Montajçı elektrik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Elektrik avadanlıqlarının, elektrik xətlərinin və elektrik şəbəkələrinin quraşdırılmasını layihə və texniki sənədlərə uyğun şəkildə həyata keçirir.

  • Elektrik kabellərinin və naqillərin çəkilişini həyata keçirir, kabel kanalları, borular, traylar və digər kabel infrastrukturlarını quraşdırır.

  • Elektrik paylayıcı lövhələrin, avtomat açarların, qoruyucu qurğuların və digər elektrik avadanlıqlarının montajını həyata keçirir.

  • Elektrik rozetkalarının, açarların, işıqlandırma cihazlarının və digər elektrik nöqtələrinin quraşdırılmasını təmin edir.

  • Elektrik avadanlıqlarının və naqil birləşmələrinin standartlara uyğun terminasiya və birləşdirilməsini həyata keçirir.

  • Elektrik xətlərinin və avadanlıqların iş qabiliyyətini yoxlayır, ölçmə və test işlərini aparır.

  • Elektrik sistemlərində yaranan nasazlıqları aşkar edir və onların aradan qaldırılmasını təmin edir.

  • Elektrik avadanlıqları və xətlərinin markalanmasını həyata keçirir və elektrik sxemlərinə uyğunluğunu yoxlayır.

  • Elektrik montaj işlərini beynəlxalq və milli elektrik standartlarının tələblərinə uyğun həyata keçirir, o cümlədən International Electrotechnical Commission tərəfindən müəyyən edilmiş texniki normalara riayət edir.

  • Elektrik montaj işlərini layihə planına və müəyyən edilmiş müddətlərə uyğun icra edir.

  • Elektrik avadanlıqlarının istismara verilməsi üçün ilkin yoxlama və sınaq işlərini aparır.

  • Görülmüş işlər barədə texniki məlumatları və hesabatları təqdim edir.

  • İş zamanı elektrik və texniki təhlükəsizlik qaydalarına riayət edir və müvafiq qoruyucu vasitələrdən istifadə edir.

  • İş sahəsinin təhlükəsiz, səliqəli və texniki tələblərə uyğun saxlanmasını təmin edir.

  • Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir.

  • Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir.

  • İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür.

  • Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir.

  • Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və montaj işlərinin düzgün icrasını təmin edir.

  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Peşə-ixtisas təhsili (müvafiq sahə üzrə) və ya ali texniki təhsil

  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi

  • MS Office proqramları

  • Strukturlaşmış kabel sistemləri

  • CAD sistemlərini bilməsi arzuolunandır.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

  • Vakansiya növü: Tam ştat

  • Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik)

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.

  • Push 30 platformasından istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12512

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Montajçı

Tam Ştat

Vəzifə öhdəlikləri: İş planı hazırlamaq üçün resursları müəyyən edir və təhlil edir. Təhlillər əsasında iş planı hazırlanmasında köməklik göstərir. Plana əsasən görəcəyi işlərin ardıcıllığını və sərf olunacaq zamanı müəyyən edir. Müvafiq material və ləvazimatları müəyyən edir və işə hazırlayır. Montaj işlərində istifadə olunan əl və mexaniki alət və avadanlıqların işlək və saz olmasını yoxlayir. Patch Panellərin, RJ45 yuvararının, RJ45 ucluqların standartlara uyğun tikilməsinin təmin edir. Strukturlaşmış kabel sistemi (SKS), Videomüşahidə sistemi, Girişə Nəzarət və İdarəetmə Sistemi (ACS), Video divarların quraşdırılması və verilmiş sxem üzrə qoşulması (montajı) işlərini təmin edir. Quraşdırma işlərini beynəlxalq telekommunikasiya standartlarının tələblərinə uyğun həyata keçirir. Kabel xətlərinin, portların və avadanlıqların standartlara uyğun markalanmasını həyata keçirir. Kabel axtaran qurğunun köməyi ilə kabel magistrallarının müəyyən edir. Avadanlıqların və sistemlərin montajından sonra test və yoxlama işlərini aparır, nasazlıqları aşkarlayaraq aradan qaldırır. Test və ölçmə nəticələrini sənədləşdirir və müvafiq texniki hesabatları təqdim edir. Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir. Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir. İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür. Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir. İş yerinə aid və ya istifadəsində olan alətlərdən, avadanlıqlardan, vasitələrdən və ləvazimatlardan səmərəli istifadə edir. Kabel sxemlərinin və port xəritələrinin hazırlanmasında və yenilənməsində iştirak edirş Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və quraşdırma işlərini layihə planına uyğun icra edir. Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Peşə-ixtisas təhsili (montaj üzrə) və ya ali texniki təhsil Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi MS Office proqramları Strukturlaşmış kabel sistemləri CAD sistemlərini bilməsi arzuolunandır. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik) İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Sistem üzrə memar (Sistem arxitektoru)

