Elektrik mühəndisi

Aparıcı şirkətlərdən 24 iş imkanı kəşf edin

Bestcomp Group

Elektrik Texniki

Bestcomp Group

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Elektrik qurğularının quraşdırılması. Kabel kanallarının çəkilməsi. Elektrik panellərinin yığılması və montaj işlərini həyata keçirilməsi. Ehtiyac olduqda rayonlara ezam getməsi. Elektrik sistemlərinin təhlükəsiz və səmərəli işləməsinin təmin edilməsi. Davranış bacarıqları: Yüksək məsuliyyət hissi və işə ciddi yanaşma. Komanda işinə uyğunluq və müştəri məmnuniyyətinə önəm vermə. Detallara diqqət və dəqiqlik. Xüsusi tələblər Təhsil: Ali təhsil, texniki kollec və ya müvafiq sahədə orta ixtisas . Təcrübə: Elektrik qurğularının quraşdırılması, elektrik panellərinin yığılması, kabel kanallarının çəkilişi və üzrə minimum 2-3 il iş təcrübəsi. Elektrik avadanlıq  və sistemləri haqqında bilik. Kabel kanallarının düzgün çəkilməsi və quraşdırılması. Elektrik panellərinin yığılması və düzgün bağlanması. Elektrik ölçü cihazlarını (multimetrlər, ampermetr, voltmetr və s.) işlətmə bacarığı. Elektrik təhlükəsizliyi standartları və qaydaları haqqında məlumat. Problemləri sürətli və effektiv şəkildə həll etmə bacarığı. Üstünlük hesab olunur: Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatların olması arzu olunandır. Job Responsibilities: Installation of electrical equipment and systems. Laying and installation of cable trays/channels. Assembly and installation of electrical panels. Willingness to travel to regions when required. Ensuring the safe and efficient operation of electrical systems. Behavioral Competencies: Strong sense of responsibility and a serious approach to work. Ability to work in a team and commitment to customer satisfaction. Attention to detail and accuracy. Specific Requirements: Education: Higher education, technical college degree, or relevant vocational qualification. Experience: Minimum 2–3 years of experience in installation of electrical equipment, assembly of electrical panels, and cable tray installation. Technical Knowledge and Skills: Knowledge of electrical equipment and systems. Proper installation and routing of cable trays. Assembly and correct wiring of electrical panels. Ability to use electrical measuring instruments (multimeter, ammeter, voltmeter, etc.). Knowledge of electrical safety standards and regulations. Ability to troubleshoot problems quickly and effectively. Preferred Qualifications: Relevant electrical safety certifications are considered an advantage. **Salary:**upon the interview Interested candidates can send their CV to the e-mail address in theApply for job button.

İteam Group

Montajçı elektrik

İteam Group

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: İş yeri: Bakı / ezamiyyət ehtimalı var İş qrafiki: Tam ştat (6 günlük) (Bazar ertəsi – Şənbə) Əmək haqqı: Müsahibə əsasında (bacarıq və təcrübəyə görə) İşə qəbul: Rəsmi əmək müqaviləsi ilə Vəzifə üçün nəzərdə tutulan əmək haqqi (Nett): 1500 AZN Vəzifə öhdəlikləri: Elektrik qurğularının quraşdırılması. Kabel kanallarının çəkilməsi. Elektrik panellərinin yığılması və montaj işlərini həyata keçirilməsi. Ehtiyac olduqda rayonlara ezam getməsi. Elektrik sistemlərinin təhlükəsiz və səmərəli işləməsinin təmin edilməsi. Davranış bacarıqları: Yüksək məsuliyyət hissi və işə ciddi yanaşma. Komanda işinə uyğunluq və müştəri məmnuniyyətinə önəm vermə. Detallara diqqət və dəqiqlik. Xüsusi tələblər Təhsil: Ali təhsil, texniki kollec və ya müvafiq sahədə orta ixtisas . Təcrübə: Elektrik qurğularının quraşdırılması, elektrik panellərinin yığılması, kabel kanallarının çəkilişi və üzrə minimum 2-3 il iş təcrübəsi. Elektrik avadanlıq  və sistemləri haqqında bilik. Kabel kanallarının düzgün çəkilməsi və quraşdırılması. Elektrik panellərinin yığılması və düzgün bağlanması. Elektrik ölçü cihazlarını (multimetrlər, ampermetr, voltmetr və s.) işlətmə bacarığı. Elektrik təhlükəsizliyi standartları və qaydaları haqqında məlumat. Problemləri sürətli və effektiv şəkildə həll etmə bacarığı. Üstünlük hesab olunur: Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatların olması arzu olunandır. Şirkət tərəfindən təmin olunur: Rəsmi əmək müqaviləsi Stabil əmək haqqı + əlavə bonuslar (iş həcminə görə) İş üçün lazım olan alət və avadanlıqlar Namizədlər CV-lərini info@iteam.az , faridaaliyeva45@gmail.comadresinə göndərə bilərlər. Mövzu hissəsində Montajçı elektrik*”** qeyd olunmalıdır. Əlaqə: +994 10 239 66 54

