacarığı.

  • Redis və ya digər caching mexanizmləri ilə tanışlıq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18147

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Hüquq üzrə menecer

Tam Ştat

Fintech və ödəniş xidmətləri sahəsində hüquqi proseslərin idarə olunmasını təmin edəcək, şirkətin hüquqi risk strategiyasını formalaşdıracaq, məhsul və biznes qərarlarında hüquqi tərəfdaş kimi çıxış edəcək peşəkar Hüquq üzrə menecer axtarırıq. Vəzifə Öhdəlikləri Şirkətin hüquqi fəaliyyətinin və hüquqi risk idarəetmə proseslərinin koordinasiya olunmasını təmin etmək. Müqavilələrin, əməkdaşlıq sənədlərinin, daxili qaydaların və digər hüquqi sənədlərin hazırlanmasına və hüquqi nəzarətinə rəhbərlik etmək. Yeni fintech, payment və rəqəmsal məhsullar üzrə hüquqi uyğunluq və risk analizlərini həyata keçirmək. Məhsul launch-ları, yeni biznes modelləri və tərəfdaşlıqlar üzrə hüquqi rəy və qərarvermə prosesində iştirak etmək. E-commerce, payout, merchant acquiring, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək və uyğun hüquqi çərçivələrin formalaşdırılmasını təmin etmək. AML/KYC, compliance, fraud və risk idarəetməsi proseslərinə hüquqi tərəfdən dəstək vermək. Azərbaycan Mərkəzi Bankı və digər tənzimləyici qurumlarla hüquqi kommunikasiyalarda iştirak etmək. Tənzimləyici tələblərə uyğun siyasət, prosedur və daxili nəzarət sənədlərinin hazırlanmasını koordinasiya etmək. Şirkətin hüquqi sənəd dövriyyəsinə, hüquqi risklərinə və regulator tələblərinə uyğunluğuna nəzarət etmək. Məhsul, risk, compliance, maliyyə və biznes komandaları ilə koordinasiyalı işləmək. Hüquqi məsələlər üzrə rəhbərliyə strateji hüquqi rəy və tövsiyələr təqdim etmək. Zərurət yarandıqda xarici hüquq şirkətləri və hüquqi tərəfdaşlarla iş prosesini koordinasiya etmək.