Tam Ştat

Struktur bölmə: Həllərin dizaynı,tətbiqi və mühəndislər şöbəsi Funksional tabeçilik: Şöbə müdiri Vəzifə öhdəlikləri: Satışöncəsi mərhələdə texniki layihələndirməyə rəhbərlik edir, Yüksək Səviyyəli Dizayn (HLD) sənədlərini hazırlayır, yüklərin hesablanmasını aparır və miqyaslana bilən, çevik və dayanıqlı optimal arxitektura həllərini müəyyən edir. Dell, Huawei (əsas vendor), eləcə də HPE, Cisco, Lenovo və SuperMicro məhsul xətləri üzrə dərin texniki ekspertizaya malikdir, avadanlıq və proqram təminatı üzrə spesifikasiyalar (BOM) hazırlayır. Server avadanlıqları, məlumat saxlama sistemləri (Storage), hiperkonvergent infrastruktur (HCI) və ehtiyat nüsxələmə sistemləri (BRS) üzrə müştəri tələblərinə uyğun kompleks həllər formalaşdırır. Əməliyyat sistemlərinin, virtuallaşdırma platformalarının və sistem proqram təminatının (Dell, HPE, Lenovo və s.) seçimini və lisenziyalaşdırılmasını həyata keçirir. Müştərilər və satış komandası ilə sıx əməkdaşlıq edir, tələbləri dəqiqləşdirir, təqdimatlar keçirir, texniki həlləri müdafiə edir və onların biznes dəyərini əsaslandırır. Satışöncəsi texniki materialları və HLD ilə bağlı sənədləri hazırlayır, texniki sualları cavablandırır və müştəri görüşlərində iştirak edir. Bazarı və texnoloji trendləri monitorinq edir, rəqiblərin təkliflərini təhlil edir, vendorların qiymət siyasətini nəzərə alaraq müştəri üçün maksimum əlavə dəyər yaradan (value-added) həllər təklif edir. Texniki spesifikasiyaların müştəri tələblərinə və Texniki Tapşırıq (TT) sənədlərinə uyğunluğunu yoxlayır, uyğunsuzluqları aşkar edir və qeyri-düzgün və ya natamam texniki təkliflər barədə aidiyyəti struktur bölmələri məlumatlandırır. CRM sistemində işləyir, texniki sənədləri, izahatlı qeydləri və müşayiətedici materialları hazırlayır. Vendor və tərəfdaşlıq proqramlarında iştirak edir, sertifikatların əldə olunması prosesində aktiv iştirak edir və həllərin tətbiqi (implementation) mərhələsində layihə komandalarına texniki konsultasiya göstərir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil. İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq. Sistem inteqratoru və ya vendor mühitində Sistem arxitektoru kimi ən azı 5 il iş təcrübəsi. İnfrastrukturun (Serverlər, Məlumat Saxlama Sistemləri (MSS), hiperkonvergent mühitlər (HCI), ehtiyat nüsxələmə) arxitekturasının layihələndirilməsi və TŞ (Texniki Şərtlər) üzrə spesifikasiyaların hazırlanması təcrübəsi. Müasir serverlərin, MSS-in (SAN/NAS) arxitekturası, virtuallaşdırma və məlumatların mühafizəsi texnologiyaları haqqında güclü biliklər. Hesablamalar/ölçüləndirmə (sizing), Yüksək Səviyyəli Dizaynın (HLD) və texniki-kommersiya təkliflərinin hazırlanması bacarığı. Dell, Huawei, HPE, Cisco portfelləri üzrə biliklərə malik olmaq. Inspur və xFusion ilə iş təcrübəsi üstünlükdür. RFP/tender sənədləri ilə işləmək, CRM və texniki sənədləşmə bacarığı. Texniki həlləri  müştərinin texniki direktoruna  ( CTO)  və İT üzrə mütəxəssislərə təqdim və həlli  əsaslandırır. Dell / Huawei / Cisco / HPE sertifikatlarının olması üstünlükdür Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır). MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Komanda mühitində işləmək bacarığı. Əlavə məlumat: İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrə və danışıq paketi. Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.