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnzibati işlər üzrə elektrik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Elektrik infrastrukturunu və elektrik sayğacına nəzarətdə saxlaması, Daxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı, təmiri və diaqnostikasını həyata keçirməsi, Agentliyin balansında olan ərazilərdə  işıqlandırmanın və elektrik şəbəkəsinin işlək vəziyyətdə olmasına gündəlik nəzarət etməsi və yaranmış nasazlıqları aradan qaldırmaq üçün tədbirlər planı hazırlaması, Havalandırma və kondensioner sistemlərinə nəzarət etməsi və yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməsi, Ümumi elektrik şəbəkəsində yanğın təhlükəsizliyi və görülən bütün işlər zamanı təhlükəsizlik qaydalarına riayət etməsi, Elektriklə işləyən avadanlıqlara nəzarət, onların daim saz vəziyyətdə olmasının təmini və ehtiyac olduğu təqdirdə onları təmirini  həyata keçirməsi, Generatorun daim saz vəziyyətdə olmasına nəzarət etməsi və prosedura uyğun olaraq generatorun test rejimində işlə salınması, həmçinin yanacaq səviyyəsinin qorunmasını təmin etməsi, Anbarda ehtiyyat elektrik mallarının olmasına nəzarət etməsi və ehtiyac olduğu təqdirdə sifariş olunmasını üçün tədbirləri həyata keçirməsi, Liftlərin və turniketlərin təhlükəsiz işləməsinə nəzarət etməsi prosedura uyğun təmir işlərin görülməsini və aylıq texniki baxışın həyata keçirilməsini təşkil edilməsi, Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməsi.

NBA Technologies International LLC

Elektronçu

NBA Technologies International LLC

Tam Ştat
Orta Səviyyə

Namizədə dair tələblər: Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə təhsil; Kompüter bilikləri: MS Office basic səviyyədə bilinməsi; Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır); Elektron cihazların təmiri üzrə minimum 2–3 il iş təcrübəsi (üstünlükdür); Diaqnostika və ölçü cihazları ilə işləmə bacarığı; Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı; Yeni texnologiyaları öyrənməyə maraq. Vəzifə öhdəlikləri: Elektron cihazların diaqnostikası və təmiri; Nasazlıqların aradan qaldırılması və ehtiyat hissələrinin dəyişdirilməsi; Elektron avadanlıqların profilaktik və cari texniki xidmətinin həyata keçirilməsi; Quraşdırma, sazlama və test işlərinin icrası; Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunması. İş şəraiti: İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektronçu" adını qeyd edərək göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bakinity Distribution MMC

Montajçı elektrik

Bakinity Distribution MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Elektrik avadanlıqlarının, elektrik xətlərinin və elektrik şəbəkələrinin quraşdırılmasını layihə və texniki sənədlərə uyğun şəkildə həyata keçirir. Elektrik kabellərinin və naqillərin çəkilişini həyata keçirir, kabel kanalları, borular, traylar və digər kabel infrastrukturlarını quraşdırır. Elektrik paylayıcı lövhələrin, avtomat açarların, qoruyucu qurğuların və digər elektrik avadanlıqlarının montajını həyata keçirir. Elektrik rozetkalarının, açarların, işıqlandırma cihazlarının və digər elektrik nöqtələrinin quraşdırılmasını təmin edir. Elektrik avadanlıqlarının və naqil birləşmələrinin standartlara uyğun terminasiya və birləşdirilməsini həyata keçirir. Elektrik xətlərinin və avadanlıqların iş qabiliyyətini yoxlayır, ölçmə və test işlərini aparır. Elektrik sistemlərində yaranan nasazlıqları aşkar edir və onların aradan qaldırılmasını təmin edir. Elektrik avadanlıqları və xətlərinin markalanmasını həyata keçirir və elektrik sxemlərinə uyğunluğunu yoxlayır. Elektrik montaj işlərini beynəlxalq və milli elektrik standartlarının tələblərinə uyğun həyata keçirir, o cümlədən International Electrotechnical Commission tərəfindən müəyyən edilmiş texniki normalara riayət edir. Elektrik montaj işlərini layihə planına və müəyyən edilmiş müddətlərə uyğun icra edir. Elektrik avadanlıqlarının istismara verilməsi üçün ilkin yoxlama və sınaq işlərini aparır. Görülmüş işlər barədə texniki məlumatları və hesabatları təqdim edir. İş zamanı elektrik və texniki təhlükəsizlik qaydalarına riayət edir və müvafiq qoruyucu vasitələrdən istifadə edir. İş sahəsinin təhlükəsiz, səliqəli və texniki tələblərə uyğun saxlanmasını təmin edir. Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir. Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir. İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür. Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir. Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və montaj işlərinin düzgün icrasını təmin edir. Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Peşə-ixtisas təhsili (müvafiq sahə üzrə) və ya ali texniki təhsil Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi MS Office proqramları Strukturlaşmış kabel sistemləri CAD sistemlərini bilməsi arzuolunandır. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik) İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Abşeron Logistika Mərkəzi

