Elektrik montyoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 aprel 2026
Son Tarix: 1 may 2026
Təsvir
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət etmək;
Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq.
Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək;
Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək;
Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq;
Namizədə qarşı tələblər:
Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika sahəsində);
Elektrik, energetika sahəsində (yüksək və / və ya alçaq gərginliklə iş) minimum 2 il iş təcrübəsi;
Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi;
Azərbaycan dili mükəmməl, rus dil i arzuolunandır;
Yaş həddi: 25 - 45 yaş;
Peşəkarlıq tələbləri:
Elektrik şəbəkələri, elektrik avadanlıqları ilə iş, təmir etmək bacarıqı;
Dövrə sxemlərini oxuma bacarığı;
Elektrik çertyojlarını oxuma bacarığı;
Kompüter diaqnostikasını bilməsi;
Elektrik avadanlıqlarının istismar qaydalarını bilməsi;
Elektriklə bağlı təmir və quraşdırma işlərini bilməsi;
Dəqiqlik, məsuliyyət.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 01.05.2026-cı il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik montyoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər.
Necə Müraciət Etmək Olar
Abşeron Logistika Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12360
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə