Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Satış üzrə Baş Mütəxəssis (İT üzrə korporativ satış)

Satış üzrə Baş Mütəxəssis (İT üzrə korporativ satış)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

  • Şirkətin satış strategiyasına uyğun olaraq  korporativ müştəri seqmentində İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.

  • Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.

  • Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.

  • İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.

  • Müştəri tələbləri əsasında məhsul və xidmət təqdimatlarını (prezentasiyaları) hazırlamaq və təqdim etmək.

  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi.

  • Gəlir planlarının, satış hədəflərinin  yerinə yetirilməsini təmin etmək.

  • Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

  • Satış əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə daxili prosesləri optimallaşdırmaq və CRM sistemində məlumatların dəqiqliyinə nəzarət etmək.

  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

  • Rəhbərlik, texniki əməliyyatlara dair struktur bölmə və müştərilər arasında görüş və konfransların təşkili, protokolların və yekun sənədlərin hazırlanması.

Namizəddən nə tələb olunur:

  • Ali təhsil.

  • İT satış sahəsində azı 3 illik iş təcrübəsi.

  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.

  • Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).

  • 1C və CRM proqram təminatlarında işləmə bacarığı.

  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.

  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.

Namizəd bilməlidir:

  • Cəmiyyət və dövlət qurumları ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.

  • Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.

  • Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.

  • İşgüzar görüşlər, danışıqlar və tədbirlər üzrə iş protokollarının tərtib edilmə qaydaları.

  • Tədbir və görüşlər zamanı məlumat, sənəd və materialların iştirakçılara düzgün və vaxtında ötürülməsi prosedurları.

  • Görüş və danışıqların təşkili üçün inzibati, təşkilati və texniki tədbirlərin planlaşdırılması və icrası.

  • Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.

  • Biznes sənədlərinin tərtibi, qeydiyyatı, icrası və arxivləşmə qaydaları.

  • Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.

  • CRM və verilənlər bazaları ilə işləmə bacarıqları.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.

  • Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13601

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Biznesin inkişafı üzrə Baş mütəxəssis (Huawei brendi üzrə)

Tam Ştat

Vəzifə öhdəlikləri: Mövcud bazar qiymətlərini müəyyən edir, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirir. Xarici və yerli alışları yerinə yetirir, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini təmin edir. Cəmiyyət daxili formalaşdırılmış sifarişləri anbarda mövcud olan məhsul və materialların miqdarı ilə müqayisə edib, aidiyyati şöbələri məhsullarla təmin edir. Cəmiyyətin satınalma siyasətinə ciddi riayət edir, satınalma prosesləri üzrə sənədləşmənin düzgün, tam və vaxtında aparılmasını təmin edir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq istehsalçıdan (Huawei) alınması zəruri hesab edilən avadanlıqlar üzrə qiymət təhlilini həyata keçirir, uyğun tərəfdaş şirkətlərlə müqavilələrin bağlanmasını təmin edir. Huawei brendi üzrə şirkətin strateji biznes hədəflərinin hazırlanması, tətbiqi və icrasında iştirak edir, biznesin inkişafı üçün strategiyaların qiymətləndirilməsi, təhlili və formalaşdırılması ilə məşğul olur. Əsas layihələrin inkişafına rəhbərlik edir, biznes razılaşmalarının uğurla yekunlaşdırılmasına cavabdehlik daşıyır, müqavilə və satınalma danışıqlarını aparır. Avadanlıq alınması üçün büdcə hazırlanması və icra edilməsi üzrə müvafiq işləri yerinə yetirir. Huawei məhsulları üzrə planlaşdırılmış hədəflərlə faktiki icra nəticələri arasında balansın qorunmasını və icrasını təmin edir, Cəmiyyətin tərəfdaş statusunun saxlanılması məqsədilə zəruri tədbirlər görür. Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil edir. Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosesləri effektiv idarə edir. Huawei məhsul və həllərinin xüsusiyyətlərini müştərilər və tərəfdaşlara təqdim edir, potensial müştəri və tərəfdaşların cəlb edilməsi məqsədilə görüşlər təşkil edir və keçirir Bütün tələb olunan sənədləşmə və yazışmaları aparır, müvafiq iclaslarda iştirak edir. Görülən işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlayır. İstehsalçı tərəfdaş (vendor) sistemində layihələrin qeydiyyatını həyata keçirir, qeydiyyat statuslarını mütəmadi izləyir, satış nümayəndələrindən geribildirim alır və qeydiyyat müddətlərinin uzadılmasına nəzarət edir. Satış əməliyyatlarının icrasını təmin edən struktur bölmə ilə birgə müştərilər və tərəfdaşlar üçün avadanlıqlar üzrə təqdimatların hazırlanmasını və keçirilməsini təmin edir. Əmək intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir. Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən digər aiddiyyəti tapşırıqları yerinə yetirir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil. Şəbəkə, informasiya texnologiyaları və ya telekommunikasiya sahəsində baza biliklər (Huawei məhsulları üzrə biliklər üstünlükdür). Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi. Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı. MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Komanda mühitində işləmək bacarığı. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Biznesin inkişafı üzrə Baş mütəxəssis

Montajçı elektrik

Tam Ştat

Vəzifə öhdəlikləri: Elektrik avadanlıqlarının, elektrik xətlərinin və elektrik şəbəkələrinin quraşdırılmasını layihə və texniki sənədlərə uyğun şəkildə həyata keçirir. Elektrik kabellərinin və naqillərin çəkilişini həyata keçirir, kabel kanalları, borular, traylar və digər kabel infrastrukturlarını quraşdırır. Elektrik paylayıcı lövhələrin, avtomat açarların, qoruyucu qurğuların və digər elektrik avadanlıqlarının montajını həyata keçirir. Elektrik rozetkalarının, açarların, işıqlandırma cihazlarının və digər elektrik nöqtələrinin quraşdırılmasını təmin edir. Elektrik avadanlıqlarının və naqil birləşmələrinin standartlara uyğun terminasiya və birləşdirilməsini həyata keçirir. Elektrik xətlərinin və avadanlıqların iş qabiliyyətini yoxlayır, ölçmə və test işlərini aparır. Elektrik sistemlərində yaranan nasazlıqları aşkar edir və onların aradan qaldırılmasını təmin edir. Elektrik avadanlıqları və xətlərinin markalanmasını həyata keçirir və elektrik sxemlərinə uyğunluğunu yoxlayır. Elektrik montaj işlərini beynəlxalq və milli elektrik standartlarının tələblərinə uyğun həyata keçirir, o cümlədən International Electrotechnical Commission tərəfindən müəyyən edilmiş texniki normalara riayət edir. Elektrik montaj işlərini layihə planına və müəyyən edilmiş müddətlərə uyğun icra edir. Elektrik avadanlıqlarının istismara verilməsi üçün ilkin yoxlama və sınaq işlərini aparır. Görülmüş işlər barədə texniki məlumatları və hesabatları təqdim edir. İş zamanı elektrik və texniki təhlükəsizlik qaydalarına riayət edir və müvafiq qoruyucu vasitələrdən istifadə edir. İş sahəsinin təhlükəsiz, səliqəli və texniki tələblərə uyğun saxlanmasını təmin edir. Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir. Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir. İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür. Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir. Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və montaj işlərinin düzgün icrasını təmin edir. Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Peşə-ixtisas təhsili (müvafiq sahə üzrə) və ya ali texniki təhsil Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi MS Office proqramları Strukturlaşmış kabel sistemləri CAD sistemlərini bilməsi arzuolunandır. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik) İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.