Elektrik montyoru

Abşeron Logistika Mərkəzi

Tam Ştat
Orta Səviyyə

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət etmək; Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək; Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək; Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq. Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək; Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq; Namizədə qarşı tələblər: Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika  sahəsində); Elektrik, energetika  sahəsində (yüksək və / və ya alçaq gərginliklə iş)  minimum 2 il iş təcrübəsi; Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi; Azərbaycan dili mükəmməl, rus dil i arzuolunandır; Yaş həddi: 25 - 45 yaş; Peşəkarlıq tələbləri: Elektrik şəbəkələri, elektrik avadanlıqları ilə iş, təmir etmək bacarıqı; Dövrə sxemlərini oxuma bacarığı; Elektrik çertyojlarını oxuma bacarığı; Kompüter diaqnostikasını bilməsi; Elektrik avadanlıqlarının istismar qaydalarını bilməsi; Elektriklə bağlı təmir və quraşdırma işlərini bilməsi; Dəqiqlik, məsuliyyət. Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 01.05.2026-cı il tarixidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik montyoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər.

AAC MMC

Elektrik

AAC MMC

Tam Ştat
Orta Səviyyə

Təhsil: Ali texniki (sahə üzrə) Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi Komputer bilikləri Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli; İş yerinin şərtləri: Nahar şirkət tərəfindən təmin olunur. Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi şirkət tərəfindən təmin olunur. İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi 47-ci km. Iş rejimi – 2 növbəli iş qrafiki Vəzifə öhdəlikləri Xidmət göstərdiyi elektrik qurğuların və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasının təmin edilməsi; Zavodun elektrik şəbəkəsinin düzgün istismarının təmin olunmasını Qüvvədə olan texniki şərtlərə və normalara uyğun şəkildə keyfiyyətli təmirinin təşkil olunması Növbə ərzində qurğularda və avadanlıqların işində meydana çıxan elektriklə bağlı nasazlıqların aradan qaldırılması, onların təmirinin, montajının və tənzimlənməsinin yerinə yetirilməsi təmin edir Növbə ərzində zavod әrazisini dolaşaraq qarşılaşdığı elektrik problemlәrini (avtomatları qoşur, avtomatı işdən ayırır,işıqları söndürür vә s.) aradan qaldırır Növbə ərzində aradan qaldırdığı xәtalar haqqında qәza bildiriş kağızı yazaraq növbə rәhbәrinә tәhvil verir Günlük və aylıq tәmir planı üzrә elektrik sistemindә tәmir-sazlama vә tәmizlik işlәrini hәyata keçirir İllik texniki tәmir planına uyğun olaraq elektrik sistemindә tәmir, texniki baxış, sazlama işlәrini hәyata keçirir Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək qeyd olunan elektron ünvanına göndərməlidirlər

Ayan MMC

Elektrik

Ayan MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması; Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarətin edilməsi və yaranmış zədələrin üzə çıxarılması məqsədilə test yoxlamaların aparılması və onların təmiri; İstehsal müəsisəsinin elektrik avadanlıqlarının təmiri; Avadanlıqların sazlığının təmin olunması; Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçirilməsi; Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxeminin quraşdırılması; Çeviricilərin, maşın və lampa generatorlarla olan yüksək tezlikli qurğularn iş prinsipləri; Aşkar olunmuş nasazlıqların aradan qaldırılması; Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması. Namizədə dair tələblər: Elektrik sahəsində ali, orta texniki və ya peşə təhsilin olması İş təcrübəsi min 5 il İşə qarşı ciddi, məsuliyyətli İstehsal aparatlarının təmiri və quraşdırılmasını bilməli Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir. Uyğun olan şəxslərdən öz CV-lərini qeyd olunmuş qeyd olunan elektron poçt ünvanına mövzu adı yerində “Elektrik” yazılmaqla və ya aktiv nomrənin whatsappına (ad soyad, yaş, vakansiyanın adı, təcrübə, yaşayış yeri) məlumatlarını yazıb göndərmələri xahiş olunur. Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504