Böyük Elektrik mexaniki (Biləcəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 20 aprel 2026
Təsvir
İş rejimi: Gündəlik
Briqadaya rəhbərlik etmək;
Qoyulmuş qaydaya əsasən dartı yarımstansiyanın avadanlıq və qurğularına, seksiyalanma postlarına mütəmadi baxışlar keçirmək, cari təmir etmək;
İllik plana uyğun olaraq yarımstansiyanı gücləndirmək üçün əsaslı təmir işləri aparmaq;
Kontakt şəbəkəsinin və avtobloklamanın elektrik enerjisi ilə təchizatını təşkil etmək;
Briqadaya təlimat keçmək və texnologiyaya riayət edilməsinə nəzarət etmək;
Elektrik enerjisindən yarımstansiyanın öz ehtiyacları üçün qənaətlə sərf edilməsini təmin etmək;
İşçilər tərəfindən əməyin mühafizəsi norma və qaydalarına, təhlükəsizlik texnikası və istehsalat sanitariyasına riayət edilməsinə nəzarət etmək;
Texniki təhlükəsizlik qaydalarına müvafiq olaraq qoruyucu vasitələri yoxlamaq və sınaq edilməsini təmin etmək;
Dartı yarımstansiya rəisi işdə olmadıqda onu əvəz etmək;
Növbətçi heyətin məzuniyyətləri və xəstəlikləri zamanı növbəyə çıxmaq;
Dartı yarımstansiyanın avadanlıq və qurğularının düzgün istismarını, təhlükəsiz xidmətini təşkil etmək;
Tələblər
Təhsil: Müvafiq sahə üzrə Ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
Yarımstansiyanın elektrik təchizatı sxeminə və şərtlərinə dair biliklər
Yanaşı yarımstansiyalar daxilində kontakt şəbəkənin qidalanma və seksiyalanma sxeminə dair biliklər
Stansiyanın quruluşu, bir xəttli və quraşdırılma sxemləri, idarəetmə sxemləri, avadanlıqların avtomatlaşdırma və mühafizə sxemlərinə dair biliklər
Dartı yarımstansiyanın xüsusi sərfiyyat sxemləri
Dartı yarımstansiya qurğularının, avadanlıqlarının və seksiyalanma postlarının xidməti üzrə texniki xüsusiyyətləri və təlimatları
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12803
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+