Tender üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir.
Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir.
Tenderlərdə iştirakın təşkilini və dəstəklənməsini həyata keçirir: tələb olunan sənədləri hazırlayır, müraciətləri tərtib edir və təqdim edir, eyni zamanda müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir.
Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır.
Sektorun təşkilati işlərini yerinə yetirir, digər struktur bölmələrdən tələb olunan sənədləri toplayır, çatışmazlıqlar barədə struktur bölmə rəhbərinə məlumat verir.
Təchizatçılarla əvvəlcədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması prosesini icra edir.
Tender prosesində yaranan suallara cavab verir, sorğuları cavablandırır və təkliflərin icrasını izləyir.
Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir.
Tender üzrə tələb olunan bütün sənədlərin (maliyyə, texniki, hüquqi və kommersiya) qanunvericiliyə və tender şərtlərinə uyğun olaraq hazırlanmasını, formalaşdırılmasını və sistemləşdirilməsini icra edir; aidiyyəti bölmələrlə sənəd koordinasiyasını təmin edir.
Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir.
Təchizatçıların təminat öhdəliklərinin və keyfiyyət tələblərinin yerinə yetirilməsini izləyir və qeydə alır.
Tender prosesinin bütün mərhələlərində şəffaflıq və hüquqi tələblərin yerinə yetirilməsini təmin edir.
Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir.
Struktur bölmədə fəaliyyət göstərən tender üzrə mütəxəssisin işinə və müvafiq istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinə metodoloji və təşkilati baxımdan nəzarət edir, zərurət yarandıqda metodiki dəstək göstərir.
Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən fəaliyyətinə dair digər tapşırıqları yerinə yetirir.
Namizədə dair tələb olunan bilik və bacarıqlar:
Ali təhsil.
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
MS Office proqramı ilə sərbəst işləmə bacarığı.
CRM ( Bitriks 24) və 1C ilə işləmə bacarığı.
Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.
Tapşırıqların düzgün prioritetləşdirilməsi və problem həll etmə bacarığı.
Əlavə məlumat:
İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü: Tam ştat
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
Push 30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Bakinity Distribution MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13972
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə